 Gənc Mühasiblər Birliyi (GMB) vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirak etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının mənafe ümumiliyi, könüllülük, üzvlərin hüquq bərabərliyi, özünüidarə əsasında yaradılmış ictimai birlikdir. Birlik 2000-ci ildə yaradılmışdır.
GMB müxtəlif donor təşkilatlarının maliyyə dəstəyi ilə QHT mühasibləri üçün mühasibatlığa dair treninqlər təşkil etmişdir. Bundan başqa, GMB öz fəaliyyəti dövründə gənclər arasında pulsuz mühasibatlıq xidmətinin göstərilməsi, öz peşəkarlığını məsləhət xidmətləri və treninqlər vasitəsilə ilə artırmış mühasiblərin iş yerləri ilə təmin edilməsi sahəsində də praktik addımlar atmışdır. Gənc Mühasiblər İctimai Birliyinin “QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı təlimlərintəşkili” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənmişdir. Layihənin əsas məqsədi qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının nəzərdən keçirilməsi, onlar əsasında tövsiyə və şərhlərin, təlim materiallarının hazırlanmasıdır. Hazırlanmış dərsliklərin əsasında təlimlərin təşkili də nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində şərhlər və tövsiyələrin hazırlanmasına start verildi. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini və İnzibati Xətalar Məcəlləsində bu Qanunun müddəalarının pozulmasına görə cərimələrin tətbiq edilməsinin nəzərdə tutulması və onların məbləğinin artırılması QHT sektorunda olan mühasiblərə, maliyyə menecerlərinə yeni standartlarla bağlı biliklərin olmaması baxımından ciddi çətinliklər yaradırdı. Bu istiqamətdə layihənin həyata keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu layihəyə müsbət cavab verməsi QHT nümayəndələri, mühasibləri, maliyyə menecerləri tərəfindən rəğbətlə qarşılanmış və müsbət rəy almışdır.
Bu layihə çərçivəsində təşkilatın rəsmi internet səhifəsi hazırlamışdır. İnternet səhifəsi üçün nəzərdə tutulan materialların toplanması, eləcə də səhifəyə yerləşdirilməsi başa çatmışdır. Həmin internet səhifəsində yerləşdiriləcək informasiya resursları aramızda “online” əlaqə vasitəsi olacaq. Bu saytın köməkliyi ilə mühasiblər mühasibatlıq sahəsində olan yenilikləri və dəyişiklikləri tez bir zamanda öyrənə biləcəklər.
Layihənin 2-ci hissəsində hazırlanmış materiallar əsasında Bakı şəhərində treninq kursları təşkil edilmişdir.
Layihənin aktuallığını nəzərə alan digər donor təşkilatlar - Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və Counterpart İnternational Azərbaycan bu layihənin davamlılığı üçün müsbət rəy bildirmiş və maliyyə dəstəyi ayırmışlar.
Layihənin davamında qeyri-hökumət təşkilatları üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartı əsasında şərhlər və tövsiyələrin qalan hissəsi hazırlanacaq və Maliyyə Nazirliyinə təsdiqə veriləcəkdir. Layihə nəticəsində hazırlanmış QHT-lər üçün Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə şərhlər və tövsiyələr, təlim materialları təşkilatın gələcək layihələrində, eyni zamanda digər qeyri-hökumət təşkilatları tərəfindən Milli Mühasibat Uçotu standartları sahəsində dəyərli biliklərin əldə edilməsi üçün istifadə ediləcək. Layihə çərçivəsində hazırlanmış təlimçilər isə gələcək dövrlərdə təşkilatın həyata keçirəcəyi layihələrdə təlimçi kimi qeyri-hökumət təşkilatları sektorunda Milli Mühasibat Uçotu standartları sahəsində lazımi biliklərə malik kadrların hazırlanması işində iştirak edəcək. Növbəti yekun hesabat dövrünün ilk ayı ərzində bu prosesin daha da sürətləndirilərək tezliklə yekunlaşdırılması planlaşdırılır və bunun əsasında treninqlərin keçirilməsi nəzərdə tutulur.
Ümid edirik ki, donorların bu tip layihələrdə iştirakı, layihənin səmərəliliyini artırmaq və optimal təcrübənin Azərbaycanda geniş yayılmasına kömək edəcəkdir.
Bu sahədə təcrübənin öyrənilməsi QHT-lərdə Milli Mühasibat Uçotu Standartının tətbiqinin daha tez bir zaman çərçivəsində həyata keçirilməsinə təkan olardı. Bunu nəzərə alaraq, üzvlərimizin MDB və xarici ölkələrdə keçirilən BMUS-un tətbiqi, Milli Mühasibat Uçotu Standartlarının təkmilləşdirilməsi və tədris məsələlərinə həsr olunmuş elmi-praktiki konfranslarda təcrübə mübadiləsində iştirakı vacibdir. Beynəlxalq tədbirlərdən biri də Qazaxıstan Maliyyə Nazirliyinin “Maliyyə Sisteminin Stabilləşdirilməsində Professional Mühasiblərin və Auditorların rolu” mövzusunda mühasiblərin və auditorların beynəlxalq qurultayını keçirməsi oldu. Gənc Mühasiblər Birliyi də bu qurultayın dəvətlisi idi. Qurultayda Respublikamızı Maliyyə Nazirliyinin nümayəndəsi Uçot siyasəti şöbəsinin müdiri Elxan Qafarov və GMB-nin prezidenti olaraq mən, Solmaz Əliyeva, təmsil edirdim.
Qurultayda ekspertlər tərəfindən olunan çıxışlar və məruzələr Mühasibat Uçotunun Beynəlxalq Standartlara keçidinin vacibliyini bir daha təsdiq etdi. Lakin yeni standartlara keçid MDB ölkələri arasında hələ də ciddi problemlər olaraq qalmaqdadır. MDB ölkələri beynəlxalq standartlarla iş prinsipini ciddi aparsa da, Milli Standartlara keçidlə bağlı işlər ləng aparılmışdır. Lakin Azərbaycan bu sahədə bir addım qabaqdadır. Azərbaycanda kiçik sahibkarlıq subyektləri istisna olmaqla, müəssisələr tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidi ilə bağlı 37 MUBS qəbul edilərək 28 MMUS Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Bu tip konfransların Azərbaycanda keçirilməsi vacib məsələlərdən biridir. Ona görə də bizim təşkilat gələcək iş fəaliyyətində bu tip konfransların təşkil edilməsini də nəzərdə tutmuşdur.
|