Axtarış: 
Novruz Məmmədov: "Masanın üstündə münaqişənin həllinə aparan bir layihə var"
+  -  Çap 
Yerləşdirilib: 07.05.10 | Baxılıb: 207
Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SIA-ya müsahibəsi


- Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov açıqlamasında bildirib ki, İrəvan iki rayonun qaytarılması ilə bağlı Azərbaycandan vaxt istəyib. Sizin bu məsələyə münasibətiniz?



- Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, həmsədrlərin regiona səfərləri çərçivəsində keçirdikləri görüşlər və bu görüşlərdə aparılan müzakirələrdə danışıq predmeti olan məsələlərlə bağlı xarici işlər nazirinin müavini Araz Əzimov ətraflı məlumat verib. Bunlar bu gün müzakirə olunan məsələlərdir. Bu, o məsələlərdir ki, bunlarla həmsədrlərin özləri də razıdırlar. Yəni, həmsədrlər tərəfindən hazırlanan, ortaya qoyulan Madrid prinsipləri, onun yeniləşmiş variantı deyiləndə bütün bunlar nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bununla bağlı açıqlamalar əvvəllər də olub. Azərbaycan Prezidenti dəfələrlə, həm də müəyyən formada bu məsələlərlə bağlı danışıb. Yəni, bu gün masa üzərində olan plan bundan ibarətdir ki, ilk növbədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 5 rayonu azad edilməlidir. Ondan sonra qaçqınlar və məcburi köçkünlər həmin rayonlara qayıdıb məskunlaşmalı, daha sonra digər qaçqınlar Dağlıq Qarabağa qayıtmalıdır. Bununla paralel olaraq müəyyən müddətdən sonra Laçın və Kəlbəcər rayonlarının azad olunması prosesi həyata keçməlidir. Burada digər məsələlər də var. Dəhlizin - Laçın yolunun, hətta Azərbaycan-Ermənistan-Türkiyə yolunun açılması, kommunikasiya əlaqələrinin qurulması fikirləri də var. Bunların hamısı real proseslərdir. Əlbəttə, biz bunları qəbul edə bilərik. Doğrudan da, münaqişə bu formada həll olunarsa, o zaman Azərbaycanla Ermənistan arasında da müəyyən kommunikasiya yolları açılar, əməkdaşlıq üçün ilk addımlar atıla bilər. Amma bu, o halda mümkündür ki, sadalananlar münaqişənin sona qədər, hərtərəfli, ədalətli həllinə rəvac versin. Düşünürəm ki, bu mənada Araz Əzimovun verdiyi açıqlama reallığı əks etdirir. Ermənilər bunu tam başa düşüb, dərk edib, qəbul etməlidirlər. Çünki, bunun başqa bir yolu yoxdur. Münaqişənin həllinin bu variantdan başqa bir yolu yoxdur. Eyni zamanda düşünürəm ki, bu plan regional əməkdaşlıqda maraqlı olan dövlətlərə, dünya ictimaiyyətinə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrə bir mesajdır və biz də onun həllini gözləyirik.



- Ermənistan bir neçə ay bundan qabaq vaxt istəsə də, rəsmi İrəvan tərəfdən bu istiqamətdə heç bir addım atılmadı. Sizcə, onların bu dəfəki istəyi reallığı nə dərəcədə əks etdirir?



- Bəli, Soçidə prezidentlər arasında keçirilən görüş zamanı Ermənistan tərəfi Laçının və Kəlbəcərin işğaldan azad edilməsi məsələsi ortaya qoyulanda vaxt istəmişdi. Amma çox təəssüflər olsun ki, bu vaxt indiyə kimi uzanır. O zaman Ermənistan bir-iki həftə vaxt istəmişdi. Artıq bu görüşdən bir neçə ay keçir. Bax, məni narahat edən bu məsələdir. Masanın üstündə doğrudan da konstruktiv ruhlu, 100 faiz bizi qane etməsə də, bu gün münaqişənin həllinə aparan bir layihə var. Amma bunun həllinə mane olan tərəf yenə də Ermənistandır. Bu ölkənin rəhbərləri sanki adət ediblər, müxtəlif vaxtlarda bu və ya digər məsələlərin həllinə əvvəlcə razılıq verirlər, bir qədər vaxt keçəndən sonra isə keçirilən müzakirələr zamanı kimlərinsə təhriki, məsləhəti ilə əvvəl razılığa gəldikləri məsələlərdən imtina edirlər, ya da dəyişirlər. Bizdə də belə təəssürat yaranır ki, bu cür real, praqmatik bir planın ortada olduğu halda, onun üçün bütün mərhələlərin hazırlandığı, təklif edildiyi halda qarşı tərəfin bunu qəbul etməməsi həm bir dövlət, həm xalq, həm də millət kimi Ermənistanın gələcəyini böyük sual altında qoyur. Ermənilər nəyin bahasına olursa olsun, başa düşməlidirlər ki, işğal etdikləri torpaqları əsl sahibinə - Azərbaycana qaytarmağa məhkumdurlar. Onlar bu torpaqları uzun müddət özlərində saxlaya bilməyəcəklər. Buna onların şübhəsi olmasın. Ona görə də, ən yaxşısı budur ki, bu gözləntilərin cavabı olaraq masa üzərində olan planla razılaşsınlar.


- Necə düşünürsüz, Ermənistanın bu planla razılaşma ehtimalı nə qədərdir?



- Onlar bu planla mütləq razılaşacaqlar. Əsas məsələ bununla bağlı ilk addımın atılmasıdır. Bilirsiniz, burada çox mürəkkəb məsələlər var. Ermənilər başa düşməlidirlər ki, onlar bu regionda yaşayırlar. Tale elə gətirib ki, onlar Azərbaycan torpaqlarında özlərinə bir dövlət qurublar və müəyyən müddət də qonşu yaşayıblar. Onlar bundan sonra da, Azərbaycanla qonşu olacaqlar. Bu qonşuluğun ən əsas, ən düzgün, ən yaxşı və yeganə yolu Azərbaycanla yaxşı əlaqələr qurmaqdır, yaxşı anlaşmaya nail olmaqdır. Ermənistan bu gün kiməsə arxayın olub bir il, iki il yaşaya bilər. Beş-on il kiməsə söykənərək, arxayın olaraq, hamiliyini qəbul edərək mövcudluğunu qoruya bilər. Amma onlar əbədi olaraq kiməsə arxayın olub qala bilməyəcəklər. Ermənistan xalqı, milləti bunu başa düşməlidir ki, dünyada heç bir şey bir səviyyədə, bir vəziyyətdə qalmır. Dünya 50, 100, 200 ildən bir çox güclü sürətdə dəyişir. Bunları nəzərə almağa dəyər. Əgər Ermənistan rəhbərləri öz dövlətlərinin, millətlərinin gələcəyini düşünürlərsə, onlar Azərbaycanla normal sürətdə anlaşmalıdırlar.


- Novruz müəllim, əgər Ermənistan bu planla razılaşıb 5 rayonu qaytararsa, onların digər iki rayonun qaytarılması prosesinə mane olmaq şansları nə qədərdir?



- 5 rayon azad edildikdən sonra ola bilsin ki, ayrı-ayrı sənədlər hazırlanacaq və bununla bağlı məsələlər ümumi sənəddə öz əksini tapacaq. Orada zəmanət, təminat veriləcək. O təminatı da həm Ermənistan, həm də Azərbaycan tərəfi imzalayacaq, eyni zamanda həmsədr dövlətlərin nümayəndələri də beynəxlaq qurum, təşkilat kimi burada iştirakçı olacaqlar. Ona görə də, 5 rayon azad edildikdən sonra ermənilər bunu edərlər, o birisini etməzlər kimi hərəkətlər reallığı əks etdirməz və düzgün olmaz. İndiki dövrdə sənəd imzalandısa, söz verildisə, proses davam etməlidir. Biz düşünürük ki, əgər beş rayon birici mərhələdə azad olunarsa, o birisi proseslər daha tez gedəcək. Çünki bu xalqlar, bu millətlər uzun müddət bir yerdə yaşayıb. O zaman ermənilər də görəcəklər ki, bu yol daha düzgün daha yaxşı yoldur. Ermənilər çox çətin, acınacaqlı bir vəziyyətdədirlər, inkişaf yoxdur. Düşünürəm ki, ermənilərin yaxşı qonşu olmaqdan başqa yolları qalmayıb və digəri ola da bilməz.


- Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların mahiyyətindən də görünür ki, sərhədlərin açılması daha çox Ermənistana lazımdır. Lakin Ermənistan Türkiyədən fərqli olaraq protokolların ratifikasiya məsələsini dondurdu və belə göstərmək istədi ki, sərhədlərin açılması daha çox Türkiyəyə lazımdır. Sizcə, onların bu hərəkətini necə xarakterizə etmək olar?



- Bunu dünyada hamı bilir. Biz də çox yaxşı bilirik ki, bu sərhədlərin açılma prosesi ancaq və ancaq Ermənistana lazımdır. Ona görə lazımdır ki, bu gün onların iqtisadiyyatı çox acınacaqlı vəziyyətdədir. Yalnız 2009-cu ildə Ermənistanın ÜDM 19 faiz azalıb. Yəni bu ölkənin inkişaf perspektivi yoxdur, tükənib. Qərbdəki mənbələrin isə erməniləri yedirtməyə imkanı xeyli azalıb. Qərb dövlətləri vaxtilə Ermənistana nə qədər lazımdırsa, kömək edib. Artıq Qərbin özünün də bəzi problemləri çıxıb, ehtiyacları yaranıb. Qərb qəti addımlar atdı ki, Ermənistanı ağır vəziyyətdən xilas etsin. Bunu da Türkiyənin hesabına, onun iqtisadiyyatının, onlarla əməkdaşlığın, ticarətin hesabına həyata keçirdilər. Bunu ermənilər də yaxşı bilir. Sadəcə, onlar o qədər riyakardırlar ki, faktı etiraf etmək istəmirlər. ABŞ, Avropa, Rusiya da yaxşı bilir ki, Ermənistan üçün bu gün sərhədlərin açılması bir nəfəslikdir, həyati bir addımdır. Başqa cür mümkün deyil. Mənə elə gəlir ki, onların belə addım atmalarının məsuliyyətini Qərb, həmsədr dövlətlərinin rəhbərləri daşıyır. Onlar Ermənistanı yerində oturtmalıydılar ki, sən belə addımlar atmalı deyilsən. Lakin bunun başqa tərəfi də var. Belə ki, Ermənistan rəhbərlərində sanki bir havalanma əmələ gəlib. Onlar mütəmadi olaraq çoxlu səhv addımlar atırlar. Onlar gələcəyi görə bilmədikləri üçün bu cür addımlar atırlar. Gülməli bəyanat da verirlər ki, biz protokolların imzalanmasını dayandırırıq. Əsilində onlar daxildə hansı faciə, fəlakətlə üzləşəcəklərini çox yaxşı bilirlər. Bu da onların bir faciəsidir.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo