Axtarış: 
UAFA-nın ölkə üzrə direktoru Qvendolin Börçel: “QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanda QHT-dövlət əməkdaşlığını, vətəndaş cəmiyyətinin inkişafını təmin edir”
+  -  Çap 
Yerləşdirilib: 05.05.10 | Baxılıb: 755
qhtxeber.az/ Azərbaycanda missiyası ilə seçilən QHT-lərdən biri də Azərbaycana Birgə Yardım Təşkilatıdır. Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) əsas diqqəti uşaqlar, səhiyyə və təhsilə yönəltməklə, Azərbaycanda sosial həyatın uzun müddətli inkişafına yardım göstərmək missiyasını öz üzərinə götürərək 1998-ci ildə yaradılıb. Təşkilat Böyük Britaniyada qeydiyyatdan keçsə də, yerli QHT olaraq fəaliyyətini uşaqların qayğısına, təhsil və vətəndaş cəmiyyəti inkişafı sahəsində islahatlara istiqamətləndirib. Əməkdaşlarının əksəriyyəti təşkilatın fəaliyyətinə könüllü olaraq qatılıb. Həmin könüllülər əlilliyi olan uşaqlara xidmət göstəriblər. Bir müddətdən sonra UAFA əməkdaşları uşaq qayğısı, təhsili və inkişafı sahəsində peşəkar ekspertlərə çevrildilər. İndi onlar valideynləri, könüllüləri, eləcə də marağı olan digər QHT və hökümət təmsilçilərini sosial iş, əlilliyi olan uşaqların reabilitasiyası, uşaqlara qayğı və uşaq inkişafı, müvəkkillik və səlahiyyətləndirmə, icma əsaslı reabilitasiyanın metodları, uşağa yönəlmiş təhsil metodları, erkən müdaxilənin metodları sahələrində təlimatlandırırlar.
Azərbaycana Birgə Yardım Təşkilatının ölkə üzrə direktoru xanım Qvendolin Börçellə söhbətimiz görülən işlərlə başladı, Azərbaycanda QHT sektorunun fəaliyyəti ilə davam etdi. Xanım Börçel bütün sualllarımızı məmnuniyyətlə cavablandırdı.
- Xanım Börçel, Azərbaycanda fəaliyyətə necə başladınız?
- Mən 1998-ci ildə Azərbaycanda ilk dəfə fəaliyyətə başlayarkən birinci baş çəkdiyim yer əlliyi olan uşaqlar üçün internat evi oldu. Lakin gördüyüm şərait məni dəhşətə gətirdi və qərara gəldim ki, mərkəzdə və regionlarda internat evlərindəki vəziyyətə dair araşdırma aparım. Əlbəttə ki, müşahidələr onu göstərdi ki, internat evləri sırasında ən acınacaqlı vəziyyət daha çox əlilliyi olan uşaqlar üçün internat evlərindədir. Sovet ənənələrindən qalan köhnə müalicə metodu ilə uşaqların hamısı hərəkətsiz vəziyyətdə yataqlarına uzadılmışdı. Bircə onu bilirəm ki, yanlarından keçən kimi onlar baş çəkməyə gələn qonaqların qucağına atılırdılar. Bundan sonra təşkilat olaraq qərara gəldik ki, Rumıniyada fəaliyyət göstərən və bu sahədə ixtisaslaşmış terapevtləri öz təcrübələrini, əllilyi olan uşaqlarla düzgün işləmə metodlarını bölüşmək üçün Azərbaycana dəvət edək. Əlil uşaqlarla işləyən təcrübəli sosial işçilərin sayının qıtlığı həqiqətən vəziyyəti pisləşdirirdi. Çoxlu sayda uşaqla xeyli az sayda sosial işçi məşğul olurdu. Bu isə özünü idarəetmə bacarıqlarına yiyələnmək istəyən uşaqlar üçün çətinlik yaradırdı. Təcrübəmiz genişləndikcə UAFA yerlərdə və mərkəzdə uşaqların inkişafı üzrə layihələr gerçəkləşdirməyə başladı və bu günə kimi onun davamlılığının təminatına çalışır.
- Sizcə əlil uşaqların internat evlərinə qoyulmasının qarşısını necə almaq olar? Hamıya məlumdur ki, xüsusən əlilliyi olan uşaqların valideyn qayğısına çox böyük ehtiyacı vardır.
- Azərbaycanda əlil uşaqlar cəmiyyət tərəfindən ayrıseçkiliyə səbəb olur. Bəzən inkişaf etmiş ölkələr belə bu problemlə qarşılaşmış olur. Beyinlərdə həkk olan stiqma-stereotip damğasından qurtula bilməyən əksər valideynlər öz uşaqlarını cəmiyyətdən təcrid edir, evdən kənara çıxarmır. Bəzi ailələr isə hesab edir ki, əlilliyi olan övladları onların nigahını risk altına alır, bu səbəbdən övladlarını internat evinə qoyur. Dövlət tərəfindən bu sahəyə nə qədər qayğı göstərilsə də bu yetərli deyildir. Əlilliyi olan uşaqlara maddi yardım ayrılsa da bu onların gündəlik tələbatlarını tam ödəyə bilmir. Qanunveriçiliklə onlar bütün vətəndaşlar kimi təhsil almaq hüququna malikdirlər, lakin burada da uşaqlar diskriminasiyaya məruz qalır. Reabilitasiya xidmətləri yalnız Bakı və Gəncə kimi iri şəhərlərdə normal reallaşdırıla bilir. Bir misal gətirim. 2003-cü ildə UAFA bir ailələylə tanış oldu. Onlar serebral paralicdən əziyyət çəkən 4 yaşlı oğlunu maddi çətinlik üzündən internat evinə qoymaq qərarına gəlibmişlər. Bir neçə gün internat evində qalan uşaq mənəvi sarsıntı keçiribmiş. Bir müddətdən sonra ailə dözməyərək övladlarını geri götürdü. UAFA təşkilatı isə mütamadi şəkildə hər ay həmin ailəyə baş çəkir, düzgün qulluq göstərmək qaydaları ilə onları məlumatlandırır. Zaman keçdikcə indi uşaq özü rahat şəkildə geyinməyin, özünü idarə etməyin öhdəsindən gəlir.
Artıq 10 ilə yaxındır ki, UAFA-nın yaratdığı 3 icma tipli rabilitasiya və ailə dəstək mərkəzləri fəaliyət göstərir. Digər 15 yerli icma mərkəzləri, QHT və dövlət xidmət təminatçıları ilə də əməkdaşlıq edərək ölkədə xidmət keyfiyyətlərinin yüksəlməsinə nail olmağa çalışır. Həmin icma tipli mərkəzlər bütün ölkə ərazisində 3 000-dən çox əlilliyi olan uşaqları əhatə edir. Halbuki 50 000 əlilliyi olan uşaq rəsmi qeydiyyatdan keçmişdir. Bu rəqəmlər ona işarədir ki, uşaqlara qayğı sistemində hələ çox islahatların aparılmasına ehtiyac vardır.
- Əlilliyi olan uşaqlarla məşğul olan bir təşkilat kimi əsas hədəfiniz nədir?
- Bizim ümumi məqsədimiz əlilliyi olan uşaqların rifahının yüksəldilməsidir. Bunun üçünsə dövlətlə birgə əməkdaşlıq labüddür. QHT dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Belə ki, dövlət təcrübəli QHT-lərə dəstək olmaqla icma tipli reabilitasiya strategiyasının daha sistemli həyata keçirilməsinə nail ola bilər. Təqdirəlayiq haldır ki, Azərbaycanda QHT sektoru QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə dövlətin dəstəyini alır. Həmin Şura QHT-lərin səmərəli fəaliyyətinin təşkili, layihələrin həyata keçirilməsi, ən əsası QHT-dövlət əməkdaşlığını, vətəndaş cəmiyyətinin inkişafını təmin edir.
- Xarici ölkələrdə, o cümlədən Böyük Britaniyada əlilliyi olan uşaqlarla məşğul olan QHT təcrübəsi necədir?
- Bu istiqamətdə İngiltərədə QHT ilə dövlət əməkdaşlığı çox sıxdır. Onlar hər hansı problemin aradan qaldırılmasına həmrəy şəkildə çalışırlar. QHT ilə əməkdaşlıq və onun yenilikçiliyi, işə keyfiyyətlə yanaşması dövlət tərəfindən faydalı mənbə kimi istifadə olunur. Hazırda Azərbaycanda çoxlu sayda keyfiyyətli iş görən QHT-lər vardır. Təəssüf ki, cəmiyyətin böyük qismi onların fəaliyyətindən bixəbərdir. Bunun üçün QHT-lər iş prinsiplərini daha da inkişaf etdirməlidirlər.
- Azərbaycan QHT-ləri bu istiqamətdə işin səmərəliliyini artırmaq üçün nə etməlidirlər? Düşünmək olarmı ki, əsas çətinlik maliyyə ilə bağlıdır?
- QHT-lər öz fəaliyyətlərini yüksəltməklə, cəmiyyətin onların rolunu daha aydın anlaması üçün öz sahələri üzrə ixtisaslaşmalıdırlar. Onlar həmçinin, dövlətin inkişaf və islahatlar istiqamətində iş aparmasında QHT-lərlə əməkdaşlığa səy göstərmələri üçün öz keyfiyyət və effektivliyini nümayiş etdirməyi bacarmalıdırlar. QHT-lər yalnız xarici donorların köməyinə söykənməməli, cəmiyyət qarşısında şəffaf fəaliyyətləri ilə maliyyələşmə prosesinə yerli icmaları və özəl sektoru da cəlb etməyə nail olmalıdırlar.

Hazırladı: Jalə

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo