Axtarış: 
Eurovision şəhərciyi yaradılacaq
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 44
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Eurovision şəhərciyi" (EuroVillage) yaradılacaq. "Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli Trend-ə deyib ki, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. "EuroVillage" açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər. Kərimli deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Euroclub" da yaradılacaq. Burada "Eurovision"a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada "Eurovision" mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq. Onun sözlərinə görə, hazırda həm "EuroVillage", həm də "Euroclub"un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulur. Kərimli "EuroVillage" və "Euroclub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo