qhtxeber.az// Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə maliyyə yardımı (qrant) müsabiqəsi elan etmişdilər. “Sosial Təşəbbüslər Mərkəzi” İctimai Birliyi müsabiqənin “Avropa Komissiyasının maliyyə və qrant imkanlarının öyrənilməsi, bu barədə əhalinin maraqlı olan təbəqələrinin məlumatlandırılması” mövzusuna layihə təqdim etmiş və “Avropa yaxın qonşu olmaqla yanaşı, yaxın partnyordur” layihəsi ilə qalib gəlmişdir.
Layihənin mahiyyəti Avropa Komissiyasının maliyyə və qrant imkanlarının araşdırılması, yerli QHT-lərin bu layihələrdə iştirakının təmin edilməsi variantlarının tapılması olub. Avropa Komissiyasının qrant proqramlarında iştirak etmək əksər QHT-lər üçün çətinlik kimi görünür. Bunun əsas səbəblərindən biri də müsabiqəyə qatılmaq sərtləri və tələb olunan sənədlər barədə məlumatlılıq səviyyəsinin aşağı olması, hansı instansiyalara müraciət etmək, hansı mərhələlərdən keçmək barədə məlumatsızlıqdır. Məlumatların əcnəbi dillərdə təqdim olunması QHT sektorunun təmsilçiləri üçün daha da əlçatmaz görünür. Məhz bu problemləri aradan qaldırmaq üçün Avropa Komissiyasının qrant proqramları barədə məlumatları Azərbaycan dilinə tərcümə etməklə bu yöndə öz töhfəmizi vermək istədik. Bu ideya Açıq Cəmiyyət İnstitutu tərəfindən yüksək qiymətləndirildi və sənədlərin tərcüməsi ACİ YF-nin maliyyə yardımı ilə tərcümə edildi. Sənədlər konkret bir layihə nümunə formasında götürülərək ona uyğun hazırlanıb. QHT-lərin nəzərinə 4 sənəd təqdim olunur: ANNEX A – Qrant namizədləri üçün göstərişlər. Yükləyin
ANNEX B – fəaliyyətin büdcəsi. Yükləyin
ANNEX C – məntiqi quruluş. Yükləyin
ƏLAVƏ A – qrant ərizə və blank forması təqdim olunur. Yükləyin
|