Axtarış: 
Azərbaycan QHT-lərinin Fransa Senatına etiraz bəyanatı (sənədi 250 QHT sədri imzalayıb)
+  -  Çap 
Yerləşdirilib: 25.01.12 | Baxılıb: 150
Fransa Senatının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar Azərbaycan qeyri-hökumət təşkilatlarının
BƏYANATI

 Fransa Respublikası Senatının ölkədə qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair 23 yanvar 2012-ci ildə qəbul etdiyi qanun antidemokratik, beynəlxalq hüquqa zidd bir addım, eyni zamanda Fransa tarixi üçün qara ləkədir. Fransa ictimaiyyətinin böyük bir hissəsinin, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının, Senatın Konstitusiya Komissiyasının və digər ictimai-siyasi qurumların etirazlarına baxmayaraq, prezident Nikolya Sarkozinin partiyası Senatda bu qərəzli, heç bir obyektiv əsasa və reallığa söykənməyən qanunun qəbuluna nail oldu. Bu qanun təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə Avropanın insan hüquqları dəyərlərinə, sərbəst ifadə və fikir azadlığına ciddi təhdiddir. Çünki qanun vətəndaşı heç vaxt şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə 1 il azadlıqdan mərhumetmə və ya 45 min avro məbləğində cərimə cəzasına məhkum edir.

Hesab edirik ki, “erməni məsələsi” ilə bağlı tarixi reallıqlar və əsl siyasi gerçəkliklər bu qanunun lehinə səs verənlərə yaxşı bəllidir: çünki məhz onların sələflərinin “dostcasına” təhrikilə erməni millətçiləri XX əsrin əvvəllərində ərazisində yaşadıqları dövlətlərə xəyanət etmiş və həmin “dostların” verdiyi silahlarla regionun dinc türk-müsəlman əhalisinə qarşı soyqırımlar törədərək, erməni xalqını başqalarının əlində təcavüz alətinə və girova çevirmişlər.
Bu qanunun qəbulu ilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq vasitəçilik missiyasını həyata keçirən Fransa obyektivliyini heçə endirməklə yanaşı bundan sonra bu missiyanı davam etdirməyə mənəvi haqqını da itirmiş oldu.
Biz Fransa, Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti institutlarını, hüquq müdafiəçilərini bu qanuna qarşı çıxmağa və beynəlxalq apelyasiya instansiyalarında onun antidemokratik, qərəzli və zorakı mahiyyətini ifşa edərək, tətbiqinə yol verməməyə çağırırıq.
Biz Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-ə müraciət edərək, Fransa Senatının qəbul etdiyi bu qanuna siyasi, hüquqi, mənəvi qiymət verməyə və onun Avropa məkanında yaşayan xalqlar arasında dostluğa və əməkdaşlığa deyil, nifaq və düşmənçiliyə xidmət etdiyini nəzərə almağa çağırırıq.
Biz ümumbəşəri dəyərlərə və beynəlxalq hüquqa zidd olan belə hərəkətlərin, Avropada söz və ifadə azadlığının məhdudlaşdırılmasına, dövlətlərarası münasibətlərin gərginləşməsinə yönəlmiş bu tipli müdaxilələrin qarşısının alınıb dəf ediləcəyinə inam ifadə edirik.

Bəyanat 250-dən artıq Azərbaycan qeyri-hökumət təşkilatı tərəfindən imzalanmışdır.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo