Axtarış: 
“İşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna ehtiyac var”
+  -  Çap 
Yerləşdirilib: 25.05.10 | Baxılıb: 227
Milli Məclisin Insan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın “525-ci qəzet”-ə müsahibəsi  


– Rəbiyyət xanım, bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində ATƏT Parlament Assambleyasının (PA) təşkil etdiyi tədbirdə iştirak etmisiniz. Tədbir zamanı Qarabağ probleminə və o cümlədən qondarma “DQR”də keçiriləcək seçkilərə toxunuldumu? 

 
– Bəli, toxunuldu. Bildiyiniz kimi, ermənilər bu qondarma və qeyri-qanuni seçkilərə ATƏT üzvlərini də dəvət edirlər. Fürsətdən istifadə edərək, ATƏT-in nümayəndələrinə dedim ki, bu nə qədər korrektidir ki, separatçı rejimin keçirdiyi seçkilərə dünyada hüquq dəyərlərini, hüquq prinsiplərini yüksək və insan haqlarını ali tutan dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri dəvət edilirlər. Mənə elə gəlir ki, bundan böyük anlaşılmazlıq yoxdur. Mən inanıram ki, Avropanın heç bir dövləti bu seçkiyə nə öz nümayəndəsini göndərəcək, nə də seçkini tanıyacaq. Bu, ümumiyyətlə, bütün beynləxalq təşkilatlarda, tədbirlərdə gündəmə gətirilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, orada heç bir seçki tanınmamalıdır. Nə qədər ki, bu ərazilər işğal altındadır, orada hər hansı qurum heç bir seçki keçirə bilməz. Orada heç bir təşkilat yarana bilməz. Çünki bu, mənim ölkəmin ərazisidir. Özü də bu gün işğal altında olan ərazisidir. Odur ki, kimlərinsə orada öz fəaliyyətini gerçəkləşdirmək imkanı olmamalıdır. Yəni, bununla əlaqədar olaraq, belə demək mümkünsə, ciddi bir sənəd hazırlanmalıdır. 
 
– Yeri gəlmişkən, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin hazırlanması yönündə təkliflər səslənməkdədir. Siz bu təkliflərə necə yanaşırsınız? 
 
– Mən belə hesab edirəm ki, bu təşəbbüsü daha ciddi şəkildə qaldırmaq lazımdır. Çünki bu, artıq hüququn özünə daxil olmalıdır. Hüquqi məkana daxil olmalıdır ki, bəli, işğal olunmuş ərazilərdə işğalçı bu addımları ata bilməsin. Amma hazırda belə bir şey yoxdur. İşğalçı Azərbaycan ərazilərini işğal edib və orada istədiyi formada öz hərəkətlərinə davam edir. Eyni zamanda, bu gün beynəlxalq hüquq özü iflic vəziyyətindədir. Beynəlxalq hüququn bu gün normaları işləmir. Deməli, beynəlxalq hüququn özündə böyük bir dəyişikliklərə ehtiyac var. 
 
– Ümumiyyətlə, yaxın gələcəkdə adıçəkilən qanun hazırlana və qəbul edilə bilərmi? 
 
– Biz bu qanunun hazırlanması niyyətini bildirmişik, ortaya qoymuşuq. Bəlkə də, indiyə qədər qanunun nə qədər vacib olduğunu da hiss etməmişik. Amma artıq görürük iki, yox, onların bütün bu fəaliyyətinin qarşısını almaq üçün işğal olunmuş ərazilərin statusu ilə əlaqədar qanun qəbul etmək vaxtıdır, zamanıdır və lazımdır.  
 
KAMİL  


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo