Axtarış: 
İlkin Ağayev
+  -  Çap 
Yerləşdirilib: 25.01.12 | Baxılıb: 61
Xarici tədbirlərə və xaricdə təhsilə can atan bir sıra gənclər...
Bu gün Azərbaycan gəncliyinin özünü inkişaf etdirməsi üçün kifayət qədər imkanlar mövcuddur. Gənclər sərbəst şəkildə təlimlərə, kurslara cəlb olunur, xarici dilləri öyrənir, beynəlxalq təşkilatların kampaniyalarında, layihələrində iştirak edir, müxtəlif kanallar vasitəsilə xaricdə təhsil almağa müvəffəq olurlar. Bu, özlüyündə çox müsbət haldır.
Amma burada xüsusilə diqqət yetirilməli olan bir məqam var. Belə ki, erkən vaxtlardan ictimai aktivliyə, yaxud xarici səfərlərə, eləcə də xaricdə təhsilə can atan gənclər arasında əslində Azərbaycan mədəniyyəti, tarixi, dəyərləri ilə lap səthi məlumatı olanlar da çoxdur. Dəfələrlə şahidi olmuşuq ki, xüsusilə Şərq ölkələrinə - İrana, Suriyaya, Misirə və sair ölkələrə xarici təhsil almağa gedənlər ölkəmiz barədə elementar mədəniyyət və tarix bilgilərini belə, ifadə etməkdə çətinlik çəkirlər. Eləcə də Qərb ölkələrinə müxtəlif layihələr çərçivəsində düşə bilənlər arasında da ölkəsini yaxşı tanımayanlar az deyil. Əslində bu cür gənclərin də bir çoxunun azərbaycanca düzgün yazmaq, fikrini adi yazı və ya məqalə şəklində ifadə etmək, səlist danışmaq qabiliyyətinin olmadığının şahidi olmuşuq. Acınacaqlı orasıdır ki, bu cür gənclərin çoxu həm də azərbaycandilli təhsil alıblar. Bununla belə, dil, mədəniyyət və tarix baxımından axsayırlar. Çox vaxt belələri bəhanə gətirir: “Xarici dili mükəmməl bilirik, bu, bəsimizdir”. Halbuki doğma dilində - beynində fikirləşdiyi və dilində ifadə etdiyi dildə mükəmməl olmayan birisi heç vaxt əcnəbi dili mükəmməl bilməz – bu, dilin və təfəkkürün bir qaydasıdır. Olsa-olsa, bu cür gənclər təcrübi baxımdan hansısa əcnəbi dili qismən mənimsəyə bilərlər. Ola bilsin ki, bu, həmin dilin danışıldığı xarici ölkədə təhsil və yaşamaq üçün imkan versin. Amma həmin dildən milli identikliyin qorunması və mədəniyyətin təbliğində istifadə etmək üçün bilik bazası yoxdursa, belə gənclər Azərbaycanın təbliğində və təmsilçiliyində səmərəsiz olur. Yaxud da buna heç meyil etmirlər.
Ümumiyyətlə, bu cür gənclərin biliklərinin qeyd edilən məqamlar baxımından natamamlığı əslində onların orta, eləcə də ali təhsilinin natamamlığından da qaynaqlanır ki, bu, artıq ayrı bir mövzudur.
Məsələ orasındadır ki, ilk növbədə məhz belə gənclər daha çox xarici təsir altına düşürlər. Belələrini antimilli kampaniyalara meyilləndirmək də asandır. Öz ölkələri haqqında informasiya qıtlığı olan bu cür gənclər əks-təbliğatlara daha çox uyurlar...
Bu baxımdan sözügedən kateqoriyaya aid gənclər arasında çoxlu maarifləndirmələr aparmağa hələ də ciddi ehtiyac var. Eləcə də xarici tədbirlərə və xaricdə kurs keçməyə, təhsil almağa gedən gənclərin bu baxımdan müəyyən yoxlama baryerindən keçməsi məqsədəuyğun olardı. Xüsusən də ilk mərhələdə dövlət xətti və ya dövlətyönümlü qurumlar tərəfindən xaricə göndərilən gənclər bu baxımdan yoxlanılmalıdır. Bunun üçün müəyyən mexanizm formalaşdırmağa dəyər. Belə olduğu halda, gənclər arasında Azərbaycan mədəniyyəti və həqiqətləri barədə bilgilərin daha geniş yayılması da stimullaşmış olar...


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo