Axtarış: 
Mehmet Əli Briantın Azərbaycana qarşı qərəzinin səbəb məlum olub
+  -  Çap 
Yerləşdirilib: 06.05.10 | Baxılıb: 200
Türkiyədəki məlumatlı mənbə M.Ə.Birantın ermənilərlə qohumluq münasibətlərinin olduğunu bildirib. Mənbə məhz bu səbəbdən onun Türkiyədə ermənilərin sifarişini yerinə yetirməkdən məmnunluq hissi duyduğunu qeyd edib Türkiyə ilə Ermənistan arasında başlanan normallaşma prosesi ilə qardaş ölkənin Azərbaycanla münasibətlərini korlamaq istəyən qüvvələr məqsədlərinə nail ola bilmədilər.

Hətta dünyanın əsas fövqəldövləti ABŞ tərəfindən dəstəklənən bu layihə uğursuzluğa düçar oldu. Türkiyə açıq şəkildə Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədləri açmayacağını bəyan etdi. Son vaxtlar ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ciddi şəkildə möhkəmləndirilməsi prosesi müşahidə olunmaqdadır.
Qısa müddət ərzində iki ölkə rəsmilərinin bir sıra yüksək səviyyəli qarşılıqlı səfərləri yadda qalıb. Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyəyə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfərləri iki qardaş respublika arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Artıq Azərbaycan və Türkiyə regionun gələcəyi ilə bağlı bütün məsələlərdə vahid mövqedən çıxış edirlər. Təbii ki, bütün bunlar, Azərbaycan və Türkiyənin müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirmələri, prinsipial mövqelərindən geri çəkilməməkləri antitürk və antiazərbaycan mövqeyindən çıxış edən qüvvələri ciddi şəkildə narahat etməkdədir. Həmin qüvvələr Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq, qarşılıqlı etimadsızlıq mühiti yaratmaq üçün çalışmaqdadırlar.
Son vaxtlar bu işdə türkiyəli jurnalist Mehmet Əli Birant xüsusi fəallıq göstərməkdədir. O, fəal şəkildə antiazərbaycan təbliğatı aparır, öz yazılarında Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlərin olduğunu isbat etməyə çalışır. Verilən bütün cavablara baxmayaraq, M.Ə.Birant məqalələrində öz primitiv məntiqi ilə Azərbaycanın Türkiyənin maraqlarının müdafiəsi üçün heç nə etmədiyini iddia edir.
Maraqlıdır ki, onun bu cür fəaliyyəti məhz Azərbaycan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə etiraz etməyə başladıqdan sonra üzə çıxıb. Belə iddia etmək olar ki, məlum qüvvələr M.Ə.Birantı Türkiyə-Azərbaycan münasibətlərini korlamaq üçün bir alət kimi istifadə etməkdədirlər.
M.Ə.Birantın davamlı olaraq Azərbaycan əleyhinə iş aparması, erməni təəssübkeşliyi nümayiş etdirməsi başqa səbəblərlə də əlaqələndirilə bilər. Məsələn, Türkiyədəki məlumatlı mənbə adıçəkilən jurnalistin ermənilərlə qohumluq münasibətlərinin olduğunu bildirib. Mənbə məhz bu səbəbdən M.Ə.Birantın Türkiyədə ermənilərin sifarişini yerinə yetirməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Doğrudan da son vaxtlar M.Ə.Birantın fəaliyyətində erməni məsələsi xüsusi yer tutmaqdıdır. O, bu məsələdə ermənilərin özündən də çox fəallıq göstərir.
Ermənistanla Türkiyə arasında normallaşma prosesi başlayandan sonra işğalçı ölkəyə səfər edən M.Ə.Birant bu ölkənin rəhbərləri ilə görüşlər keçirib xüsusi reportajlar hazırlamışdı. Məhz həmin səfərdən sonra onun yazılarında erməni təəssübkeşliyi daha da artmağa başladı. İlkin olaraq jurnalistin məlumatsızlıqdan və yaxud yanlış məlumatlandırmadan həqiqətləri təhrif etdiyini, Ermənistanı təbliğ, Azərbaycanı aşağılamaqda qərəzli mövqe tutmadığını iddia etmək olar. Amma onun yazılarını və o yazılara verilən cavabları nəzərə alarsaq, bunun heç də belə olmadığı açıq şəkildə görünür. Xatırlayırsınızsa, M.Ə.Birantın «Hürriyyət» qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsi Azərbaycanda ciddi narazılığa səbəb olmuşdu. Ölkə mətbuatı və televiziyaları onun iddialarına əsaslandırılmış arqumentlərlə cavab vermişdi. Əslində normal jurnalist hər hansı bir problemə yanaşarkən bütün tərəflərin mövqeyini dinləməlidir. İlk yazıdan sonra düşünmək olardı ki, M.Ə.Birant Ermənistanda keçirdiyi görüşlərdə aldığı informasiyaların təsiri altındadır. Amma Azərbaycan mətbuatının ona cavabından sonra əsl həqiqət üzə çıxmalı idi. Peşəkar jurnalist Azərbaycandan gələn etirazları nəzərə almalı idı. Amma M.Ə.Birant nəinki bu etirazları nəzərə aldı, əksinə, «Hürriyyət» qəzetinin 28 aprel tarixli nömrəsində dərc etdirdiyi məqalədə Azərbaycan-Türkiyə münasibətlərinə qərəzli şəkildə yanaşdığını əyani şəkildə nümayiş etdirdi. Bu məqalədən hiss olunur ki, M.Ə.Birant Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb. O, Azərbaycan-Türkiyə münasibətlərinə imkan daxilində mənfi prizmadan yanaşmağa, xırda məsələləri çox ciddi problem kimi təqdim etməyə çalışır. Təbii ki, M.Ə.Birant Türkiyə mətbuatının təcrübəli simalarındandır. O, bir teleaparıcı və yazar kimi regionda hansı proseslərin baş verməsindən xəbərdardır. Əslində o, müstəqilliyin ilk günündən Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu, xarici siyasət kursunu daim Türkiyənin maraqlarıyla uzlaşdırdığını, transmilli layihələrin həyata keçirilməsində Türkiyənin maraqlarını öz mənafeyindən ayırmadığını çox gözəl bilir. M.Ə.Birant onu da bilir ki, Azərbaycan həmişə qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Türkiyənin yanında olub. Bu siyasət ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul olunarkən də özünü büruzə verib. Azərbaycan prezidenti dərhal türkiyəli həmkarı Abdulla Gülə zəng edib qəbul olunan qərarın həm də Azərbaycana qarşı yönəldiyini bildirib. Dərhal Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi qəbul edilmiş qərara etiraz ifadə edən açıqlamalar yayıb. Milli Məclis xüsusi müzakirələr keçirərək ABŞ Konqresinə etiraz məktubu göndərib. Prezident Administrasiyasının İctimai siyasi şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, «Dəstək axı necə ola bilər?». Amma M.Ə.Birant bütün bunları görmür. Görməməsi bir yana haqsızcasına Azərbaycanı qondarma erməni soyqırımı ilə mübarizədə Türkiyəyə yetərincə dəstək vermədiyini iddia edir.
Azərbaycanda M.Ə.Birant kimilərini «erməni agenti», «araqarışdıran» kimi xarakterizə edirlər. Özünü Türkiyənin təəssübkeşi kimi qələmə verən, guya ölkəsinin dərdini çəkən bu şəxsin iddiaları Azərbaycana qarşı əsl tərbiyəsizlikdir. M.Ə.Birant ermənipərəst mövqeyi ilə təkcə Azərbaycana qarşı deyil, öz ölkəsinə qarşı da  satqınlıq nümayiş etdirir. Yerevanda erməni gənclərinin iştirakı ilə qondarma soyqırımı məsələsini müzakirəyə çıxaran, daşnakların həyasız və Türkiyəyə qarşı açıq ittihamlarla dolu çıxışlarını əli-qolu yanında izləyən, cavab verməyə  heç bir təşəbbüs göstərməyən bir şəxs başqa cür qiymətləndirilə bilməz. Öz soykökünə hörmətsizlikdən, xalqının maraqlarını düşmən maraqlarına çəkinməyən bir şəxs kimi M.Ə.Birantın digərlərində eyib axtarması gülüncdür. 


F.Abasoğlu


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo