Axtarış: 
Məişət zorakılığı insan alverinin səbəblərindən biridir”
+  -  Çap 
Yerləşdirilib: 06.05.10 | Baxılıb: 243
Azərbaycan Media Mərkəzində “Yeni Nəsil”Jurnalistlər Birliyi “Ailədaxili zorakılıq insan alverinin əsas səbəbidir”mövzusunda debat keçirib. Debatda millət vəkili Rafael Cəbrayılov və “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova iştirak edib. Həmçinin müzakirələrə ekspertlər, hüquqşünaslar, QHT nümayəndələri də qatılıb. R.Cəbrayılov 21-ci əsrdə insan alveri cinayətinin mövcudluğunun bəşəriyyət və insanlığa şərəf gətirmədiyini vurğulayıb. Deyib ki, insanların alınıb satıldığı, qula çevrildiyi dövr çoxdan keçib. Amma reallıq budur ki, insan ticarəti müasir dövrümüzdə də mövcuddur. Millət vəkili Azərbaycanda bu cinayətlə kompleks mübarizə aparıldığını, qanunvericilik bazasının yaradıldığını, iki milli fəaliyyət planının qəbul edildiyini xatırladıb. Əlavə edib ki, digər ölkələrə nisbətən insan alveri cinayətləri Azərbaycanda nisbətən az faiz təşkil etsə də, bu cinayət mövcuddur. “Milli mənəvi dəyərlərimizdən, mentalitetimizdən çıxış etsək, vəziyyətin ürəkaçan olmadığını deyə bilərik”.

Məişət zoraklığı haqqında qanunun qəbul olunmasının bu problemə təsirinin nə dərəcədə ola bilməsinə gəlincə, deputatın fikrincə, bu təsir o qədər də böyük olmayacaq. “İnsan alveri cinayətlərini analiz etsək, görərik ki, qurbanların çoxu problemli ailələrdən çıxanlardır. Eyni zamanda biz insan alveri deyəndə yalnız seksual istismar başa düşürük. Əməyin istismarı nəticəsində də insan alverinin qurbanına çevrilənlər var”.

M.Zeynalova isə deyib ki, Azərbaycanda qanunvericilik mövcuddur, bundan başqa bir sıra qanuni aktlar var ki, onlar da urbanlara dəstəyi, köməyi, problemlə mübarizəni nəzərdə tutur. Onun sözlərinə görə, insan alveri ilə məşğul olanlar həmişə zəncirin zəif yerini axtarırlar: “Ailələrdə qadınlar tam hüquqsuzdur, nikah yoxdur, boşananda da heç bir əmlaka sahib olmurlar. Üstəgəl, nikah olmadığıdan uşağı da qeydiyyata salmaq olmur, bununla da qadın tam asılı vəziyyətə düşür. Araşdırmalar göstərir ki, qurbanların əksəriyyəti ailədaxili zorakılığın qurbanları və erkən ailə qurub, sonra ailəsi dağılanlardır. Məişət zorakılığı haqqında qanun qəbul olunarsa, bu, həmin zəncirin zəif bəndini az da olsa möhkəmləndirər”.

Qanunun qəbuluna nə mane olur, sualına isə M.Zeynalova səbəbi bilmədiyini söyləyib. Onun sözlərinə görə, orda elə maddələr var ki, bu səbəbdən qəbulu məqsədəuyğun sayılmayıb. Statstika açıqlayan Zeynalovanın sözlərindən bəlli olub ki, ötən il yanvarda 15, fevralda 7, martda isə 10 qadın zorakılığın qurbanı olub. Ölümə cəhd halları yanvarda 9, fevralda 10, martda 20 olub.

R.Cəbrayılov isə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən parlamentə bir qanunun layihəsi daxil olub. Amma bu qanunda qaranlıq məqamlar çox olub, eyni zamanda layihə çiy və naşı hazırlanıb. “Digər tərəfdən bu komitənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti yoxdur. Biz o layihəyə bir dəfə hüquq komitəsində baxdıq, tamamilə hüquqdan kənar bir sənəd idi. Ondan o tərəfə getmədi”. Milət vəkili hesab edir ki, Azərbaycanda qanunla tənzimlənməyən normalar qanunla tənzimlənənlərdən daha çoxdur. Bura əxlaq, milli mənəvi dəyərlər, mentalitet, mərasimlər və s. aiddir. R.Cəbrayılov ailənin hüquq müstəvisinə çıxarılmasının tərəfdarı olmadığını deyib. Bununla belə o, Azərbaycanda məişət zorakılığının olduğunu və bunun üçün də sözügedən qanun layihəsinin hazırlandığını söyləyib. Bunu çox həssas məsələ adlandıran millət vəkili, qanunun qəbulunun ləngiməsini onun üzərində çox işləməyin tələb olunması ilə əlaqələndirib. “Şəxsən mən o qanun layihəsini dönə-dönə oxuyuram. Qadınların həmrəylik hissini başa düşmək olar. Amma qanunun tətbiq dairəsi təkcə qadınlara deyil, uşaqlara, nənələrə, babalara, bacı, qardaşlara, ailənin əlil üzvlərinə, övladlığa götürülənlərə də şamil olunacaq. Bəzən ailənin yaşlı insanlarına elə şərait yaradılır ki, onlar məcburən evi tərk edib qocalar evinə üz tuturar. Bütün bunlar qanunda nəzərə alınacaq”. Eyni zamanda zorakılığa məruz qalanın necə ərizə verməsi hüququ da layihədə əksini tapıb. Bunu zərərçəkmişin özü ilə yanaşı, qonşusu, QHT, səhiyyə və təhsil orqanı verə bilər. Həm də burda qadından sübut, ekspertiza rəyi, şahid tələb olunmayacaq. Millət vəkili hər bir qanunun maliyyə tutumu olmasına da diqqət çəkib: “Məsələn, məişət zorakılığı barədə qanun qəbul olunarsa, o çərçivədə sığınacaqların, yardım mərkəzlərinin yaradılması üçün maliyyə lazımdır. Amma qanunun qəbulunun gecikməsinin əsas səbəbi maliyyə deyil.

Millət vəkili düşünür ki, ailəyə aid istənilən qanun ailənin daha da möhkəmlənməsinə xidmət etməli, Azərbaycanın milli dəyərləri fonunda olmalıdır. Layihənin 6-7 vərəqdən ibarət olduğunu deyən R.Cəbrayılov əlavə edib ki, hüquqdan kənar insan görsə bəlkə də “illərdir bunun üzərində işləyirsiniz”,- deyə təəccüblənər. Amma bu çox həssas məsələdir.

M.Zeynalova isə regionlarda bu sahədə vəziyyətin daha acınacaqlı olduğunu deyib. Əlavə edib ki, regionlarda reablitasiya, psixoloji yardım mərkəzləri yoxdur. Ona görə qadın zoraklığa məruz qalanda özünə gəlmək üçün psixoloji dəstək alacaq bir yer tapmır.

M.Zeyalova maarifləndirmənin asan iş olduğunu, amma zərərçəkənə əl tutmağın, onu istiqamətləndirməyin çətin olduğunu bildirib. “Biz bunu üzərimizə götürmüşük və çox az təşkilat bu işlə məşğuldur. Başqa bir problem isə əksər hallarda zorakılığa məruz qalaraq öldürülən qadına namussuz adı qoyurlar. O bəraət də ala bilmir. Övladları isə həmişə bü yükü çəkməli olurlar”.
R.Cəbrayılov isə bu fikirlə razılaşmayıb deyib ki, bunu istintaq müəyyən edir.

Debatda ekspert qismində çıxış edən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbaycanda ideal ailə modelinin olmadığını deyib. “Prokurorlar, polislər 13-14 yaşında qızların toyunda yeyib içirlər. Amma qanunla bu yaşda ailə qurmaq olmaz. Azərbaycandan başqa heç bir ölkədə ailədə uşağı söyüşlə böyütmürlər. Azərbaycanda məişət zorakılığı divarlardan içəri girib, ona görə ideal ailə düzəltməyə ehtiyac yoxdur”. Ə.Əliyev 12 cinayət işi üzrə məhkəmə işini araşdırdığını, orada qurbanların 6-sının məişət zoakılığına məruz qalanlar, digərlərinin isə ailəsindən ayrılıb, müstəqil şəxslər olduğunun göstərildiyini deyib. Onu fikrincə, məhkəmələr insan alveri faktını mütləq Azərbaycan sərhədindən kənara çıxarıb, transmilli cinayət kimi göstərməyə çalışırlar.

P.SULTANOVA

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo