Axtarış: 
Şura sədri QHT Əməkdaşlıq Alyansının üzvləri ilə görüşüb
+  -  Çap 
Yerləşdirilib: 24.01.12 | Baxılıb: 57
qhtxeber.az// QHT Əməkdaşlıq Alyansı Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşüb. Görüş Alyans Şurasının təşəbbüsü ilə baş tutub. qhtxeber.az-ın verdiyi məlumata görə, görüşdə QHT-lərin qarşılaşdığı problemlər, onların qarşısında duran vəzifələr müzakirə edilib. Alyansın əlaqələndiricisi Rufiz Qonaqov görüşün məqsədi haqqında məlumat verib. Görüşdə əsasən “QHT Evi”nin yaradılması, özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında iştirakı, müxtəlif İcma və Sosial İnkişaf Fondlarının yaradılması, QHT-lərin maliyyələşməsində milli donorlarla münasibətlərin təkmilləşdirilməsi, hökumət orqanlarının yanında İctimai Komitələrin yaradılması və “Eurovizion 2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsində vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr mövzusunda geniş və ətraflı müzakirə aparılıb. Alyans üzvlərindən Yadigar Məmmədli, Rəfail Becanov, İradə Yaqubova, Xanoğlan Əhmədov, Eyyub Hüseynov mövzular ətrafında çıxış ediblər. 
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev müzakirə olunan mövzularla bağlı öz fikirlərini bildirib: “Şura QHT-lərin maraqlı təşəbbüslərinə daim dəstək verib. İndi bu deyilən məsələlər də prioritetdir və Şura bu məsələlərlə bağlı öz mövqeyini daim bildirib. Alyansın da mövqeyini bölüşürük”.
Şura sədri QHT-lərin qarşısında duran vəzifələrlə bağlı müvafiq təklif və tövsiyyələrini də bildirib. Həmçinin Alyansın 24 yanvar 2012-ci il tarixində “Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda keçiriləcək Dəyirmi Masanın keçirilməsinə Dövlət Dəstəyi Şurasının dəstək verdiyini də söyləyib. O, bildirib ki, vətəndaş cəmiyyəti, QHT-lər müsabiqə ilə bağlı yaradılmaş dövlət komissiyasına hərtərəfli kömək göstərməlidir: “Buna görə də Şuranın builki qrant müsabiqəsinə “Eurovizion”la bağlı mövzu daxil edilib. Lakin bunlar kifayət deyil. Daha geniş spektr əhatə olunmalıdır və gələcəkdə 300-400 QHT-nin iştirakı ilə geniş bir tədbir də keçirmək lazımdır”.
Bunun üçün Azay Quliyev vətəndaş cəmiyyəti təşkilatlarından ibarət qərargah yaradılması zərurətini vurğulayıb və QHT Əməkdaşlıq Alyansının özək rolunu oynaya biləcəyini qeyd edib. QHT Əməkdaşlıq Alyansının üzvləri bildiriblər ki, yaxın günlərdə bununla bağlı təkliflərini Şuraya təqdim edəcəklər.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo