Axtarış: 
Qadın liderliyi və Qərarvermə Proseslərində İştirakı üzrə qrant müsabiqəsi
+  -  Çap 
Yerləşdirilib: 08.12.11 | Baxılıb: 380
qhtxeber.az// Counterpart İnternational Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən 2 illik Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində həyata keçiriləcək Qadın Liderliyi və Qərarvermə Proseslərində İştirakı üzrə qrant ərizələrinin qəbulunu elan edir. 

qhtxeber.az-ın verdiyi məlumata görə, QİP-nın ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır.
 Bu müsabiqənin məqsədi: 1) Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Növ Formalarının Aradan Qaldırlıması ilə bağlı BMT Konvensiyasının 2009-cu il hesabatı (CEDAW) ilə bağlı Yekun Rəydə göstərilən qadınlar üçün prioritet məsələlər üzrə ictimai məlumatlandırmanı gücləndirmək və 2) Qadınların siyasi həyatda iştirakını gücləndirmək. Müsabiqədə 4-cü bölmədə göstərilən uyğunluq kriteriyalarına malik olan qadın QHT-ləri iştirak edə bilərlər. 
Qadın Liderliyi və Qərarvermə Proseslərində İştirakı üzrə Qrantlar

Qadınlar arasında liderliyin və qərarvərmədə iştirakçılığın gücləndirilməsi məqsədilə Qadın QHT Koalisiyalarına Qadın Liderliyi və Qərarvermə Proseslərində İştirakı mövzusunda iki qrant ayrılacaqdır. Seçilmiş Qadın QHT Koalisiyaları Counterpart İnternational işçi heyəti ilə birgə işləyərək qadınların qərarvermə proseslərində iştirakına dəstək göstərəcəkdir. Qadın Liderliyi və Qərarvermə Proseslərində İştirakı layihəsi çərçivəsində mümkün fəaliyyətlər aşağıdakılardan ibarət ola bilər:

Mövzu üzrə dəyimi masaların, konfransların və digər tədbirlərin təşkili;
Qadın sahibkarlığının inkişaf etdirilməsi;
Namizədlərin vəzifələri barədə broşüraların nəşri və yayılması;
Veb sayt, məlumatların elektron çatdırılması və digər ünsiyyət vasitələrinin yaradılması;
Təlim və tədbirlərin keçirilməsi;
Nəşrlər.

Təklif edilən layihə fəaliyyətlərindən başqa QHT-in aşağıdakı fəaliyyətlərdə iştirakı gözlənilir: 1) vətəndaş cəmiyyəti, hökumət və özəl sektoru təmsil edən qadın liderlərin şəbəkəsini yaratmaq; 2) Hökumət işçiləri üçün Liderliyin İnkişaf Etdirilməsi Təlimləri keçmək və 3) 2 Qadın Liderliyi üzrə illik Konfrans təşkil etmək.

Koalisiyasının tərkibi

Ərizələr ən azı iki qadın QHT üzvlərdən ibarət (daha çox da ola bilər) koalisiyalar tərəfindən təqdim edilməlidir. Koalisiyanın hər bir üzvünün kampaniyada nəzərdə tutulan fəaliyyətlərlə bağlı uyğun təcrübəsi olmalıdır. 

Koaliysiya şəklində əməkdaşlığın dəstəklənməsi iki məqsəd daşıyır: i) üzvlərin bir-birini tamamlayan bacarıq və təcrübələrini bir araya gətirməklə liderlik və qərar qəbul etmə proseslərində iştirakla bağlı ictimai məlumatlandırma kampaniyası irəli sürmək və uğurla həyata keçirmək; ii) qadınlara ünvanlanmış inkişaf məsələlərinə dəstək verə bilən davamlı, çoxşaxəli əməkdaşlığa həvəsləndirmək və inkişaf etdirmək.

3. Qrantın müddəti, məbləği və töhfə (cost share)

Layihələrin müddəti 18 aya kimi olmalı və 15 iyul, 2013-cü ilə kimi başa çatdırılmalıdır. Qrantların gözlənilən məbləği  maliyyədən və layihə təkliflərinin keyfiyyətindən asılı olaraq $100,000-a kimi olacaqdır. Müsabiqədə iştirak edənlərə layihə təkliflərinin büdcələrinin 15%-nin digər maliyyə mənbələri hesabına təmin olunması tövsiyə olunur. Büdcəyə edilən töhfələr istənilən formada və nağd pul formasında ola bilər. ABŞ hökuməti tərəfindən verilən maliyyə töhfə hesab edilə bilməz. 

Töhfə (cost share) aşağıdakı meyarlara uyğun olmalıdır:

ABŞ Hökuməti mənbələrindən maliyyələşməməlidir 
Layihə vəzifələrinin həyata keçirilməsi üçün vacib olmalıdır
Lazımi şəkildə dəyərləndirilməli və sənədləşdirilməlidir

Töhfənin əsas kateqoriyaları:

İşçi heyəti
Avadanlıq
Nəqliyyat
Yerin icarəsi xərcləri
Texniki dəstək
Könüllü iş

Töhfənin (cost share) dəyəri:

Töhfənin dəyəri ədalətli bazar dəyəri ilə ölçülməlidir  
Təşkilat töhfə ediləcək maddənin bazar satış qiymətinin neçə olduğunu nəzərə almalıdır.  

4. Seçim meyarı və seçim prosesi

QİP beynəlxalq səviyyədə qəbul edilmiş açıq və şəffaf qrant müsabiqəsi prosesinə riayət edir ki, bura əvvəlcədən müəyyən edilmiş uyğunluq və seçim meyarları tamamlayan layihələrin ilkin seçimi, yekun qiymətləndirmə və ən yaxşı layihələrin müstəqil ekspert qrupu tərəfindən seçilməsi və donor tərəfindən təsdiq edilməsi daxildir. Koalisiya üzvləri qrant müsabiqəsində iştirak edə bilmək üçün aşağıda göstərilmiş bütün uyğunluq meyarlarına malik olmalıdırlar:

Qeydiyyat – təşkilat müsabiqədə iştirak etdikdə ən azı 3-5 əvvəl dövlət qeydiyyatdan keçmiş olmalıdır;
60,000 USD (təxminən 50,000 AZN) və ya daha çox məbləğdə qrant proqramlarını müvəffəqiyyətlə icra etmək təcrübəsi;
Qadın məsələlərinə həsr olunmuş missiyaya malik vətəndaş cəmiyyəti təşkilatı olmalı;
Geniş coğrafi ərazini əhatə edən aydın müəyyənləşdirilmiş hədəf qrupuna malik olmalı;
Təklif olunmuş proqram fəaliyyətlərini milli səviyyədə həyata keçirmk iqtidarında olmalı; 
Hökumət, özəl sektor, QHT və universitetlər kimi müxtəlif tərəfdaşlarla işləmək bacarığı.

İlkin seçim mərhələsini keçmiş təşkilatlar aşağıdakı seçim meyarları əsasında qiymətləndiriləcəklər: 



Seçim meyarı Maksimum bal (cəmi 100 bal)

1. Təklifin texniki uyğunluğu 30 bal
2. Keçmiş təcrübə (genderlə bağlı uğurla həyata 
keçirilmiş layihələr/təklif edilmiş hədəf qrupu ilə 
əvvəlcədən qurulmuş əlaqələr 20 bal
3. İşçi heyətinin bacarığı 20 bal
4. Büdcə 15 bal
5. Töhfə 15 bal
Ümumi bal 100 bal


5. Ərizələrin hazırlanması və təqdim edilməsi

Ərizə forması və ərizənin doldurulması qaydaları Əlavə 1-də göstərilib. Hər bir təşkilat yalnız 1 ərizə ilə müraciət edə bilər. Əgər hər hansı təşkilat tərəfindən bir neçə ərizə təqdim edilərsə, onlardan yalnız birinci qəbul edilən nəzərə alınacaqdır. 

Ərizələrin qəbulu üçün son tarix 6 yanvar, 2012-ci il, saat 17:00. Bu tarixdən gec qəbul edilmiş layihələrə baxılmayacaqdır. 

Müsabiqə ilə bağlı sual-cavab sessiyası 15 dekbar, saat 14:00 də, Əlövsət Quliyev 77/20, mən.15 ünvanda keçiriləcəkdir.

Xüsusi qeyd

Bu müsabiqə Counterpart və ya ABŞ Beynəlxalq İnkişaf Agentliyinin mütləq qaydada hər hansı bir mükafatın verilməsi öhdəliyi hesab edilə bilməz. Counterpart və ABŞ Beynəlxalq İnkişaf Agentliyi hər hansı bir layihənin və ya qəbul edilmiş bütün layihələri rədd etmək hüququnu özündə saxlayır. Yekun qiymətləndirmədən sonra bütün seçilmiş qrant alan təşkilatlar Counterpart  təşkilatına Data Universal Numbering System (DUNS) nömrəsi təqdim etməlidirlər. Heç bir təşkilata DUNS nömrəsi əldə etmədən qrant verilməyəcək. Bundan əlavə ərizəçilər bilməlidirlər ki, təşkilatın adı, ünvanı və ayrılmış qrantın məbləği qrant verildikdən sonra ictimaiyyətə açıqlanacaq.


  Ərizə və Təqdim Etmə Qaydaları

Namizədlər ərizə qaydaları və proqram formatına tam uyğun olmalıdır. Bu qaydalarda göstərilən tələblərə cavab verməyən təkliflər nəzərə alınmayacaq.

Ərizənin Formatı: Texniki təklifin ümumi həcmi 10 səhifədən çox olmayaraq və tək aralıqlı, şriftin ölçüsü 11, səhifə kənarlarının ölçüsü 2 sm olmaqla, A4 formatında  təqdim olunmalıdır.

Namizədlər ərizənin bir ədəd əslini və iki nüsxəsini Azərbaycan və ya İngilis dilində təqdim etməlidir. Ərizələr və qoşma sənədlər geri qaytarılmır. Hər bir təşkilat yalnız bir ərizə təqdim edə bilər. Bir neçə layihə təqdim edilərsə, yalnız qəbul edilmiş ilk müraciət nəzərdən keçiriləcəkdir.

Ərizələr aşağıda göstərilmiş ünvana şəxsən təqdim olunmalıdır:

Qadın İştirakçılığı Proqramının ofisi – 77/20 Əlövsət Quliyev küç, mən.15
Tel: (012) 497 4273 və ya 497 3788; 
E-mail: aaslanov@counterpart.org
Məsul şəxs: Anar Aslanov, Counterpartın Bacarıqların Artırılması və Qrant Menecer 

Müraciət üçün son tarix 6 Yanvar 2012-ci il 17:00

Suallar üçün əlaqə saxlayın: 
Anar Aslanov - Counterpartın Bacarıqların Artırılması və Qrant Menecer 
Tel: (012) 4974273 497 3788
Email: aaslanov@counterpart.org 

Bundan əlavə, Sual-Cavab Sessiyası Counterpartın ofisində 15 dekabr, 2011-ci il saat 14:00 da  keçiriləcək. Sual-Cavab Sessiyasını daha da asanlaşdırmaq və sizi daha ətraflı məlumatla təmin etmək üçün yazılı suallarınızı aaslanov@counterpart.org a təqdim etməyinizi təklif edirik. 

Xüsusi Qeyd:
Bu müsabiqə Kaunterpart və ya ABŞ Beynəlxalq İnkişaf Agentliyinin mütləq qaydada hər hansı bir mükafatın verilməsi öhdəliyi hesab edilə bilməz. Kaunterpart və ABŞ Beynəlxalq İnkişaf Agentliyi hər hansı bir layihənin və ya qəbul edilmiş bütün layihələri rədd etmək hüququnu özündə saxlayır. Yekun qiymətləndirmədən sonra bütün seçilmiş qrant alan təşkilatlar Kaunterpart təşkilatına Data Universal Numbering System (DUNS) nömrəsi təqdim etməlidirlər. Heç bir təşkilata DUNS nömrəsi əldə etmədən qrant verilməyəcək. Bundan əlavə ərizəçilər bilməlidirlər ki, təşkilatın adı, ünvanı və ayrılmış qrantın məbləği qrant verildikdən sonra ictimaiyyətə açıqlanacaq.


Son şərhlər - 2
Səhifələr : 1
səbahi



 25.12.11 16:29
çox gözəl. Bu günki cəmiyyətimizə lider qadılar çox vacib lazımdır. Dövlətimizin idarəçiliyində lider qadınların fəaliyyəti labüddür. Harada qadın başçılıq edərsə, orada ruzi, bərəkət, bolluq, sülh, əmin-amanlıq olar. Ona görə də Qadın liderliyi və Qərarvermə Proseslərində İştirakı üzrə qrant müsabiqəsinin verilməsi lazımdır. Mən bu müsabiqədə iştirak etmək istərdim.
səbahi nəsibova



 25.12.11 17:28
Qadın liderliyi və Qərarvermə Proseslərində İştirakı üzrə qrant müsabiqəsinin ərizələrinin vaxtını bir ay da uzada bilsəniz daha yaxşı olar.Yaxşı layihə yazmaq üçün yaxşı da vaxt lazımdır.Azərbaycanı erməni təcavüzündən xilas edən lider qadınlar olacaq. Mən buna əminəm.
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo