Axtarış: 
İnternet mediası
+  -  Çap 
Yerləşdirilib: 05.05.10 | Baxılıb: 253
Bəzi mütəxəssislər isə belə fikirləşir ki, bu sektorun məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə, mövcud qanunları müəyyən qədər inkişaf etdirmək olar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi, nazir müavini Rüfət Gülməmmədov bir müddət öncə bildirmişdi ki, Azərbaycanda internet mediasının tənzimlənməsi sahəsində problem yoxdur: "Açığı, mən bilmirəm, söhbət nəyi tənzimləməkdən gedir. Avropanın belə internet mediasının tənzimlənməsilə bağlı standartı yoxdur. Hansı addımları atacaqlar, təklifləri nədir-məlum deyil.

Azərbaycan internetin qlobal problemlərilə məşğul olmur. Bunu müəyyənləşdirən böyük dövlətlər var. Hətta bu yaxınlarda informasiya cəmiyyəti üzrə dünya sammitində də bu məsələ müzakirə olundu və ortaq məxrəcə gəlinmədi. Çünki interneti tənzimləmək mümkün deyil. Əgər Avropada, dünyada hansısa standartlar qəbul olunarsa, biz də baxarıq, məqbul saysaq, həyata keçirərik. Hazırda Azərbaycanda buna ehtiyac görmürəm. İnternetdə təhqirə, qanun pozma hallarına gəlincə, bunun da həlli yolları var".

Yada salaq ki, ölkəmiz internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-1997-ci illərdən sonra ilk internet media resursları yaranıb. Bunlar qəzetlərin internet versiyaları olub. Azərbaycan İnternet Forumunun məlumatına görə, hazırda ölkədə 100-ə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-ni internet media üçün qəbul olunmuş parametrlərə uyğun hesab etmək olar. Əksər populyar qəzetlərin və informasiya agentliklərinin saytları var.

Azərbaycan İnternet Forumu cəmi 10-15 saytın internet auditoriyasına təsir göstərdiyini qeyd edir. Saytların aylıq təxmini auditoriyası 200-300 min nəfərdir. Rəsmi məlumatlara görə, ölkə üzrə cəmi 900 min nəfərin (12 faiz) internetə çıxışı var. Onlara 32 internet provayderi xidmət edir.
İnternetə nəzarətin mümkünlüyü ilə bağlı fikirlərini öyrəndiyimiz Parlament Jurnalistləri Birliyinin rəhbəri, "modern.az" saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, bu sahə ilə bağlı ciddi addımların atılması vacibdir:"Bu gün internet mediasının hər hansı bir statusu yoxdur. Azərbaycanda hələ bilinmir ki, internet saytlarının mediaya aidyyatı var, ya yox. İlk növbədə bu məsələnin tənzimlənməsinə ehtiyac var. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, əksər hallarda bir çox saytlarda biabırçı materialların yerləşdirilməsini görürük. Məhz bu amilləri nəzərə alaraq hansısa formada nəzarəti həyata keçirmək mümkündür. Ancaq mən internet medianın əl-qolunun yığılmasının da tərəfdarı deyiləm". Elşad Eyvazlı internet saytlarına rəsmən elektron media statusunun verilməsi və internet medianın fəaliyyətilə bağlı parlamentdə qanun layihəsinin müzakirəyə çıxarılmasının da tərəfdarıdır: "Amma onu da vurğulamaq istəyirəm ki, bu gün ciddi saytlarımız mətbuatla bağlı qanunların tələblərindən kənara çıxmır. Hətta bəzən yazılı mətbuatdan daha çox qanuna əməl edir. Bir daha qeyd edirəm ki, söhbət ciddi internet saytı kimi qəbul olunan qurumlardan gedir. Bunların sayı 5-6-dır. Qeyri-ciddi saytların sayı isə minlərlədir. Məhz bunu nəzərə alaraq hər hansı formada nəzarətin həyata keçirilməsinin tərəfdarı kimi çıxış edirik".


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo