Axtarış: 
Sağlam olmaq dəbdədir
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 37
Yanvarın 30-da “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Gənclər Gününə həsr edilmiş tədbir keçirəcək. Artıq  1997-ci ildən etibarən, hər il fevralın 2-də  Azərbaycanda Gənclər Günü qeyd edilir.  Bu gün cəmiyyətin  inkişafında gənclərin   iştirakını təmin edən imkanların müzakirəsi, gənclərin bu imkanlardan yararlana bilməsi, onların yaşadığı  qayğılar və s. bu kimi mövzular gündəmə gətirilir.


SOS Uşaq Kəndləri –Azərbaycan, hər il olduğu kimi, bu dəfə də fürsətdən istifadə edərək, gənclər üçün önəmli olan məsələlərə diqqəti cəlb etmək qərarındadır.

Bu məqsədlə keçirilən növbəti  tədbirdə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının himayəsində olan gənclər, eləcə də təşkilat çərçivəsində  həyata keçirilən müxtəlif inkişaf və təhsil imkanlarından bəhrələnən gənclər iştirak edəcəklər.(ann.az)

“Sağlam olmaq dəbdədir” çağırışı ilə gənclərə səslənən  tədbirdə  “Breyn Rinq” intellektual yarışması keçiriləcək.  Bu populyar beyin yarışmasının əsas mövzuları fiziki və mənəvi sağlamlıqdır.  Əsrimizin bəlası olan HİV, Vərəm, Narkotiklər, Tütün alışqanlığı insanlara hansı ziyanlar vurur və bunun qarşısını almaq üçün nələri bilmək vacibdir? Bu sualları ən yaxşı cavablandıracaq komanda qalib sayılacaq. Qaliblər ictimai təşkilatların nümayəndələrindən ibarət münsiflər tərəfindən müəyyən ediləcək.

Bundan əlavə,  SOS Uşaq Kəndlərinin 1-ci və 2 –ci  Gənclər Evinin sakinləri, həmçinin digər nativ qayğını tərk etmiş və tərk etməkdə olan gəncləri özündə birləşdirən Gənclərin Güvənc Körpüsü şəbəkəsinin üzvləri də bədii proqramla çıxış edəcəklər.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo