Axtarış: 
İllik maliyyə hesabatlarının verilməsində Şura QHT-lərə kömək edəcək
+  -  Çap 
Yerləşdirilib: 15.02.10 | Baxılıb: 388
Qhtxeber.az/ QHT-lərin 1 aprel 2010-cu il tarixədək Milli Mühasibat Uçotu Standartlarına əsasən nəzərdə tutulan hesabatları Maliyyə Nazirliyinə təqdim etməsi üçün Şuranın Maliyyə Nazirliyi ilə birgə apardığı iş intensivləşir. Şura və Maliyyə Nazirliyi rəhbərliyinin əldə etdiyi razılaşmalara uyğun olaraq, hesabatların tərtibi üçün QHT mühasiblərinə məsləhətçi xidməti göstərəcək 15 nəfərdən ibarət qrup yaradılmış və siyahı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Yerinə yetiriləcək işlərin qrafiki üzrə 2 fevral 2010-cu il tarixdə Şura Katibliyinin baş mühasibi Tofiq Həsənov qrup üzvləri ilə görüşərək, onların qarşısında duran vəzifələri izah etmişdir. Təkliflər də nəzərə alınmaqla, qrupun fəaliyyət planı tərtib olunmuşdur. Qhtxeber.az/ QHT-lərin 1 aprel 2010-cu il tarixədək Milli Mühasibat Uçotu Standartlarına əsasən nəzərdə tutulan hesabatları Maliyyə Nazirliyinə təqdim etməsi üçün Şuranın Maliyyə Nazirliyi ilə birgə apardığı iş intensivləşir. Şura və Maliyyə Nazirliyi rəhbərliyinin əldə etdiyi razılaşmalara uyğun olaraq, hesabatların tərtibi üçün QHT mühasiblərinə məsləhətçi xidməti göstərəcək 15 nəfərdən ibarət qrup yaradılmış və siyahı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Yerinə yetiriləcək işlərin qrafiki üzrə 2 fevral 2010-cu il tarixdə Şura Katibliyinin baş mühasibi Tofiq Həsənov qrup üzvləri ilə görüşərək, onların qarşısında duran vəzifələri izah etmişdir. Təkliflər də nəzərə alınmaqla, qrupun fəaliyyət planı tərtib olunmuşdur. Fəaliyyət planına əsasən qrup üzvləri 5 gün ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsi tərəfindən təşkil olunan təlimlərdə iştirak edəcək və hesabatların tərtibi üçün lazımi biliklərə yiyələnəcəklər. Sonradan bu şəxslər Şuranın müəyyən etdiyi ofislərdə hesabatların tərtibi üçün QHT-lərə ödənişsiz məsləhət xidməti göstərəcəklər. Region QHT-ləri üçün məsləhət xidməti həmin mütəxəssislərin bir qrupu tərəfindən Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir şəhərlərində fəaliyyət göstərən RQRTM-lərin təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Fevral ayının 4-də qrup üzvləri Maliyyə Nazirliyində ilk təlim keçmişlər. Fevral ayının 10-dan etibarən Şuranın yaratdığı siyahıda qeydiyyata düşmüş QHT-lər məsləhətçilər arasında bölüşdürüləcək və onlara məsləhət xidməti təşkil ediləcəkdir. Məlum olduğu kimi, hesabatların toplanması qanunvericiliklə Maliyyə Nazirliyinə həvalə edilmişdir. Hesabat təqdim etməyən QHT-nin İnzibati Xətalar Məcəlləsinə əsasən 2500 manat cərimə ödəmək risklərini nəzərə alaraq, Şura tərəfdaş təşkilatlara kömək məqsədilə könüllü olaraq, ilk hesabatların toplanması prosesinə yardım etməyi qərara almışdır. İşin vaxtında və qanunun tələblərinə uyğun şəkildə yerinə yetirilməsini təmin etmək üçün QHT rəhbərləri öz mühasiblərini məsləhətçilərin yanına göndərməlidirlər. Mühasiblər öncə il ərzində sənədlərə əsasən toplanmış üzvlük haqları, alınmış qrant vəsaitləri, maliyyə yardımı, ianələr, kommersiya gəlirləri, mənfəət və zərərləri, əsas fondlar, azqiymətli tezköhnələn əşyalar və digər maliyyə məlumatları haqqında dəqiqləşdirmələr aparmalı, onları xərc maddələri üzrə qruplaşdırmalı, hesabat blanklarının ünvan hissəsini doldurmalı və sonra məsləhətçiyə müraciət etməlidirlər.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo