qhtxeber.az// QHT Əməkdaşlıq Alyans Şurasının növbəti toplantısı keçirilib.
Alyansdan qhtxeber.az-a verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb. Şura üzvü Gülnarə Axundovanın beynəlxalq təşkilatın nümayəndəsi seçilməsi ilə bağlı Şura üzvlüyündən istefası qəbul olunub. Daha sonra Şuranın əsanaməsinə uyğun olaraq, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Şura üzvlüyünə təsdiqlənib. Daha sonra Şurada yanvar ayının 24-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək “Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr” tədbirinə hazırlıqlar müzakirə edilib. Tədbirə hazırlıqla bağlı Şuranın əlaqələndiricisi Rufiz Qonaqovun və İşçi Qrupun rəhbəri İradə Yaqubovanın məlumatları dinlənilib. Çıxışçılar tədbirə hazırlıqla bağlı keçirilən görüşlər və dəvətlər haqqında Şuranı məlumatlandırıb. Şura əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, tədbirin əhəmiyyətinin nəzərə alaraq, bir sıra görüşlər keçirilib, dəvətlər ünvanlarına çatdırılıb. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən yaradılmış Təşkilat Komitəsi ilə əməkdaşlıq etmək haqqında qərarımıza uyğun olaraq, üzərimizə düşən işlər yerinə yetirilib. Şura tədbirə hazırlıqla bağlı görülən işləri qənaətbəxş hesab edib.
|