Axtarış: 
Vətəndaş Cəmiyyətinin formalaşması mərhələləri: dağınıq toplumdan institusional quruma qədər
+  -  Çap 
Yerləşdirilib: 11.05.10 | Baxılıb: 462

Vətəndaş cəmiyyətinin formalaşması hər şeydən əvvəl ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması və digər şərtlərlə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  dövlətçilik fəlsəfəsində, dövləti idarəetməsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdi. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən biri oldu.

 

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ulu öndər Heydər Əliyevin  müəllifliyilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı. Azərbaycan dövləti və cəmiyyətinin idarə olunması beynəlxalq, bəşəri, sivil prinsiplərə istiqamətləndirildi. Ölkəmiz hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlamağa başladı. Eyni zamanda, Konstitusiyanın qəbulu ilə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, məhz aşağıdan gələn təşəbbüskarlığın ümumi ifadəçisi olması, müstəqil qurum kimi formalaşması, Azərbaycanın milli maraqlarının qorunması sahəsində də əlavə imkanlar açıldı.

Azərbaycanda  qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliliyin olmaması və pərakəndəliklə xarakterizə olunur. Bu dövr dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. Ölkə həyatının müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi.



İkinci mərhələ 1997-2002-ci illəri əhatə edir ki, bu dövr QHT-lərin konkret istiqaməttlər üzrə ixtisaslaşması dövrü hesab etmək olar. 1997-ci ildə BMT-inin İnkişaf Proqramı (BMT İP) ilə Azərbaycan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihə haqqında saziş imzalanması bu prosesi sürətləndirdi. Həmin layihənin icrası üçün 1998-ci ildə QHT-lərin Resurs və Təlim Mərkəzinin (QRTM) yaradılması QHT sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. Ardınca 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyətə malik oldu. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) təsis olunması bu mərhələyə yeni bir rəng qatdı desək yanılmarıq. QHT-lərlə iş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bundan sonra ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun  üzərinə çox böyük  vəzifə düşürdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqlarını müdafiə etməli olan Milli QHT Forumu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculuğunda aktiv iştirak etməli idi. İqtisadi cəhətdən güclənmə Azərbaycanda QHT sektoru, Milli QHT Forumu üçün beynəlxalq əlaqələrinin yaranması, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, habelə beynəlxalq təcrübədən istifadə üçün geniş imkanlar yaratdı.

 


Milli QHT Forumun ilk prezidenti Azay Quliyevin rəhbərliyi altında Forum fəaliyyətə başladığı gündən etibarən müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq edərək, ictimai təşkilatların fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, onların inkişafı üçün əlverişli mühitin  yaradılması istiqamətində ardıcıl işlər aparıldı. Həmçinin, Forum QHT sektorunun fəaliyyətini tənzimləyən qanun layihələrinin hazırlanmasında yaxından iştirak etdi. Bunları həyata keçirmək üçün isə Ümummilli lider öz fəaliyyəti, yürütdüyü daxili və xarici siyasətlə Milli QHT Forumuna strategiyasını müəyyənləşdirməkdə sanballı material verir, yol göstərirdi. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edildi.

Ulu öndər demokratikləşmə prosesində vətəndaş cəmiyyətinin, QHT sektorunun rolunu görür, onların fəaliyyəti üçün qanunverici bazanın möhkəmləndirilməsi ilə yeni imkanlar açırdı. Bütün sahələrdə olduğu kimi, böyük öndər Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu istiqamətə xeyli önəm verdi. Bu isə vətəndaş cəmiyyətininn inkişafının üçüncü mərhələsini əhatə edir. 2003-2007-ci illəri əhatə edən bu dövrdə QHT sektorunun institusional inkişafı dövrü saymaq olar.  2003-cü ilin sonlarında QHT hərəkatında yeni bir canlanmaya səbəb olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunun qəbul edilməsi ilə Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafında qərarlı olduğunu nümayiş etdirdi. Məhz həmin qanunun qəbulu QHT-lərin qeydiyyatının asanlaşmasına səbəb oldu. Təkcə 2004-cü ildə QHT-lərin yaranması baxımından rekord göstərici əldə olundu, il ərzində 934 təşkilat təsis edildi.

Ötən müddət ərzində millət vəkili Azay Quliyevin rəhbərliyi ilə Milli QHT Forumunun həyata keçirdiyi layihələrin, gördüyü işlərin, QHT sektorunun fəaliyyətinin cəmiyyətə faydalılığının sübutu, eyni zamanda beynəlxalq donorların QHT-lərə təsir imkanları yeni mərhələnin başlanğıcını zəruri etdi. Bu mərhələ özündə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında qeyri-hökumət təşkilatlarının iştirakı və vətəndaş cəmiyyəti institutlarının yeni beynəlxalq əməkdaşlıq istiqamətləri müəyyənləşdirirdi.

Müasir dövrdə Respublikamızın qarşısında duran vəzifələrin həll edilməsində qeyri-hökumət təşkilatlarının rolunu, dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlığı və əməkdaşlığının zəriruliyini  lazımınca qiymətləndirən Azərbaycan dövləti onların potensialının artırılmasını və faəliyyətinin gücləndirilməsini, əsaslandırılmış təklif və təşəbbüslərini dəstəkləyir. Bu, öz əksini “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nda da aydın tapır. 2007-ci il iyulun 27-də Prezident İlham Əliyev “Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Həmin ilin dekabrında isə ölkə başçısının konsepsiyada nəzərdə tutulan müddəaların icrasını təmin etmək məqsədilə imzaladığı fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” yaradıldı. Bununla da QHT sektorunun inkişafının növbəti mərhələsi başladı. Bu mərhələ, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizminin yaradılması işi uğurla başa çatması, QHT sektorunun tarixində yeni bir mərhələnin başlanası dövrüdür.

QHT-lərə Dövlət Dəstəyi Şurası qarşısında duran prioritet istiqamətlər kimi milli maraqların qorunması, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, azərbaycançılıq ideyasının təbliğ edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqi dövlət və cəmiyyətimiz üçün xüsusi önəm daşıyır.  Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır. Könüllülük, demokratiya, aşkarlıq, qanunçuluq və digər prinsiplər əsasında fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanda faktiki fəaliyyət göstərən QHT-lərin böyük bir hissəsini öz ətrafında birləşdirir.



Güclü vətəndaş cəmiyyəti qurmaqda qərarlı olan Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarının dövlət quruculuğundakı rolunu belə qiymətləndirir: “Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”. Bununla da ölkə başçısı qeyri-hökumət təşkilatlarının müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesində vacib institutlarından biri olduğunu vurğulayır. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.



QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı gündən etibarən birmənalı olaraq Azərbaycanın ən ağrılı yeri olan ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Şura məhz QHT-lər vasitəsilə beynəlxalq aləmdə Ermənistanın təcavüzkar siyasətini ifşa etmək, Azərbaycan xalqına qarşı dəfələrlə törədilən soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmaq və Ermənistanı dünyanın ictimai qınaq obyektinə çevirməyi özu, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri qarşısında əsas vəzifə müəyyən edib. QHT-lərdə Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin zümrələrini təmsil edən sanballı alimlər, tarixçilər, etnoqraflar, politoloqlar, dinşünas alimlər təmsil olunduqlarını nəzərə alan Şura düşmənlə ideoloji, elmi və tarixi mənbələrə əsaslanan faklarla mübarizə aparmağa üstünlük verir.  Beləliklə də, Şura həmin potensialın qüvvəsindən səmərəli istifadə edərək təcavüzkar Ermənistan dövlətinin və erməni diasporunun iç üzünü açıb göstərir. Bu istiqamətdə cari ilin aprelində - ermənilərin qondarma soyqırımı günü ərəfəsində cox böyük işlər görüldü. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ermənistanın təcavüzkar siyasətini ifşa edən iki filmin təqdimatı oldu. Bunlardan biri Xocalı faciəsi zamanı erməni vəhşiliyi, erməni vandalizmini real faktlarla əks etdirən “Soyqırım” filmidir. Digər “İrəvan: Danışır canlı sahidlər” sənədli filmində isə Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımız ermənilər tərəfindən ata-baba yurdlarından qovulmalarından, başlarına gətirilən bəlalardan danışırlar. Hər iki filmin bir neçə xarici dilə tərcümə olunaraq yayılması ideoloji müharibədə dövlətin apardığı məqsədyünlü siyasətə dəstək olmaqdır.



Ümummilli lider Heydər Əliyevin yubileyinin 87-ci ildönümü günündə bu yazı ilə ulu öndərin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi önəm və QHT sektorunun fəaliyyətinə yaratdığı hüquqi zəminin formalaşmasındakı feomenal roluna kiçik nəzər salmaq istədik. Azərbaycanın 40 illik tarixi məhz Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin  memarı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə zəngindir və bu böyük Şəxsiyyətin xidmətləri danılmazdır.  Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasətçinin zamanında atdığı addımların mahiyyətini indi daha dərindən dərk edir, əhəmiyyətini gündəlik həyatımızda görürük. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasir modelinin formalaşdırılması baxımından mükəmməl mexanizm hesab olunan QHT-lərə Dövlət Dəstəyi Şurasını da Heydər Əliyevin demokratikləşmə prosesi istiqamətində başlatdığı yolun davamıdır.

 



Jalə TOFİQQIZI

 


Son şərhlər - 1
Səhifələr : 1
Orxan



 02.06.10 12:30
Jalə xanım, belə ətraflı və savadlı yazı üçün sizə təşəkkür edirik.
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo