Bu gün "REGION" Beynəlxalq analitik Mərkəzi İH-nin sədri Razi Nurullayev Avropa Komissiyasının rəsmisi Jerome Pons ilə görüşüb.
QHT sədri Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılan Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycandakı fəaliyyətinə toxunub və müzakirələr aparıb. O qeyd edib ki, Vətəndaş Cəmiyyəti Forumuna hər il keçirilən seçim prosesində qeyri-şəffaflıq əlamətləri sezilməkdədir və bu məsələnin ciddi müzakirəyə ehtiyacı var. Hər il aparılan seçimlər nəticəsində vətəndaş cəmiyyəti sektorunda fəal insanlar, sanki bilərəkdən kənarda saxlanılır. Avropa Komissiyasının rəsmisi bu məsələ ilə ciddi maraqlanacağına söz verib. Razi Nurullayev isə bu məsələnin çox önəmli olduğunu və bununla bağlı şəxsi araşdırmalarını da aparacağını deyib.
|