Axtarış: 
Aydın Xudiyev, “Sorqe” Uşaqlara Qayğı Xeyriyyə Cəmiyyətinin sədri: “ Yol təhlükəsizliyi üzrə dövlət şurasının yaradılmasına çalışırıq”
+  -  Çap 
Yerləşdirilib: 25.01.10 | Baxılıb: 340
Yol təhlükəsizliyi ilə bağlı əhali arasında təbliğat və maarifləndirmə işləri aparmaq üçün “Sorqe” Uşaqlara Qayğı Xeyriyyə Cəmiyyətini yaratdıq. Təşkilat çoxdan yaranıb, amma 2008-ci ilin iyul ayında Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. “Sorqe” cəmiyyətinin fəaliyyət istiqaməti təhlükəsizliyi əhatə edən tədbirlər proqramının hazırlanması və həyata keçirilməsidir. Bunun üçün müxtəlif konfrans, treninq və seminarlar keçirmişik. Maarifləndirmə işlərinə baxırıq, eləcə də insanlarda sürücülük mədəniyyətini yüksəltmək üçün səylər göstəririk. Bu da, öz növbəsində, həm piyadalıların, həm də sürücülərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Hərəkətin təhlükəsizliyi ilə bağlı bukletlər çap etdik, yollarda əhaliyə payladıq. Biz ölkədə sürücü və piyada mədəniyyətinin yüksəldilməsi ilə məşğul olan nadir təşkilatlardanıq. Layihələrimiz öz mahiyyəti etibarilə unikal sayıla bilər. Lakin donorların bizim layihələrə münasibəti, açıq desək, soyuqdur. İndi bir sıra elmi araşdırmalardan sonra dəyirmi masa və digər təbliğati əhəmiyyət daşıyan tədbirlər keçirməyi planlaşdırırıq. Bununla əlaqədar KİV-in imkanlarından geniş yararlanmağı qarşımıza məqsəd qoymuşuq. Çünki bizim layihələrimizin maarifləndirmə cəhətlərini yalnız KİV-in köməyilə geniş xalq kütlələrinə çatdırmaq olar. Burada, həmçinin, əhalinin yol hərəkəti qaydalarına riayət etməsi haqqında məlumatlandırılması və yol təhlükəsizliyi ilə yaranan problemlərin müsbət həlli barədə fikir mübadiləsi etmək çox önəmlidir. Yol hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində təbliğat işinin gücləndirilməsi məqsədi ilə dəfələrlə Bakı Şəhər Dövlət Yol Polisi ilə təmaslarımız olub. Onlarla yaxşı əməkdaşlıq əlaqələrimiz yaranıb, birlikdə bir neçə tədbir keçirmişik. Yol qəza hadisələri, eləcə də hər bir insanın həyat və sağlamlığının qorunması ilə əlaqədar göstərilən xidmətin, ictimaiyyət arasında aparılan təbliğatın müsbət nəticələrini nəzərə alaraq, keçiriləcək tədbirlərdə uşaqların, gənclərin iştirakının daha da artırmağı nəzərdə tuturuq. Burada digər qeyri-hökumət qurumlarının təmsilçilərinin də fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Birləşmiş Millətlər Təşkilatının yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 2010-2020-ci illərdə bütün dünyanı əhatə edən proqramları var. Həmin bu onillikdə qlobal yol təhlükəsizliyi böhranının qarşısının alınması ilə bağlı ciddi işlər görüləcək və bu on ildə dünyada insanların təhlükəsizliyinin qorunması üçün müxtəlif tədbirlər keçirəcəkdir. Bu tədbirlərin ən mühümü, təbii ki, yeni, təhlükəsiz yolların tikintisi və meqapolislərdə abadlıq, yol genişləndirmə, eləcə də yol ötürücülərinin inşasıdır. Bu baxımdan, bizim ölkəmizdə son onillikdə çox təqdirəlayiq işlər görülüb. Biz hər il 2, 3 layihə üzərində işləyirik. Bu layihələr müxtəlif qurumlara, beynəlxalq təşkilatlara göndərilir. Bəzi layihələrə baxılmaq üzrədir. Demək olar ki, bəzi layihələr artıq dəstəklənib. Ümidvarıq ki, biz gələcəkdə daha fəal işləyə biləcəyik. Biz düşünürük ki, dövlət dəstəyi bizim üçün daha mühümdür. Ona görə də biz təklif edirik ki, gələcəkdə yol təhlükəsizliyi üzrə Dövlət Şurası yaransın. Bu Dövlət Şurasının səlahiyyəti geniş olmalıdır ki, bizim yollarda nizam-intizam lazımı qaydada olsun. Çünki bu artıq dözümsüz haldır. Avtomobillərin sayı get-gedə çoxalır, ona görə bu həm vətəndaşların hərəkətinə, həm də sürücülərə maneçilik törədir. Yol-qəza hadisələrində hər gün nə qədər insanın tələf olduğunu isə gündəlik telestatistikadan müşahidə edirik. Təəssüf ki, avtomobil qəzasında insanın tələf olması və yaxud ciddi bədən xəsarəti alması hörmətli televiziya tamaşaçılarının gözündə adi mənzərəyə çevrilib.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo