Axtarış: 
Regional İnkişafa Yardım İctimai Birliyinin sədri Adil Adilov: “Layinənin məqsədi insan alverinə qarşı mübarizədə DİN-ə dəstək olmaq, insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlamaqdır”
+  -  Çap 
Yerləşdirilib: 15.04.10 | Baxılıb: 297
- Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyiniz layihənin məqsədi nədən ibarətdir?

- Layihənin məqsədi insan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaq məqsədi ilə profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
İnsan alveri ilə bağlı cinayətlərin, habelə insan alveri üzrə mütəşəkkil cinayətkarlığın qarşısını almaq, səbəbləri aşkar edib aradan qaldırmaq məqsədilə ictimaiyyətlə profilaktik tədbirlər həyata keçirmək, vətəndaşların maarifləndirilməsi istiqamətində iş aparmaq istəyirik. Eyni zamanda, DİN-in insan alveri ilə mübarizə idarəsinin əməkdaşlarına bu istiqamətdə dəstək olmaq, insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlamaq və müvafiq orqanlara təqdim etmək də nəzərdə tutulub. İnsan alveri qurbanlarına tibbi, həmçinin psixoloji yardımın göstərilməsi üzrə kompleks təbliğat tədbirləri həyata keçirməliyik. İnsan alverinin profilaktikasına və qarşısının alınmasına istiqamətlənmiş seminarlar keçirmək, yığcam həə kitabçaları nəşr etməyi düşünürük. Bu vəzifələri həyata keçirərkən “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli AR Qanununun tələblərinə riayət etmək, faydalanmaq. Azərbaycan Respublikasında çox ciddi problemə çevrilən insan alveri dövlətin təhlükəsizliyinə, xalqın milli genefonduna təhdid kimi qəbul edilən və beynəlxalq aspektdə cinayətkar şəbəkəsinin yaradılmasına şərait yaradan amillərin, psixoloji aspektdə isə bu cinayətin qurbanı olanların məruz qaldıqları daxili iztirabların, mənəvi-psixoloji sarsıntıların aradan qaldırılması üçün hüquq normaları qəbul edildi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alveri ilə Mübarizə İdarəsi yaradılmış və “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu qəbul edilmişdir. Məqsəd insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə bu cinayətin qurbanlarının hüquqi vəziyyətini müəyyən etmək, belə şəxslərin müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləməkdən ibarətdir. DİN-in İnsan Alveri ilə Mübarizə İdarəsi ictimaiyyətin və QHT-lərin iştirakı ilə şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formasından müdafiəsi, insan alverini doğuran səbəblərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir. Lakin cəmiyyətin müəyyən qismi mütəşəkkil cinayətkarlığın bu qolu ilə aparılan mübarizənin mahiyyətini dərk etməməyi hələ də mübarizənin təşkilində boşluqların olması, anlaşılmazlığın və ziddiyyətlərin yaranmasına səbəb olmuş, qarşılıqlı əməkdaşlığın bərpasına mane olmuşdur. Belə hallar isə bütövlükdə bu ağır cinayətin aradan qaldırılmasına təsir edən halların qarşısının alınmasına da əngəl yaratmışdır. İnsan alverinə qarşı mübarizənin təşkilində mühüm əhəmiyyət kəsb edən amillərin – qurbanların cəmiyyətdə ayrıseçkiliyə məruz qalmasının qarşısının alınması, onların təhlükəsizliyinin təmin edilməsi, onlarla nəzakətli rəftarın təşkili, belə cinayətlərə görə cəzanın labüdlüyü və hüquqi, siyasi, sosial-iqtisadi, habelə təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində QHT-lərin rolu çox vacibdir. - Saatlıda sizi narahat edən sosial-ictimai problemlərə yanaşmanız necədir? - Hər kəsin problemlərinin həllinə erkən yaşlardan başlamağın, ehtiyacı olan zəif qrupların, uşaq və gənclərin vəziyyətinin araşdırılması, onların prioritetlərinin, ehtiyaclarının müəyyənləşdirilməsi üçün dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin səylərin birləşdirməsi vacibdir. Gənclərə vətənpərvərlik hissinin aşılanması, onların nəsillər arasında körpü rolunu oynayaraq aparıcı qüvvəyə çevrilməsi, məşğulluq imkanlarının artırılması, qaçqın və məcburi köçkün uşaqların və gənclərin təhsili bizim üçün çox önəmlidir. Bu gün Azərbaycan gəncliyinin problemləri ilk növbədə öz hüquqlarını bilməməkləridir. Bütün problemlərin kökündə isə ali təhsilli gənclərin işsiz qalmalarıdır. Əvvəllər kənddə bir neçə idarə fəaliyyət göstərirdi və burada da müxtəlif vəzifələrdə 50-60-a yaxın qadın işləyirdi. Amma indi rayon üzrə heç bir dənə də olsun qadın idarədə işləmir.

- Sizcə, region gənclərinin ən aktual çətinlikləri nədir?

- Əsas problemlərdən biri gənclərin sağlamlığı ilə bağlı olan məsələdir. Düzdür, bizdə digər ölkələrlə müqayisədə bu sahədə vəziyyət xeyli yaxşıdır. Çalışmalıyıq ki, vəziyyəti belə həddə saxlayaq. Ancaq regional götürsək, bizdə də gənclərin narkomaniyaya aludəçiliyi var. Bu elə bir biznesdir ki, ölkələrə yeridilir və xüsusən gənclər buna cəlb edilir. Bu problemin qarşısının alınması üçün artıq bir sıra işlər görülür və bu işlər davam etdirilməlidir. Onu da deyim ki, bu, təkcə hər hansı gəncin daxili və fiziki problemi deyil, həm də ümumiyyətlə millətin genevativ məsələsidir. Cənab prezidentin də sağlam həyat tərzi ilə bağlı xüsusi sərəncamları var. Məsələn, idman komplekslərinin tikintisi bu proqramın tərkib hissəsidir. Bu proqramlarla gənclərə deyilir ki, sənin asudə vaxtının təşkili bu idman kompleksində mümkündür. Yəni sən o pis yoldansa, gəl sağlam həyat tərzi ilə məşğul ol. Bu, gəncləri pis vərdişlərdən çəkindirməyin bir üsuludur. İkinci növbədə bu məsələdə KİV-in rolu böyükdür ki, gənclər arasında maarifləndirmə aparsınlar. Narkomaniya ilə yanaşı, bu gün Azərbaycana yad mədəniyyətlərin, yad islahatların müəyyən qüvvələr tərəfindən keçirilməsi də hiss olunur. Elə qruplar var ki, dindən istifadə edərək gəncləri digər yollara salırlar. Həmçinin gənclərə müasirlik adı ilə digər amillər aşılanır. Bütün bunlar müəyyən təşkilatların Azərbaycanda problemlər yaratmaq istəməsi ilə bağlıdır. Təbii ki, bütün bunlara qarşı dövlət qurumları mübarizə aparır və biz də gənclər təşkilatı olaraq gənclərimizi bu pis vərdişlərdən qorumağa çalışırıq. Problemə son qoymağın ən yaxşı üsullarından biri isə gənclərin təhsil səviyyəsinin yüksəldilməsidir.

- Təşkilatınızın regionlar üzrə diqqət mərkəzində dayanan problemlərinin mənzərəsini necə əks etdirərdiniz?

- Regionların sosial-iqtisadi inkişafı və regionlarda mövcud olan problemlərin həllinə yardım etmək təşkilatımızı əsas missiyası olduğuna görə regionların problemlərini təhlil edir və onların həllinə ictimai dəstəyin verilməsi üçün müxtəlif proqramlar hazırlayırıq. Ölkəmizin Sabirabad, Hacıqabul və Şirvan şəhərlərində apardığımız müşahidələr və əhali ilə mütəmadi olaraq keçirdiyimiz görüşlərdə mühüm ictimai əhəmiyyət kəsb edən bir sıra problemləri müəyyən etmişik. Regionlarda əhalinin məşğulluğu sahəsində mövcud olan problemlər heç yerdə işləməyən, ailə başçısının birinin olmadığı və maddi vəziyyəti çətin olan ailələrdə sosial vəziyyəti xeyli dərəcədə pisləşdirir. Rayonda təkcə BİAM birliyi açılıb. Burada da biam bitkisini hazırlayıb dərman peraparatı kimi xaricə göndərirlər. Rayonumuz neft sahəsindən uzaq olsa da, torpaq şəraiti yararlı və məhsuldardır. Sovet dövründə bir əyirici sex inşa edilirdi, sonradan tikintisi yarımçıq qaldı. Hazırda həmin sex yenidən tikilir. Yəqin ki, yeni avadanlıq almaq istəyirik. Vaxtilə Azərbaycan illik plan üzrə 1 milyon ton pambıq verdiyi halda, Saatlı 47 min ton pambıq istehsal edirdi. İndi Azərbaycan 30 min ton pambıq istehsal edir ki, bunun yarıdan çoxu Saatlının payına düşür. Saatlıda pambıqçılığın inkişafı üçün münbit şərait və suvarma imkanları boldur.

Hazırladı: qhtxeber.az üçün xüsusi olaraq Səbinə Mövsümova

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo