Axtarış: 
Bakıda eşidilən məhşər səslərinə mütəxəssis münasibəti
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 47
qhtxeber.az// Dünən Twitter sosial şəbəkəsində ən çox müzakirə olunan mövzu Bakının müxtəlif yerlərində insanların qeyri-adi səs eşitməsidir. 
 qhtxeber.az-ın  Day.Az-a istinadən verdiyi məlumatına görə, azərbaycanlı ezoterik-tədqiqatçı Vaqif Ələkbərov Bakıda "məhşər səsi"nin eşidilməsilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

"Belə qeyri-adi səsləri ilk növbədə sənaye ilə əlaqələndirmək olar. Yəni qaldırıcı kranlardan, yeraltı boruların rezonansından, metro tunelinin qazılmasından və sairdən belə səslər yarana bilər. Amma jurnalistlərin "Yerin uğultusu" kimi təqdim etdikləri aşağı tezlikli uğultu dünyanın müxtəlif yerlərində insanları ən azı ötən ilin yayından narahat etməyə başlayıb. Məsələn, Kiyevdə çəkilmiş çarxda eşidilən səs böyük maraq doğurub. İnternetdə həmin görüntüləri 2 milyondan artıq insan izləyib. Səsin haradan gəldiyinə dair çoxsaylı versiyalar isə elə versiya olaraq qalır. Onun əsl səbəbi hələ də məlum deyil", - deyə V.Ələkbərov xatırladıb.
Mütəxəssis İngiltərə, İspaniya və ABŞ sakinlərinin də oxşar səslər eşitdiklərini diqqətə çatdırıb: "Bəzi alimlər, məsələn, professor Martin Stenvill hesab edir ki, bu uğultu Yerin maqnit qütblərinin yerdəyişməsindən yaranır. Mən isə hesab edirəm ki, bu məsələnin tədqiqi zamanı ufologiyadakı məlum təcrübəyə müraciət edilməlidir. Səmadan belə səslərin gəlməsinin real olduğu hərbçilər tərəfindən də təsdiqlənib. 1961-ci ildə Baltikyanı regionda üçbucaqlı UNO peyda olmuşdu. Polkovnik, texniki elmlər namizədi Vitali Şelepov bildirirdi ki, səmadan güclü səs gəlməyə, həmçinin naməlum obyekt görünməyə başlayıbmış. Odur ki, bu səs insanların görə bilmədiyi UNO-lardan da gələ bilər".
Bəzi alimlərin fikrincə, bu səs Yerin maqnit sahəsində baş verən dəyişikliklərlə əlaqədar ola bilər. Onun hansı nəticələr verə biləcəyisə hələ ki, bilinmir.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo