Axtarış: 
“The Guardian”: Azərbaycanın iqtisadi nailiyyətləri Dağlıq Qarabağ münaqişəsinin həllində də ona üstünlük gətirir
+  -  Çap 
Yerləşdirilib: 20.05.10 | Baxılıb: 276
Azərbaycan enerji resurslarının hesabına tez bir zamanda zənginləşdi və maliyyə böhranı zamanı MDB dövlətləri arasında müsbət iqtisadi göstəricilər əldə edən yeganə dövlət oldu. Ötən il dünyanı silkələyən və böyük güc mərkəzlərinə ciddi iqtisadi ziyan vuran maliyyə böhranını uğurlu siyasi kurs və iqtisadi konsepsiya sayəsində müvəffəqiyyətlə dəf edən 
Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail oldu. Amerika və Avropanın ən inkişaf etmiş dövlətlərinin böhranla bağlı investisiya layihələrini dayandırmasına baxmayaraq, Azərbaycan bu istiqamətdə layihələri həyata keçirməkdə davam edir. Dövlət investisiya xərcləri hesabına əvvəlkitək yenə də infrastruktur bölmələrində işləri davam etdiriləcək. Həmçinin, hökumət sərmayə proqramları ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsinə, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə, onlara vergi güzəştlərinin tətbiq edilməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasına, ixracyönümlü müəssisələrin dəstəklənməsinə, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsinə çalışacaq. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və strateji müəssisələrə elektrik enerjisi və qazın güzəştli şərtlərlə verilməsi nəzərdə tutulur. Bu siyasət 2010-cu ildə yerli məhsulun istehsalının rəqabət səviyyəsinə qalxmasına imkan verməklə yanaşı, ölkə iqtisadiyyatının daha da sağlamlaşmasına şərait yaradıb.

Təbii ki, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirilən mükəmməl iqtisadi strategiya beynəlxalq analitik mərkəzlərin və xarici mətbuatın da diqqətindən yayınmayıb. Dünyanın öndə gedən KİV-ləri Azərbaycanla bağlı ardıcıl reportajlar, materiallar hazırlamaqla, ölkəmizin nailiyyətlərini beynəlxalq ictimaiyyətə çatdırırlar. Son olaraq isə, nüfuzlu “The Guardian” qəzeti Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məqalə dərc etdirərək, Azərbaycanın artan iqtisadi potensialının münaqişənin həllində ölkəmizə üstünlük gətirdiyini qeyd edir. Qəzet bildirir ki, Azərbaycan enerji resurslarının hesabına tez bir zamanda zənginləşdi və maliyyə böhranı zamanı MDB dövlətləri arasında həmin dövrdə müsbət iqtisadi göstəricilər əldə edən yeganə dövlət oldu. Əldə olunmuş iqtisadi nailiyyətlər isə Azərbaycan üçün təkcə özündə əminlik yaratmayıb. Bu dividentlər Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycana üstünlük gətirə bilər. Qəzet yazır ki, Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında müharibəyə son qoyan atəşkəs müqaviləsinin imzalanmasından 16 il keçir. Beləliklə də, “nə sülh, nə də hərb” kimi dəyərləndirilən nəticəsiz və uzunmüddətli danışıqlar prosesinə start verildi. Məqalə müəllifi Anna Matveyeva qeyd edir ki, hazırda isə elə bir hiss var ki, vəziyyət hər an tamamilə dəyişə bilər.

Daha sonra, müəllif Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin fevral ayında verdiyi açıqlamanı xatırladaraq qeyd edir ki, nazir Ermənistanla “böyük müharibə”nin başlaya biləcəyini bildirib: “İndi əsas sual ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ ilə bağlı yeni bir müharibənin başlanmasına razılıq verəcəkmi? Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyi riskə meyilli deyil və millətçilik naminə impulsların təsirinə düşmür. Ona özünün populyarlığını artırmaq lazım deyil. Azərbaycanın mövcud hakimiyyəti ölkədə onsuz da populyardır. Sağlam düşüncə baxımından müharibə ehtimalı azdır. Lakin hərbi təlimlərin intensivləşməsi və yeni texnikaların alınması vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Azərbaycanda mövcud olan ziyalı təbəqəsi də antimüharibə düşüncəsində deyil. Sülhün tərəfdarı olan insanlar, Ermənistanın güzəştə getməsini görmək istəyirlər. Ermənistanın isə hələlik güzəştə meyilli görünmür. Onların güzəştə getmək niyyəti nə vaxtsa üzə çıxsa, artıq gec ola bilər”.
Həmçinin, məqalədə deyilir ki, Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarmaq üçün ciddi səylər göstərir və bu torpaqların həmişəlik itirilməsinə heç vaxt yol verməz. Ermənistanın daxili siyasi arenasındakı gərginliklər və iqtisadi problemlər də Azərbaycan üçün qəti qərar qəbul etməyə şərait yaradır.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo