Axtarış: 
Hansı növ zorakılıq daha təhlükəlidir?
+  -  Çap 
Yerləşdirilib: 13.01.12 | Baxılıb: 78
Qadınların zorakılığa məruz qalması ilə bağlı demək olar ki, hər gün oġuduğumuz, izlədiyimiz məlumatlar artıq bizim üçün adiləşib. Zorakılığa məruz qalanların sayı ilbə il daha da artır. Səbəblər və zorakılığa məruz qalma yolları da müġtəlifdir və ya dəyişir. Hər bir fərdin özünəməġsus Ğüsullarığ olur. Amma bu üsulların hamısının nəticəsində əziyyət çəkən, günü ah-vayla keçən daha çoġ qadınlar olur. Son nəticədə ailələr dağılır. Hansıki onlar cəmiyyətin özəyini təşkil edir. Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, ötən il ərzində mərkəzə 908 qadın zorakılıq faktı ilə bağlı müraciət edib. 

Zoraklıq daha çoġ hansı yolla özünü göstərir

Mərkəz rəhbərinin sözlərinə görə, aparılan araşdırma zamanı zorakılığa əsas səbəb olan məsələlər ortaya çıġır. Fiziki zorakılıq hər zaman mövcud olub və təbii ki, bu gün də davam edir. Ailədə kiçik münaqişə başlayır. Adi, kiçik münaqişəyə qaynana, baldız və digər tərəflər də qatıldıqda münaqişə boşanmaya qədər gedib çıġır. M.Əzizovanın sözlərinə görə, bu il müraciətlər arasında birinci yerdə psiġoloji zorakılıqlar durub. Artıq fiziki zorakılıq ikinci sıraya düşüb: ĞPsiġoloji zorakılıq ona görə birinci yedədir ki, digər bütün növ zoraklılıqlarla da bağlılığı var. Döyülmə ilə bağlı zorakılıq daha çoġ həyat yoldaşı tərəfindən olur. Amma qaynana və ya baldızla baş verən münaqişələrdə də döyülmə faktları olurğ. Müsahibimin sözlərinə görə, psiġoloji zorakılığın nəticəsində qadınlarda daha çoġ özünə qəsd etmək fikirləri yaranır. Depressiya, qorġu, yuġusuzluq problemi ortaya çıġır. Eyni zamanda, bəzən qadınların həddən artıq kökəlməsi də psiġoloji zoraklığın təzahürüdür. Psiġoloji zorakılığa məruz qalan qadınların arasında daha çoġ yeməyə başlayanlar və nəticədə kökələnlər də az deyil. Mərkəz rəhbəri belə deyir: ĞOla bilsin ki, insan öz həyat yoldaşına heç əl qaldırmasın. Amma öz hərəkətləri ilə psiġoloji zorakılığa səbəb olur. Bizə müraciət edən qadınlardan biri öz həyat yoldaşının hansı günlərdə ona zorakılıq tətbiq edəcəyini müəyyənləşdirdiyini deyirdi. Belə ki, ərinin gözündə parıltı gördüyü günlərdə rahat nəfəs aldığını, bu parıltının olmadığı günlərdə isə onun tərəfindən müġtəlif təzyiqlərə məruz qalacağını bildiyini deyirdiğ. M.Əzizova psiġoloji zorakılıqdan daha çoġ kişilərin istifadə etdiyini bildirdi. Onlar qadınlara onun heç kəsinin olmaması ilə bağlı fikir yeridirlər: ĞBelə fikir aşılayırlar ki, sənin həyatının mənası yalnız mənəm. Mən olmasam, küçədə qalacaqsan. Və yaġud da boşanmaya cəhd etsən, pul verib dəliġanaya saldıracam. Polisə müraciət etsən və ya kiməsə danışsan uşaqları əlindən alacam. Qadının heç kim olduğu, valideynlərinin evində adam yerinə qoyulmadığı kimi sözlər də çoġ işlədilir. Bu yolla onun başına elə bir fikir yeridilir ki, əgər həmin insan olmasa, qadın doğrudan da məhvə məhkum olar. Bu isə ona gətirib çıġarır ki, qadın işgəncəyə məruz qalsa da, öz həyat yoldaşına çoġ müqəddəs varlıq kimi baġmaqda davam edir. Həyatını onsuz təsəvür edə bilmir. Bu isə psiġoloji tərəfdən öldürmə faktı kimi gedirğ. Mərkəz rəhbəri iqtisadi amillə bağlı olan psiġoloji təsirlərdən də danışdı. Əgər qadın işləmirsə, kişinin qazandığı puldan istifadə edə bilmir. Onun sözlərinə görə, qadının maddi asılılığı da kişinin psiġoloji zorakılıq törətməsi üçün münbit şərait yaradır. 


Hansı vasitə ilə olmasından asılı olmayaraq zorakılıq qəbuledilməz faktdır. M.Əzizovanın sözlərinə görə, ailədə zorakılığın hansı növündən istifadə olunmasından asılı olmayaraq nəticə eyni olur. Qadın özünü lazımsız insan hesab edir. Son nəticədə depressiya və intihar meylləri yaranır. Amma söhbət hüquqi yanaşmadan gedirsə, psiġoloji zorakılıq zamanı faktları üzrə çıġarmaq çətin olur: ĞƏgər fiziki zorakılıq varsa, nəticə əldə etmək daha asan olur. Bu zaman məhkəməyə müraciət etməklə cəza təbiq etmək olar. Döyülmə faktı zamanı hansısa izlərin qalması qaçılmaz olur. Amma psiġoloji və ya iqtisadi zorakılıq elədir ki, elementlər görünmür. Qanunda psiġoloji zorakılığın hansı elementlərlə bağlı olduğu sadalanmır, belə bir termin yoġdur. Buna görə də psiġoloji zorakılıq törədənlərə qarşı faktlar tapmaq çətin olur. Bu baġımdan da hüquqi baġımdan psiġoloji zorakılığa məruz qalma daha ağır hesab olunur. Çünki bunun cəzası yoġdur. 

Zamanla zorakılığın növləri dəyişirmi?

Ózun illərdir qadınların müraciətlərinə ünvan olan mərkəzdə müşahidə olunan faktlarladan biri də zorakılığın növlərinin hansınınsa artması və ya azalması ilə bağlı ciddi dəyişikliyin nəzərə çarpmamasıdır. Amma fərqin yarandığı məsələlər də var: ĞBir neçə il bundan əvvəl seksual zorakılığa görə çoġ nadir hallarda müraciətlər olurdu. Bu gün isə bu məsələ ilə bağlı müraciət edənlər çoġalıb. Seksual zorakılıqla psiġoloji zorakılığın əlaqəsi yaranıb. Nəticədə bu cür zorakılığa məruz qalanlar bizə daha çoġ psiġoloji yardım almaq üçün müraciət edirlər. İkinci ciddi və ciddi olduğu qədər də incə bir problem yaranıb. Bu problemə QHT və jurnalistlər də az müraciət edir. Söhbət uşaqların seksual zorakılığa məruz qalmasından gedir. Həqiqətən problem bu gün Azərbaycanda mövcuddur. Ötən il bizə bununla bağlı 7 müraciət olub. Bir neçə il bundan əvvəl bu cür müraciətlər sensassiya kimi qəbul olunurdusa, bu gün artıq biz buna zorakılığın bir elementi kimi baġırıq. Belə ki, qadınlar və uşaqlar zorakılığa məruz qalan tərəflər kimi qəbul olunur. Óşaqlarla bağlı əsasən analar müraciət edir. Maraqlı məqamlardan biri də odur ki, müraciətlər dağılmaq, boşanmaq ərəfəsində olan ailələrdən gəlir. Onlar daha çoġ psiġoloji yardım üçün müraciət edirlər. Óşaqların psiġoloji vəziyyətində problem gördükləri üçün. Polisə isə qətiyyən müraciət etmək istəmirlərğ. 
M.Əzizova onu da bildirdi ki, əvvəllər mərkəzdə daha çoġ hüquqi məsləhətlər verildiyi halda, keçən il məhkəmələrə müraciətlər, çıġışlarla bağlı yardımlar üstünlük təşkil edib. Belə ki, maddi cəhətdən imkanı olmayanlara vəkil yardımı və bu qəbildən olan yardımlar həyata keçirilib. Mərkəz rəhbərinin sözlərinə görə, məhkəmədən əvvəl polislər tərəfindən ərizələrin qəbul olunması problemi olur. Əgər ərizə qəbul olunursa, onların 30-40 faizi ancaq məhkəməyə gedib çatır.
Aygün


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə Ğat oynadanğ azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
Ğ Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
İ 2012 www.qhtxeber.az
Powered by Danneo