qhtxeber.az// “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Sumqayıt Ədəbiyyat Klubunun 1 yaşı tamam olur.
Bu barədə qhtxeber.az-a təşkilatın rəhbəri Tofiq Sadıxov bildirib. Onun sözlərinə görə bununla bağlı keçiriləcək tədbirdə detektiv yazar Çingiz Abdullayevin Sumqayıt gəncləri ilə görüşü təşkil olunacaq. Qeyd edək ki, tədbir 27 yanvar 2012-ci il tarixdə 14.00-da Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında keçiriləcək.
Hazırladı: Yeganə Süleymanova
|