Axtarış: 
Əlverişsiz hava şəraiti kənd təsərrüfatına təsirsiz ötüşməyəcək
+  -  Çap 
Yerləşdirilib: 06.05.10 | Baxılıb: 294

Son günlər ölkə ərazisində baş verən aramsız yağışlar kənd təsərrüfatına ziyan vurub. Bəzi yaşayış məntəqələrini sel suları basıb, əkin sahələrində səpin işlərini ləngidib. Torpağa həddindən artıq yağıntının düşməsi kəndlini narahat etməyə başlayıb. Bir yandan əkilən bitkiləri xəstəlik vurur, digər yandan da yaz tarla işləri ləngiyir. Xüsusilə pambıq səpininin gecikməsi tarlaların becərilməsində və məhsul yığımında ciddi problemlər yaradacaq ki, bu da sonda məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.


Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Ziyad Abbasov bu il meyvələrin ötən ilə nisbətən 2-3 dəfə bahalaşmasının gözlənildiyini qeyd etdi. Onun sözlərinə görə, indiki yağışlar, xüsusilə əriyin qiymətinin ən azı 3 dəfə artacağını proqnozlaşdırmağa əsas verib. Ekspert təsərrüfatda ən az bəhrə verən meyvənin ərik olacağını proqnozlaşdırır. Bundan başqa gilas, armud və şaftalı ağaclarının da məhsuldarlığının aşağı düşəcəyi gözlənilir. Mütəxəssisin bildirdiynə görə, aprel ayının 15-dən məhsulun inkişaf mərhələsidir, lakin havaların soyuması buna imkan verməyib: “İtirilmiş hər gün məhsul itkisinə bərabərdir. Təsərrüfatda ən zəruri amil bitkilərin çiçəklərində tozlanma prosesinin tam getməsidir. Lakin, aramsız yağışlar tozlanmanı əngəlləyir. Bu isə xeyli məhsul itkisi deməkdir. Bu il bazarlara ötən ilə nisbətən 30 faiz az məhsul çıxarılması gözlənilir”.


Ziyad Abbasov əriyin az məhsul verəcəyinin digər səbəbini ötən il müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqələndirdi: “Ötən il kəskin anomal isti hava şəraiti hər 5 ərik ağacından birinin qurumasına, xüsusən də əla sortların məhv olmasına səbəb oldu. Hazırda əksər cır ərik sortları qalmaqdadır. Hətta onlar da təbiətin bu amansızlığına tab gətirə bilmirlər”. Bununla belə kənd təsərüffatı üzrə ekspert bu mövsüm xüsusilə Qərb bölgəsində alma və xirnik meyvələrinin, eləcə də giləmeyvələrin normal bəhrə verməsinin gözlənildiyini bildirdi.


O, qeyd etdi ki, bu il ölkəmizdə rütubətli hava şəraitini sevən kartov və qarğıdalının daha bol olacağı proqnozlaşdırılır.


Bu məsələyə münasibət bildirən Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev bildirdi ki, indiki iqlim və hava şəraiti ilə əlaqədar olaraq kənd təsərrüfatı və meyvə-tərəvəz baxımından məhsul qıtlığının olacağını gözləmək hələ tezdir: “Bu yağışlar taxıla müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, dəmyə şəraitində becərilən taxıl Azərbaycanda üstünlük təşkil edir, onda həmin ərazilərdə bitən taxılın məhsuldarlığının yüksək olması üçün indi yağışların yağması yerinə düşüb. Bu yağışlar otun bitməsi üçün də əlverişlidir”.


Müsahibimiz dedi ki, havaların yağışlı keçməsi meyvəçilik üçün hələlik əlverişlidir. Onun sözlərinə görə, ötən ilin bu aylarında 3 gün ərzində güclü şaxta olduğundan qıtlıq müşahidə edilməsə də, meyvə bir o qədər bol olmayıb: “Bu il isə mülayim hava şəraitində meyvə ağacların normal günəş şüası ilə qidalana bilməsi bolluq yarada bilər. Yalnız dolu düşən ərazilərdə ərik, şaftalı, gilas erkən çiçəklədiyi üçün onların məhsuldarlığında problem yaranacaq. Havalar soyumasa, qar-dolu yağması davam etməsə, əlverişli iqlimin payız fəslində yetişəcək tərəvəz və meyvələrə müsbət təsiri çox olacaq”.
  


S.Murtuzayev yağmurlu hava şəraitinin səpin işləri üçün əlverişli olmadığını söylədi: “Artıq bəzi məhsullar üzrə, məsələn, pambıq, günəbaxan və qarğıdalı kimi kənd təsərrüfatı bitkilərinin səpini işlərinə start verilib və proses may ayının 15-dək davam edəcək: “Bu yağışlar həmin səpin işini ilə məşğul olanlara əngəl törədir”.
  


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo