QHT TV
Arxiv
Sen.2014
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     


Axtarış: 
ASAN xidmət mərkəzləri haqqında məlumat
+  -  Çap 
Yerləşdirilib: 04.12.12 | Baxılıb: 3661
Mərkəzlərin fəaliyyəti haqqında ən çox verilən suallara cavabalarla bu materilada tanış ola bilərsiniz


- ASAN xidmət mərkəzləri nədir?

- ASAN xidmət mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

ASAN xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Yəni, vətəndaşlar əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana- ASAN xidmət mərkəzinə müraciət edərək ala biləcəklər.

- Vətəndaşlar üçün ASAN xidmət mərkəzlərindən istifadə edilməsinin hansı üstünlükləri olacaq?

İlk növbədə ASAN xidmət mərkəzlərində xidmət müasir standartlara uyğun şəkildə qurulacaq. Yəni vətəndaşların vaxtına qənaət edilməsi, onlara nəzakətli xidmət və davranış göstərilməsi, əvvəlcədən növbəyə yazılmaq, istifadə etmək istədiyi xidmət barədə əvvəlcədən məlumat almaq üçün bütün zəruri şərtlər mövcud olacaq. Belə ki, Mərkəzlərdə Məlumat köşkü fəaliyyət göstərəcək. Vətəndaş bura mürciət edərərk əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyəcək.Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunla müəyyən edilmiş müddətlərdə götürə bilər;

Mərkəzlərdə rahat gözləmə zalı, kafelər və uşaqların oynaması üçün ayrıca yerlər olması nəzərdə tutulub.

Mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdiriləcək.

Mərkəzlərdə xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilməli və təqvimin bütün günlərində fasiləsiz vətəndaşlara açıq olmalıdır. Mərkəzlər axşam saat 20.00-dək fəaliyyət göstərəcəklər.

Xidmət üçün qanunla müəyyən edilmiş ödənişlər yalnız bank şöbələri, ödəmə nöqtələri və ya internet vasitəsilə ödənilməlidir. Yəni, vətəndaş nağd şəkildə əldən-ələ pul odəməyəcək.

Mərkəzlərdə xidmət aparılan otaqların divarları şəffaf (şüşədən) olacaq. Xidmət göstərilməsi prosesi fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaqdır.

Vətəndaşalar evindən çıxmadan da Mərkəzlərin xidmətlərindən istifadə edə biləcəklər. Bunun üçün onlar əlavə xidmət haqqı ödəməklə Mərkəzlərin səyyar xidmətindən istifaə edəcəklər. Yəni çağrı əsasında Mərkəz əməkdaşları mənzilə, ofisə gələrək zəruri xidməti göstərəcəklər.

- ASAN xidmət mərkəzlərində hansı xidmətlər göstəriləcək?

Mərkəzlərdə 23 xidmət göstəriləcək. Mərkəzlərdə aşağıdakı xidmətlər həyata keçiriləcək:

1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

2. doğumun qeydə alınması

3. ölümün qeydə alınması;

4. nikahın qeydə alınması;

5. nikahın pozulmasının qeydə alınması;

6. övladlığa götürmənin qeydə alınması;

7. atalığın müəyyən edilməsinin qeydə alınması;

8. adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

9. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;

10. notariat fəaliyyəti;

11. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

12. ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

13. sürücülük vəsiqələrinin dəyişdirilməsi;

14. məhkumluq barədə arayışların verilməsi;

15. daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:

16. yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə - çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;

17. daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

18. kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı; hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;

19. gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;

20. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;

21. torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

22. əmək pensiyalarının təyin edilməsi;

23. dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

- ASAN xidmət mərkəzlərinin fəaliyyəti barədə necə məlumat əldə etmək mümkün olacaq?

- Mərkəzlərdə daim internetə açıq olan kompyuterlər vasitəsilə vətəndaşlar bütün növ elektron xidmətlərdən yararlana biləcəklər

- Çağrı mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər. Həmçinin, www. asanxidmet.az saytı vasitəsilə ətraflı məlumat əldə edə biləcəklər.

ASAN xidmət mərkəzləri ilə bağlı bu link vasitəsilə də məlumat ala bilərsiniz- http://www.youtube.com/watch?v=-onNFKGxQfY

- ASAN xidmət mərkəzlərində göstərilən xidmətlərin qiyməti necə olacaq?

- ASAN xidmət mərkəzlərində göstərilən xidmətlərə xidməthaqqı dəyişməyəcək. Qanunvericilikdə hansı məbləğ nəzərdə tutulubsa qüvvədə qalacaq.

- Vətəndaş cəmiyyəti institutları ASAN xidmət mərkəzlərinin yardılması prosesinə cəlb olunublarmı?

- Konstitusiya Araşdırmalar Fondu Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi Proqramı üzrə həyata keçirdiyi Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması layihəsini həyata keçirir. Bu layihə çərçivəsində vahid pəncərə modeli əsasında dövlət xidmətlərinin göstərilməsi sahəsində 9 ölkənin təcrübəsi öyrənilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və ASAN xidmət mərkəzlərinin işinin qurulması ilə bağlı Təkliflər Paketi hazırlanaraq Prezident Admnistrasiyasına təqdim edilib. Fondun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi statusu, fəaliyyət sferası və səaliyyətləri, ASAN Xidmət Mərkəzlərinin fəaliyyət Qaydaları, xidmətlər və onların göstərilməsi qaydaları, Mərkəzlərin fəaliyyətinin təşkili, İKT-dən istifadə olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqla bağlı təkliflər nəzərə alınıb.


 FaceBook Twitter

Son şərhlər - 4
Səhifələr : 1
Rza



 01.04.13 09:52
Salam!Mənim qeydiyyatım abşeron rayonudur amma Nərimanov rayonunda yaşayıram mən sizə ailə tərkibi haqda arayış üçün müraciət edə bilərəm? TŞK
tofiq



 16.05.13 19:02
salam, mən necə il əvvəl aldigim həyət evini özəlləşdirmək üçün sizə müraciət edə bilərəm.
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2014 www.qhtxeber.az
Powered by Danneo