QHT TV
Arxiv
Okt.2014
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  


Axtarış: 
QHT-lərə sosial xidmət sahəsində dövlət sifarişləri veriləcək
+  -  Çap 
Yerləşdirilib: 09.01.13 | Baxılıb: 379
Azərbaycan Nazirlər Kabineti Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasını təsdiqləyib.
Qayda sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi məsələlərini tənzimləyir. Dövlət sifarişləri bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən bilavasitə həyata keçirilən sosial proqram, layihə və ya ayrı-ayrı tədbirlərdən ibarət olmaqla, sosial xidmət üzrə vəzifələrin yerinə yetirilməsinə yönəldilir.(APA)

Qaydaya əsasən, dövlət sifarişləri müsabiqə əsasında verilir. Bu zaman sifarişçi qismində dövlət orqanı, icraçı qismində bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları çıxış edirlər.

Qaydalara görə, dövlət sifarişləri üzrə müsabiqədə iştirak etmək istəyən bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən QHT-lər müsabiqə elanında göstərilən sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşmalı, müvafiq sahədə peşəkarlığa, təcrübəyə, texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlılığa malik olmalıdır. Müsabiqəyə qatılmaq istəyənlərin vergi və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəlikləri də olmamalıdır.

Müsabiqənin keçirilməsi üçün sosial xidmət üzrə sifarişlərin profilinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyində və yerli icra hakimiyyəti orqanlarında müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibinə müvafiq dövlət orqanının mütəxəssisləri daxil edilir. Digər mərkəzi icra hakimiyyəti orqanları, QHT-lər, yerli icra hakimiyyəti və bələdiyyələrdə maraqlı olan məsələlərə baxıldıqda, onların nümayəndələri komissiyanın iclaslarına dəvət edilirlər. Komissiyanın sədri dövlət orqanının vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur.

Müsabiqə haqqında məlumat KİV-də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin rəsmi internet saytında, həmçinin müsabiqənin keçiriləcəyi dövlət orqanının inzibati binasının qarşısında yerləşən elan lövhəsində dərc olunur. Eləcə də, müsabiqənin yekunları haqqında məlumat KİV-də dərc edilir və dövlət orqanının rəsmi internet saytında yerləşdirilir.

Qaydalara əsasən, dövlət sifarişləri ilə bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti sifarişi verən orqan həyata keçirir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi və yaxud tam və keyfiyyətlə yerinə yetirilmədiyi halda sosial xidmət üzrə sifarişi verən orqan icraçıya qarşı sosial xidmət müqaviləsində nəzərdə tutulmuş sanksiyanın tətbiq olunmasına dair qərar qəbul edir.

 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2014 www.qhtxeber.az
Powered by Danneo