Axtarış: 
Asif Əsgərli: “Dövlət Dəstəyi Şurasının yaradılması Milli QHT sektoruna fundamental dəyişikliklər gətirdi”
+  -  Çap 
Yerləşdirilib: 16.04.10 | Baxılıb: 394
Azərbaycan “Demokratik Tələbə” Gənclər Təşkilatının sədri Asif Əsgərli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 2 illiyi münasibətilə analitik yazı hazırlayıb. Oxucuların diqqətinə həmin məqaləni təqdim edirik. Uzun müddət Azərbaycan QHT sektorunda bir məsələ - milli donor institutunun yaradılması aktual mövzu olaraq müzakirə edilir və buna dair müxtəlif təkliflər səsləndirilirdi. Lakin o da aydın idi ki, dövlətin büdcəsi tam şəkildə ictimai sektora maliyyə dəstəyinin göstərilməsi üçün yetərli deyil. Ölkə iqtisadiyatında müsbət artım tempinin nəzərə çarpması, sürətli büdcə dəyişikliyi, hökumətin, xüsusilə də, Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, bu sahəyə böyük maraq və dəstəyi Azərbaycanda yeni bir ictimai-siyasi təsisatın – QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasını qoydu.

Mübaliğəsiz demək lazımdır ki, uzun müddət bu işdə dayanmadan, ardıcıl, peşəkarcasına, nəzəri və praktik fəaliyyəti ilə seçilən Milli QHT Forumu və onun o vaxtkı sədri və hal-hazırda Şuraya layiqincə rəhbərlik edən, millət vəkili Azay Quliyevin xüsusi əməyi olmuşdur. Müasir Qərb və Avropa təcrübəsini özündə birləşdirən Şuranın fəaliyyəti keçmiş Sovetlər Birliyi ölkələri üçün örnək ola biləcək dərəcədə əhəmiyyətlidir. Azərbaycanda 1000-lə QHT-nin müxtəlif obyektiv və subyektiv səbəblərdən beynəlxalq donorlara çıxış imkanalarının məhdud olduğu, bəlkə də olmadığı bir dövdə Şura bu 2 ildəki fəaliyyəti QHT sektoruna fundamental dəyişikliklər gətirdi.

Birincisi, Şuranın mövcudluğu və bu günkü real fəaliyyəti milli donor institutunun gerçək varlığının təcəssümüdür.

İkincisi, bu sahədə hüquqi baza formalaşdı və artıq qanunvericilikdə dövlət büdcəsindən birbaşa QHT-lərə maliyyələrin ayrılmasında hər hansı “şlaqbaum” mövcud deyil. Uzun müddət dövlət rəsmiləri, xüsusilə də, iqtisadi-maliyyə və ədliyyə sektorunun təmsilçiləri bu məsələni əsas gətirərək, hər hansı QHT təkliflərini müzakirə belə etmək istəmirdilər.

Üçüncüsü, milli QHT-lərdə inam, qayğı, dəstək və etimad hissləri və üzünütəsdiq imkanları yarandı. Millətimizin, dövlətimizin və cəmiyyətimizin inkişafı, tərəqqisi və sabahı ilə bağlı təkliflərin reallaşmasına şərait yaradılmasının əsası qoyuldu.

Dördüncüsü, bu günə qədər yalnız adı statistikada məlum olan QHT-lərdə motivasiya yarandı və Şura bu baxımdan katalizator rolunu oynadı.

Beşincisi, Şuranın sənədləşmə, normativ prosedurlara ciddi önəm verməsi və bu işləri ön şərtlər olaraq qoyması QHT-lərdə məsuliyyət, hüquqi, maliyyə qaydalara qeyd-şərtsiz əməl etmək ənənəsini yaratdı. Bəlkə də çoxları bunları bürokratik əngəl hesab edirlər, amma onu qeyd edim ki, nüfüzlu beynəlxalq donorlarla işləyən QHT-lər onların prosedurlarını, hələ layihə seçiminə qədər olan dövrdəki tələbləri yanında Şuranın təlimatları “toya getməlidir”.

Altıncısı, Şuranın getdikcə artan nüfüzü, fəaliyyətinin genişlənməsi “Azərbaycan QHT-ləri yalnız bizim qrantlardan asılıdır” yuxarıdan-aşağı fikirlər səsləndirən bir çox beynəlxalq donor təşkilatları və dövlətləri hərəkətə gətirmiş və müəyyən mənada hesablaşmağa vadar etmişdir.

Yeddincisi, Şuranın cəmiyyətdəki rolunun artması müxtəlif hökumət qurumlarının, nazirlikərin bu sahəyə müəyyən töhfələr vermək istəyinə səbəb olmuşdur.

Səkkizincisi, Şuranın və ümumilikdə QHT sektorunda son gözəcarpmalar demək olar ki, əsasən Bakı və iri şəhərlərdə işləməyə üstünlük verən QHT-in “gödən-könüldən uzaq” rayonlara “ayaq açmasına” da səbəb oldu. Bu sırada onu da qeyd edim ki, bu bölgələrin rəhbərəri də artıq maraqlıdırlar və mnüəyyən mənada dəstəkdə də bulunurlar ki, onların rayonunda QHT-lər xətti coxsaylı tədbirlər keçirilsin. Son vaxtlar bunu biz öz təcrübəmizdə əyani olaraq görmüşük. Hətta rayon, şəhər icra hakimiyyəti başçılarının tədbirlərdə iştirakı, fəalları qəbul etməsi və yeni-yeni layihə və proqramların icrasında maraqlı olduqları faktlardır. Bu da bir uğurdur.

Doqquzuncusu, Şuranın milli donor olaraq fəaliyyət göstərməsi QHT-lərdə “layihələr mütləq əcnəbi dildə, xüsusilə də ingilis dilində hazırlanmalıdır” asılılığına müəyyən qədər zərbə vurdu. Artıq Bakıdakı bəzi xarici nüfuzlu donorlar (ATƏT və s.) da bununla hesablaşmalı olublar. İldən-ilə Şuranın fəaliyyətində ciddi təkmilləşmələr gedir, resurslar və imkanları artır, birgə maliyyələşdirmənin əsası qoyulub və bu iş uğurla davam edir. Bütün bunlar yalnız və yalnız milli QHT camiyəsinin xeyrinədir.

Bir daha Şuranı, onun rəhbərliyini və bütünlükdə Azərbaycan QHT ailəsini təbrik edir, ölkəmizin, millətimizin və cəmiyyətimizin inkişafı naminə uğurar arzulayıram”.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo