Axtarış: 
Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası
+  -  Çap 
Yerləşdirilib: 16.02.10 | Baxılıb: 1337
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ¹ 201
Bakı şəhəri, 25 dekabr 2009-cu il
"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ¹ 201
Bakı şəhəri, 25 dekabr 2009-cu il
"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmişdir Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edirlər.
2. Əsas anlayışlar Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1. Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır;
2.2. Maliyyə hesabatları - istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələri barədə sistemləşdirilmiş məlumatların təqdimatıdır.
3. İllik maliyyə hesabatlarının forması
3.1. Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:
3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat. Forma ¹ 1;
3.1.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma ¹ 2;
3.1.3. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma ¹ 3;
3.1.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma ¹ 4;
3.1.5. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Bu Qaydanın əlavələrində göstərilən maliyyə hesabatlarının formaları nümunəvi olduğuna görə, zərurət yarandıqda, qeyri-hökumət təşkilatları həmin hesabat formalarına müvafiq maddələr əlavə edə bilərlər.
4. İllik maliyyə hesabatlarının məzmunu Maliyyə vəziyyəti haqqında hesabatın məzmunu
4.1. Qeyri-hökumət təşkilatlarının maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.1.1. torpaq, tikili və avadanlıqlar;
4.1.2. investisiya əmlakı;
4.1.3. qeyri-maddi aktivlər;
4.1.4. maliyyə aktivləri ( 4.1.6, 4.1.7 və 4.1.8-ci yarımbəndlərdə göstərilmiş aktivlər istisna olmaqla);
4.1.5. mal-material ehtiyatları;
4.1.6. qeyri-birja əməliyyatlarından əldə edilən daxilolmalar (üzvlük haqqı, ianələr və s.);
4.1.7. birja əməliyyatlarından əldə edilən debitor borclar;
4.1.8. pul vəsaitləri və onların ekvivalentləri;
4.1.9. ödənilməli olan mənfəət vergisi;
4.1.10. qeyri-birja əməliyyatları çərçivəsində kreditor borcları (vergilər və kreditor rüsumlardan fərqli olan) ;
4.1.11. birja əməliyyatları çərçivəsində kreditor borcları;
4.1.12. qiymətləndirilmiş öhdəliklər;
4.1.13. maliyyə öhdəlikləri (4.1.9, 4.1.10, 4.1.11 və 4.1.12-ci yarımbəndlərdə göstərilmiş öhdəliklər istisna olmaqla);
4.1.14. xalis aktivlər (kapital). Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın məzmunu
4.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.2.1. gəlir;
4.2.2. xərclər;
4.2.3. kommersiya fəaliyyəti üzrə mənfəət və ya zərər;
4.2.4. kommersiya fəaliyyəti üzrə mənfəət vergisi;
4.2.5. qeyri-kommersiya fəaliyyəti üzrə artıqlıq (profisit) və ya kəsir (defisit). Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatın məzmunu
4.3. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.3.1. kommersiya fəaliyyəti ilə məşğul olduqda, hesabat dövrünün mənfəət və ya zərəri;
4.3.2. qeyri-kommersiya fəaliyyəti ilə məşğul olduqda, hesabat dövrünün artıqlığı (profisiti) və ya kəsiri (defisiti);
4.3.3. ayrıca açıqlanmış xalis aktivlərin (kapitalın) hər bir komponenti üzrə qeyri-hökumət təşkilatları tərəfindən təsdiq edilmiş uçot siyasətində, uçot qiymətlərində dəyişikliklərin və əvvəlki hesabat dövrlərinin səhvləri üzrə düzəlişlərin nəticələri;
4.3.4. Nizamnamə Fonduna ilkin və əlavə qoyuluşların məbləğləri;
4.3.5. yığılmış xalis aktivlər (kapital) üzrə hesabat dövrünün əvvəlinə, hesabat tarixinə qalıqlar və hesabat dövrü ərzində olan dəyişikliklər;
4.3.6. yaradılmış kapital ehtiyatları üzrə hesabat dövrünün əvvəlinə, hesabat tarixinə qalıqlar və hesabat dövrü ərzində olan dəyişikliklər.
4.4. Bu Qaydanın 4.3-cü bəndinin tələbləri xalis aktivlərin (kapitalın) hər bir elementinin hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqlarının sütun formatında tutuşdurulması vasitəsilə yerinə yetirilə bilər. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu
4.5. Pul vəsaitlərinin hərəkəti haqqında hesabata əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə aşağıdakı maddələr daxil edilir:
4.5.1. giriş, illik abunə və üzvlük haqları nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;
4.5.2. təsərrüfat subyekti tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərindən daxilolmalar;
4.5.3. qrantlar və üçüncü tərəflərdən ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;
4.5.4. royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərindən daxilolmalar;
4.5.5. müavinətlərin, maliyyə yardımlarının və s. ödənişləri kimi təşkilatın əsas fəaliyyəti ilə bağlı pul vəsaitlərinin ödənişləri;
4.5.6. mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;
4.5.7. işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;
4.5.8. əməliyyat fəaliyyəti ilə əlaqədar olan əmlak vergisi və ya mənfəət vergisi ilə bağlı uyğun pul vəsaitlərinin ödənişləri;
4.5.9. məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin daxilolmaları və ödənişləri.
5. İllik maliyyə hesabatlarının təqdim edilməsi qaydası
5.1. Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir.
5.2. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.
5.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsində müəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.
5.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan illik maliyyə hesabatlarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulduğu hallarda, bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.
6. Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatları üçün hesabat dövrü
6.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
6.1.1. qeyri-hökumət təşkilatları üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
6.1.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan qeyri-hökumət təşkilatları üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
6.1.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyri-hökumət təşkilatları üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.
7. İllik maliyyə hesabatlarının dərc edilməsi Qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş illik maliyyə hesabatları onların internet səhifəsində yerləşdirilir.

Son şərhlər - 1
Səhifələr : 1
305



 17.03.10 14:07
illik maliyyə hesabat forması
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo