Axtarış: 
Qeydiyyatdan keçmiş 1000-dən çox QHT tapılmır
+  -  Çap 
Yerləşdirilib: 17.12.09 | Baxılıb: 402
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu kitab dövlət və hökumət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların Azərbaycan QHT-ləri ilə əməkdaşlıq imkanlarını genişləndirmək, QHT-lər arasında əlaqələndirmə və şəbəkələşmə proseslərinə yardım etmək üçün əhəmiyyətli bir vəsait kimi nəzərdə tutulur. Xəbər verildiyi kimi, bu işə Şura bir neçə ay əvvəl başlamış və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplamışdır. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilmiş və nəşr üçün hazırlanmışdır. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və siyahı üzrə Şuraya təqdim edilmiş 2427 QHT-ni ilkin olaraq aşağıdakı kimi təsnifatlandırmaq mümkün olmuşdur: 2058 – müstəqil qeyri-hökumət təşkilatı; 179 – idman təşkilatları; 150 - başqa QHT-lərin filial və şöbələri; 40 – hüquq məsləhətxanası; QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmamışdır. Bu siyahıda adı olan təşkilatların nümayəndələrindən xahiş edirik ki, onlar təşkilatları haqqında məlumatların “Azərbaycan QHT-ləri” kitabına daxil edilməsi üçün Şuraya müraciət etsinlər. Sorğu anketi və əlaqə yaradılması mümkün olmayan təşkilatların siyahısı ilə Şuranın www.qhtxeber.az saytında tanış olmaq mümkündür. Əlaqə telefonu: 012/ 596-53-06; E-mail: cbabayeva @cssn.gov.az QHTXEBER.AZ

Son şərhlər - 1
Səhifələr : 1
Ramil



 09.03.10 18:06
Belke hech istemirler onlar haqqinda melumat getsin- buda onlarin oz huquqlaridi,birde zehmet olmasa adlarini bildirin belke hardansa orgenek ve xeber verek onlara.
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo