Axtarış: 
Azay Quliyev: Əlavə vəsaitin ayrılması dövlətin QHT sektorunun rolunu yüksək qiymətləndirdiyini göstərdi
+  -  Çap 
Yerləşdirilib: 13.12.11 | Baxılıb: 260
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Azadinform”un suallarını cavablandırıb.
- Milli Məclisin son iclasında hökumət Şuranın təkliflərini nəzərə aldı və gələn ilin dövlət büdcəsində nəzərdə tutulandan əlavə 1 milyon manat QHT-lərə vəsait ayırdı. Bu, Azərbaycanın QHT sektorunda hansı yeniliklər ortaya qoyacaq?

- Konkret olaraq bu o deməkdir ki, QHT-lərin təşəbbüsləri və layihələri daha da kütləviləşəcək. Eyni zamanda adekvat olaraq onların fəaliyyətində də öz əksini tapacaq. Həm müxtəliflik, həm daha çox QHT-nin əhatə olunması baxımından bu özünü müsbət formada büruzə verəcək. İstənilən halda bunun özü müsbət bir haldır ki, Azərbaycan hökuməti QHT-lərə ayrılan vəsaiti diqqətdə saxlayır və lazım olanda artırır. Bu da əlbəttə ki, həm vətəndaş cəmiyyətinin güclənməsinə, həm də ictimai əhəmiyyətli problemlərin həllinə QHT-lərin daha yaxından cəlb olunmasına stimul verir. Eyni zamanda, QHT-lərə əlavə vəsaitin ayrılması dövlətin QHT sektoruna həssaslıq nümayiş etdirdiyini və onların bugünkü rolunu yüksək qiymətləndirdiyini göstərdi.

- Bəzi QHT-lərin fəaliyyətindən dəfələrlə narazılığınızı bildirmisiniz. Bu da daha çox onların layihələr çərçivəsində hazırladıqları nəşrlərlə bağlı olub...



- Bilirsiniz, biz burada bununla bağlı iki istiqamətdə iş aparmaq istəyirik. Birincisi odur ki, şuranın ayrıca bir mətbəəsi olsun və QHT-lərin də bütün çap işləri bu mətbəədə həyata keçsin. Bu həm külli miqdarda vəsaitə qənaət, həm də dəfələrlə narazılığımızı bildirdiyimiz keyfiyyətsiz nəşrlərin qarşısını almaq deməkdir. Bu barədə hazırda düşünürük, müəyyən təklifləri də hazırlayıb təqdim eləmişik. Əgər bu təkliflər qəbul olunarsa, hesab edirəm bu məsələ köklü şəkildə öz həllini tapacaq. Yox, əgər qəbul olunmazsa, onda biz ikinci istiqamət olaraq əvvəlki mexanizmi daha da ciddi şəkildə tətbiq etməyə çalışacağıq ki, QHT-lər kifayət qədər keyfiyyətli nəşriyyatlar ilə işləsinlər və onların hazırladıqları məhsullar minimum tələblərə cavab versin. Yəni istənilən halda biz bu problemin tezliklə aradan qaldırılmasını planlaşdırmışıq.

- Növbəti ildə QHT-lərin fəaliyyətində hansı yeniliklər gözləmək olar?



- Biz artıq 2012-ci illə bağlı QHT-lər üçün müsabiqə elan etmişik. Burada yeniliklər də var. Əsas yenilik isə gələn il Azərbaycanda keçiriləcək “Eurovision”la bağlıdır. İlk dəfə olaraq müsabiqədə bu hadisə ilə bağlı mövzu müəyyənləşdirmişik. Kifayət qədər mötəbər musiqi yarışmasına Azərbaycan ev sahibliyi edir və burada dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də yaxından iştirak etməlidir. Çünki bu möhtəşəm hadisəni layiqincə qarşılamalıyıq, Azərbaycanın bütün müsbət tərəflərini büruzə verməliyik. Bu baxımdan da dövlət qurumları, media vasitələri ilə yanaşı, QHT-lərin də üzərinə ciddi iş düşür. Hesab edirəm ki, QHT-lər bu məsələdə müxtəlif təşəbbüslərlə çıxış edəcəklər. QHT-lər turistlərlə, xarici qonaqlarla bağlı eksperiment qrupların yaradılması, onlarla iş aparılması, müəyyən boşluqların doldurulması və sair kimi təkliflərlə çıxış edə bilərlər. Biz də təbii ki, onları dəstəkləyəcəyik.
Digər yeniliklər isə ümumi xarakter daşıyır ki, bu da QHT-lərin ənənəvi mövzularda öz işlərini təkmilləşdirməsi ilə bağlıdır.

- Azay müəllim, bu yaxınlarda Soros fondunun Bakı nümayəndəliyi rəsmən fəaliyyətini dayandırdığını elan etdi. Sizcə, bu, Azərbaycandakı QHT-lərin fəaliyyətinə necə təsir edəcək?



- Soros fondu QHT-lərlə aktiv işləyən təşkilatdır. Ötən bu müddət ərzində Bakı nümayəndəliyinin xəttilə QHT-lərə kifayət qədər vəsait də ayrılmışdı. Ona görə də təbii ki, belə bir fondun Bakıdakı nümayəndəliyinin bağlanması istər-istəməz QHT-lərin fəaliyyətinə təsirsiz ötüşməyəcək. Ən azı maliyyə baxımından öz təsirini büruzə verəcək. Amma məndə olan bəzi məlumatlara görə, onlar müəyyən QHT-lərə maliyyə dəstəyini davam etdirəcəklərini bildiriblər. Yəni artıq bu maliyyələşmə Bakıdan deyil, digər mərkəzlərdən idarə olunacaq. Buna baxmayaraq, hesab edirəm ki, istənilən halda ölkəyə xoş niyyətlə daxil olan vəsait Azərbaycan qanunvericiliyinə uyğun olaraq xərclənirsə, Azərbaycanın vətəndaş cəmiyyəti qazanırsa, əlbəttə ki, bu maliyyələşməni alqışlamaq lazımdır. O, ki qaldı konkret Bakı nümayəndəliyinin bağlanmasına, hər hansı bir vəsait Azərbaycandan gedirsə, əlbəttə ki, bu, itkidir.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo