Axtarış: 
Avropa niyə yaşıldır?
+  -  Çap 
Yerləşdirilib: 28.02.09 | Baxılıb: 601
Avropa səfərinin təəssüratları Avropada, sözün əsl mənasında, başqa ab-hava var. Elmi-texniki tərəqqinin inkişafı burada ətraf mühitin, o cümlədən atmosferin çirkləndirilməsi hesabına başa gəlməyib. Avropada hətta bir mövzuda, məsələn, atmosfer tərkibinin təbii balansının qorunması haqda azyaşlı uşaqlar belə saatlarla danışa bilər. Amma gördüklərimiz sadəcə danışıqlardan ibarət deyil, həm də yaşından, cinsindən, irqindən asılı olmayaraq bütün sosial təbəqələrin ekologiyaya eyni mövqedən yanaşmasından xəbər verirdi. “Bu mühitdə özümüz yaşayırıq, nə ediriksə özümüz üçün edirik” sözlərini indi bütün avropalılardan eşitmək mümkündür. Bu cür ictimai təfəkkürün formalaşmasında təkcə ayrı-ayrı şəxslər deyil, ictimai təşkilatlar da böyük rol oynayır. “Green Peace”(Yaşıl sülh) belə təşkilatlardan biridir. Green Peace ilə tanışlığımız təşkilatı Brüsseldə təmsil edən Marta Veter vasitəsi ilə oldu. Xanım Veter bildirdi ki, Green Peacenin fəaliyyəti iqlim dəyişikliyi, genetik modifikasiya olunmuş məhsullar (GMO), zərərli kimyəvi preparatların ləğvi, meşələrin qorunması kimi ekoloji məsələləri əhatə edir. Bunun üçün Green Peace Avropada, əsasən Avropa Birliyi (AB) qurumlarının fəaliyyətini izləyir, qərar və siyasətdəki çatışmazlıqları üzə çıxarır, qərar qəbul edən qurumları proqressiv həllə nail olmağa çağırışlar edir. Green Peace son dövrlər bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində də fəallığını artırıb. Burada məqsəd ekoloji çirklənməyə səbəb ola biləcək enerji daşıyıcılarının təsirini azaltmaqdır. Odur ki, xanım Veter başqa ölkələrdə də bu təbliğatın önəmli olmasını vurğulayaraq bildirdi ki, Green Peace artıq dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycana qonşu olan Türkiyədə də fəaliyyət göstərir və işini çirklənməyə məruz qalan bütün bölgələrdə qurmaqda maraqlıdır. Hazırda təşkilatın bütün qitələri əhatə edən 41 ölkədə nümayəndəlikləri var. “Yaşıl sülh”sevərlər meşələrin qırılmasına qarşı da əməli addımlar atmışlar. Belə ki, təşkilatın səyi nəticəsində Avropa bazarlarında qeyri-qanuni ağac tikinti materialların satışını əngəlləyən qanuna düzəlişlər edilmiş, zədələnmiş meşələrin bərpasına yönəlmiş kampaniyalar aparan beynəlxalq şəbəkə yaradılmışdır. Green Peace hazırda heç bir təşkilatdan maliyyələşmir. Xanım Veterin sözlərinə görə təşkilatın fəaliyyətinin maliyyələşməsi üçün dünya üzrə 3 milyondan çox olan üzvlərin abunə haqqı kifayət edir. Odur ki, təşkilat dünyada müstəqil qərar verən, “sifariş” qəbul etməyən təşkilat kimi tanınır. Təşkilatın keçirdiyi aksiyalara çoxsaylı könüllülər də dəstək verir. Avropada, eləcə də dünyada iqlimin qeydinə qalan təşkilatlardan biri də PAN (Pestisid Hərəkatı Şəbəkəsi) şəbəkəsidir. PAN Avropanın pestisid istehsalçılarının “sevimli düşməni”dir, yəqin ki, təşkilatı yaxından tanıyan hər bir kəsin qənaəti belə olar. Təşkilat barədə tanışlığımız, istirahət günü olmasına baxmayaraq, bizə vaxt ayıran xanım Henritte Kristensen vasitəsilə oldu. Xanım Kristensen pestisidlərə qarşı hərəkatın bütün dünyada vüsət aldığını, AB-nin bu sahədə qanunvericilikdə edilən dəyişikliklərin əhəmiyyətindən də danışdı: “Lakin mübarizə çox çətindir”. Buna misal olaraq, xanım Kristensen 1 pestisid təşkilatının Brüsseldə 5 təmsilçisinin fəaliyyət göstərdiyini, təmsil etdiyi qurumdan yalnız özünün olduğunu və yarımştat fəaliyyət göstərdiyini diqqətimizə çatdırdı. PAN vaxtaşırı insan səhhəti və ümumiyyətlə, ətraf mühit üçün təhlükəli sayıla bilən pestisidlərin siyahısını hazırlayır və AB institutlarına (Parlament, Komissiyalar və Şura) təqdim etməklə ictimaiyyətə də açıqlayır. Qurum eyni zamanda spesifik mövzular üzrə daim yığcam məlumatların hazırlanması və yayımı ilə də məşğuldur. PAN-ı regional səviyyədən milli səviyyəyə informasiya daşıyıcısı da adlandırmaq olar. Odur ki, təşkilat fermer təsərrüfatları, birlikləri, tədqiqat mərkəzləri ilə daim əlaqədədir. Təhlükəli sayıla bilən hər hansı pestisid barədə məlumat daxil olan kimi faktın araşdırılmasına və götürülmüş nümunələrin laboratoriya şəraitində yoxlanılmasına başlanır. PAN Avropada fəaliyyət göstərən və tərkibində zərərli maddələrin olduğu məhsulların satışına qadağa qoyan supermarketlərin siyahısını çıxararaq onların bu fəaliyyətini stimullaşdırır, eyni zamanda istehlakçıları sağlam qida əldə etmək üçün doğru ünvanlara yönəldir. Harada çalışmağımızdan, harada yaşamağımızdan asılı olmayaraq gəlin biz də doğru ünvana yönələk – havası təmiz, sağlam, təhlükəsiz bir ünvana... Bunun üçün isə ilk növbədə ətraf mühiti qoruyaq. “Bu mühitdə özümüz yaşayırıq, nə ediriksə özümüz üçün edirik”. P.S. Almaniyanın ümumi ərazisinin 60 %-ni, Azərbaycanın isə 8 %-ni meşələr təşkil edir. Anar SƏFƏROV İnformasiya və Marketinq Meneceri, AİM-Azərbaycan, Brüssel, Belçika

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo