Axtarış: 
Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov: “Əsas diqqətini regionlarda ekoturizmin, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş layihələrin hazırlanmasına yönəltmişik”
+  -  Çap 
Yerləşdirilib: 21.04.10 | Baxılıb: 754
- Birliyinizin fəaliyyət istiqamətlərindən biri də təsərrüfat sahələrinin inkişafını yerli səviyyədə stimullaşdırmaq üçün proqramlar hazırlamaqdır. Hansı proqramlar hazırlamısınız? - Təşkilatımız əsas diqqətini regionlarda ekoturizmin inkişafı və hər bir ərazidə onun təsərrüfatı ixtisaslaşmasına uyğun kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş layihələrin hazırlanmasına yönəltmişdir. Fikrimizcə, bu istiqamətdə bələdiyyələr mühüm rol oynaya bilərlər. Lakin bələdiyyələrlə bağlı vəziyyət hələ ki buna imkan vermir. Təbii ki, üzərində işlədiyimiz layihələrin realizə edilməsi üçün müvafiq maliyyə mənbələrinin tapılması zəruridir.

- Ekoloji problemləri diqqət mərkəzində saxlayan təşkilat kimi Xəzər dənizi sahilinin Azərbaycan hissəsinin regional planlaşdırılması barədə nə deyə bilərsiniz?

- Bu məsələ Azərbaycan üçün çox önəmlıdir. Məlum olduğu kimi, sahil ərazilərdə tikintilərin aparılmasına - 150 metrlik sahil zolağında tikintilərə qadağan qoyulmasına dair Respublikamızın Prezidentinin müvafiq sərancamı vardır. Ancaq bəziləri bu sərancamdan irəli gələn tələbləri pozurlar. Bu cür neqativ hallar sahilin bəzi çimərlik ərazilərində mövcuddur. Sahilin bir hissəsi hasara alınaraq sanki özəl çimərlik zonaya çevrilmiş və sahilin bu hissəsinə sadə vətandaşlar üçün əlçatmazdır. Təbii ki, sahilin bu hissəsində ekoloji vəziyyət haqında danışmaq çətindir. Əfsuslar ki, sahil ərazilərdəki vəziyyətə bələdiyyələr sanki müşahidəci kimi biqanə olaraq qalırlar. Hələ ki respublikamızda Xəzər sahili ərazilərin regional planlaşdırma strategiyası hazırlanmayıb. Inanıram ki, həmin strategiya movcud vəziyyətin dəyişməsində mühüm əhəmiyyət kəsb edəcək.

- İqlim dəyişmələri ilə bağlı ekoloqların həyəcan təbili proqnozlaşdırılan təhlükənin qarşısının alınmasına kömək ola bilərmi?

- İqlimdə baş verən qlobal proseslər heç də insanın fəaliyyəti ilə bağlı deyil. Burada başlıca rol Yerin təkində, atmosferdə və bütövlüklə Günəş sistemində cərayyan edən proseslər oynayırlar. Lakin lokal (regional və məhəlli) səviyyədə insanın təsərrüfat fəaliyyəti iqlimin dəyişməsində öz əksini tapır. Təbii ki, hər bir ərazidə insanın fəaliyyəti nəticəsində ətraf mühitdə dəyişikliklər baş verir, bu dəyişikliklərin nəticələri faciəvi olmaması üçün yerdə cərayyan edən təbii proseslər haqda hərtərfli biliklər və məlumatlar əldə olunmalıdır. Əks halda, insanın fəaliyyəti nəticəsində əldə olunan nailiyyətlər puç ola bilər. İnsanın əldə etdiyi biliklər əsasında iqlim dəyişmələrinin gedişini müəyyən edərək ona uyğunlaşma səpkidə insan fəaliyyətinin qurulması gözlənilən təhlükələrin qarşısını almaq yox, mənfi fəsadlarını minimuma endirmək olar.

- Azərbaycanda inkişaf edən turizm mərkəzlərinin əhali tərəfindən necə dəyərləndirilir?

- Regionlarda yaradılmış turizm mərkəzlərinin yerli sakinlər tərəfindən dəyərləndirilməsinə dair mərkəzimiz bölgələrdə bir neçə sosioloji sorğu aparmışıq. Nəticədə müəyyən olmuşdur ki, respondentlərin böyük əksəriyyəti turizm mərkəzlərinin yaradılmasının müsbət hal kimi qiymətləndirməklə yanaşı onların fəaliyyətini heç də qənaətbəxş hesab etmirlər. Bu mərkəzlərdə həddən artıq dərəcədə yüksək qiymətlərin olması, xidmət sahələrinin aşağı olması və bu mərkəzlərə getmək üçün nəqliyyatlın (şəxsi avtomobilər isyisna olmaqla) olmaması bura ölkəmizin sadə vətandaşları üçün əlçatmazdır. Artıq vəziyyət o dərəcəyə çatıb ki, yay mövsümündə bəzi turizm mərkəzlərinə çox az sayda turist gəlir. Gələnlərin əksəriyyəti isə həftə axırı, bir-iki günlük istirahətə üstünlük verirlər. 2009-cu ildə respublikamızda turizm industriyasından əldə olunan gəlirlərin aşağı düşməsinin səbəblərindən biri də mərkəzlərin böyük əksəriyyətin qiymətlərin yüksək olması idi. Hesab edirəm ki, yaxın illərdə bu istiqamətdə vəziyyətə uyğun dəyişıklıklər aparılmasa turizm sahəsi, ölkə iqtisadiyyatının vacib qeyri neft sektoru kimi, bizim ümüdlərimizi doğrultmayacaq.

Hazırladı: xüsusi olaraq qhtxeber.az üçün Səbinə Mövsümova

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo