Axtarış: 
Gənclər təşkilatlarının rəhbərləri üçün təlim keçiriləcək
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 82

Azərbaycanda 2008-2011-ci illərdə yaradılmış gənclər təşkilatlarının rəhbərləri üçün "Dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının iştirakı" mövzusunda təlim kursu keçiriləcək.



Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-17-də Bakıda keçiriləcək təlim kursunun məqsədi gənclər təşkilatlarına dövlət gənclər siyasəti haqqında məlumatın verilməsi və gənclər təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün şəraitin yaradılmasıdır.

Təlim məşğələləri dövlət gənclər siyasəti və bu siyasətin əsas istiqamətləri, dövlət orqanları ilə gənclər təşkilatlarının əməkdaşlıq əlaqələri, könüllülərlə iş və onların təşkilatlara cəlb olunması və başqa mövzular üzrə keçiriləcək.

Təlim məşğələləri qeyri-formal təhsil metodologiyasının tətbiqi ilə beynəlxalq və yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən təşkil ediləcək.

Əlavə məlumatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə etmək olar.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo