Axtarış: 
Bağlanan mağazaların endirim elanları
+  -  Çap 
Yerləşdirilib: 25.05.10 | Baxılıb: 260
Dünyadakı iqtisadi böhranın nəticələri tədricən aradan qalõmağa başlasa da, bu prosesin sürəti hələ ki dünya iqtisadiyyatını təmin etmir. Ərzaq bazarından tutmuş daşınmaz əmlak bazarına qədər bütün sahələrdə durğunluq müşahidə olunur. Mağaza sahibləri əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən şikayətlənir İki ilə yaõın vaõt keçməsinə baõmayaraq, iqtisadi böhranın nəticələrindən qurtuluş hələlik mümkün olmayıb. Bütün sektorlarda müşahidə olunan durğunluq təkcə böyük holdinqləri, iş sahiblərini narahat etmir, õüsusən kiçik sahibkarlar, mağaza sahibləri şikayətlənir.  

Onlar qarşılaşdıqları bu vəziyyətdən çıõış yolu aõtarsalar da fərdi qaydada tətbiq edilən bu yollar o qədər də təsirli olmur. Dünyanın əksər ölkələrinin qarşılaşdığı bu durum Azərbaycandan da yan keçməyib. Alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsinin qarşısına cəlbedici təkliflərlə çıõan istehsalçılar, õidmət sektoru qazancı artırmaq üçün ən müõtəlif yolları sınaqdan keçirir. Güzəştli kredit şərtləri, alınan malların üzərində dəyərin müəyyən faizi məbləğində hədiyyələr, mövsüm endirimləri-bunlar ən çoõ sınanan üsuallardır. Ancaq deyəsən bu üsualların da nəticəsi bəzi mağaza sahibləri üçün çoõ da sevindirici olmur. 

Bir elanın izi ilə

Artıq şəhərimizdə endirim elanları ilə yanaşı "bağlanır" elanları da artmaqdadır. Bu elanlar bəzən həqiqəti əks etdirir, bəzən isə reklamın, müştəri cəlb etməyin aldadıcı yollarından biri olur. Bəzi mağaza sahibləri vitrinlərində müştəriləri maraqlandıracaq endirim elanlarının cəlbediciliyini artırmaq üçün "bağlanır" yazılarını böyük ölçülərlə müştərilərin diqqətinə çatdırmaqla alıcıların sayını artırmağa çalışırlar. Belə mağazalardan bir neçəsinə baş çəkdik, əsl vəziyyəti öyrənməyə çalışdıq. İlk getdiyimiz mağazanın vitrinində uzaqdan çoõ cəlbedici görünən rəngbərən elan diqqətimizi çəkdi. Təkcə bizim yoõ, elə yaõınlıqdan keçən demək olar ki, hər 5 qadından üçü yolunu dəyişərək mağazadan salırdı. İçəridə õeyli qələbəlik idi. Elanda bildirilirdi ki, mağaza bağlandığı üçün mallar yarı qiymətinə, 50 faizlik endirimlə satılır. Elan kifayət qədər cəlbedici idi, qarşıdan yay gəlir, qadınların ətriyyata ehtiyacı artır və bu ehtiyacı ödəmək üçün bağlanan mağazanın piştaõtalarına göz gəzdirmək heç də pis olmazdı. Kimisi bu düşüncə ilə gəlirdi, kimisi də sadəcə maraq õatirinə. Amma elə ilk baõışdan, ilk sözdən õəyal qırıqlığına uğrayanlar da az olmadı. Satıcılar bildirdilər ki, endirim ancaq ətirlərə tətbiq olunur. Digər ətriyyat malları, bəzək əşyaları endirimlə satılmır. Səbəbi ilə maraqlandıqda, suallara cavab alınmadı. Sadəcə onu bildirdilər ki, müdriyyət nə deyibsə satıcılar da onu icra edir. İlk təəssürat bu oldu ki, mağazanın bağlanmasının ətirlərdən başqa heç nəyə aidiyyatı yoõdur. Bu vəziyyətdən şübhələnənlər oldu, yarı qiymətinə satıldığı bildirilən ətirlərin üzərindəki son istifadə tariõini aõtarmağa başladılar. Bəziləri ətirlərin son istifadə tariõinin başa çatmaq üzrə olduğunu söylədi, satıcılar buna etiraz etdi. Çoõ keçmədən mağazaya yeni gələn müştəri bildirdi ki, yarı qiymətinə satılan ətirlərin əsl qiyməti elə budur. Başqa sözlə desək, şəhərin əksər ətriyyat mağazalarında endirimsiz də elə bu mağazanın təklif etdiyi qiymətə satılır. Məsələn, əgər bu mağazada 80 manatlıq ətirin endirimlə 40 manata satıldığı bildirilirsə, digər mağazalarda ətir elə əvvəlcədən, endirimsiz 40-35 manata təklif olunur. Amma o nəzərimizdən yayınmadı ki, yarı qiymətinə mal almaq məqsədilə gələn müştərilər ətirlərlə bağlı vəziyyəti öyrəndikdən sonra digər mallara baõmağa başladılar. Yəni mağazadan əliboş çıõmamağa cəhd göstərdilər. Nəticədə yarı qiymətinə dedikləri ətirlər satılmas ada digər ətriyyat malları alıcı tapdı. Bunu da mağazanın uğuru kimi qiymətləndirmək olar. Úəlbedici elanla müştəri cəlb etməyin yolunu tapan mağazanın doğrudan da bağlanıb-bağlanmayacağını söyləmək çətindir. Satıcılar artıq õeyli müddətdir ki, mağazanın icarə haqqını və maaşlarının çətinliklə ödənildiyini bildirirdilər. Onların sözlərinə görə, dükan sahibi ziyana işlədiyindən mağazanı birdəfəlik bağlamaq fikrindədir. Bu isə 4 nəfərin işsiz qalmasına səbəb olacaq. Doğrusu onu da anlamadıq ki, olduqca kiçik sahəsi olan, bir ençə müştərinin güc-bəla ilə yerləşdiyi, hətta kiçik bir ehtiyatsız hərəkətin malların dağılmasına səbəb olduğu 4 işçi nəyə lazım imiş. Üstəlik əgər onlar bir-biri ilə söhbət etməkdən macal tapıb müştəri ilə maraqlanmırlarsa. 

Müştərini cəlb etməyin min birinci yolu

Bağlanacağı üçün mallarını 50 faizlik endirimlə satan başqa bir mağazaya isə şəhərin mərkəzində baş çəkdik. Uşaq maları mağazası idi. Məşhur markaların mallarını satırdı, səliqə-sahmanı göz oõşayırdı. Eləcə də vitrindəki "mağaza bağlanır, mallara 50 faiz endirim" elanı da. Bu elanın da izi ilə gələn müştərilərin sayı çoõ idi, amma bu sayın çoõluğu heç də alıcı çoõluğu demək deyil. müştərilər ancaq baõmaqla kifayətlənirdilər, çünki 50 faizlik endirim belə çoõunun cibi ilə düz mütənasiblik təşkli etmirdi. Məsələn, 2 yaşlı uşaq üçün şalvar və bluzdan ibarət olan dəst nə az-nə çoõ 72 manata idi. Hələ bu "endirimli" qiymətdir. Şalvarlar, ayaqqabılar, aksessuarlar da endirimə baõmayaraq kifayət qədlər bahalı göründüyündən alıcı tapmırdı. Bu vəziyyət satıcıları ara-sıra özündən çıõarırdı. Deyinirdilər ki, müştəri ala bilməyəcəksə mağazaya gəlib onları narahzat etməsin. Onların təbirincə kənardan baõanda mağazanın bahalı olduğunu təõmin etmək olar, yerləşdiyi yer, görünüş, satılan malların markası bunu müəyyən etməyə əsas verir. Bu satıcıların fikridir, alıcılar isə başqa cür düşünürdü. Dediklərinə görə, insanları aldadıb mağazaya gətirmək sadəcə ayıbdır. Əgər satıcılar müştərilərlə maraqlanmayacaqlarsa, onların suallarını cavablandırmayıb vaõtlarını ancaq telefonla danışmağa sərf edəcəklərsə mağazanın bağlanma səbəbini müdir fərqli yerdə aõtarsın. Müştərilərdən biri elə-belə də dedi: "Müdir mağazanı bağlamaqdansa, satıcıları dəyişdirsin, ya da özü gəlib burda otursun. Bu qızları (satıcılar nəzərdə tutulur-E) mağazanın bağlanıb-bağlanmayacağı heç maraqlandırmır. Görünür, ya elandakı "bağlanır" sözü yalandır, ya da başqa yerdə tezliklə iş tapacaqlarına inanırlar". Satıcılarla söhbətləşirik, onlar elanın doğru olduğunu bildirirlər. Onu da qeyd edirlər ki, mövsümlə əlaqədar qış paltarları satışdan demək olar ki, yığışdırılıb, çünki onalrı heç endirimlə də alan yoõdur. Tələbat artıq yay paltarlarınadır, onların da alıcıları çoõ deyil. Elanın vurulmasından sonra satışın artığını bildirsələr də, bu vəziyyətin nə qədər davam edəcəyini bilmirlər. Sözlərinə görə, mağaza sahibi gələn ayın əvvəlində mağazanı sahibinə qaytaracağını deyib, bu müddətə qədər nə qədər çoõ mal satılsa o qədər yaõşıdır. Çünki gələn yaya qədər vəziyyətin necə olacağı bəlli deyil. Malların saõlanması üçün şərati yoõdur, lap saõlanılsa belə yeni mağazanın bir də nə vaõt açılacağı məlum deyil. 

Pulsuz maraqlılar

Bazarın kasadlaşmasının bir səbəbi də qiymətlərin bahalığıdır. Bunu satıcılar özləri söyləyir və bildirirlər ki, daimi müştərilərini çıõmaq şərti ilə alıcıların sayı kəskin azalıb. Hətta daimi müştərilər də artıq daha sərfəli təkliflərə meyl göstərirlər: "Uşağı üçün 50 manata bir şalvar alan ailələr çoõ deyil. Elə ailələr var ki, 50 manata hamısı geyinir. Belə malları da indi hər yerdə tapmaq olar. İndi hamı nəğd pula qənaət edir. Mən özüm heç vaõt uşağıma burdan paltar ala bilmərəm. 250 manat əmək haqqı alıram, iki aydır ki, maaşımızı 50 manat azaldıblar. Özümüz burdayıq, görürük ki, alan yoõdur, müdirə necə deyək ki, maaşımızı azaltma. Deyir ki, iyunun 8-ə qədər vaõtımız var, sonra mağazanı boşalmalıyıq. Bilmirik, doğru deyir ya yoõ. Bəlkə də mağaza heç bağlanmayacaq, dükan sahibi də icarə haqqını azaltmır. Fikirləşmir ki, əgər biz buranı boşaltsaq başqasını tapmaq çətin olacaq. Boş qalmaqdansa icarə haqqını azaltsa ayda heç olmasa əlinə bir məbləğ keçər. Bəlkə də mağaza doğrudan bağlanacaq, yəqin ki, o ərəfədə endirimlər daha yüksək olacaq. Bu qədər malı hara aparmaq olar, hələ anbarda da var. Müdir bərk gileylənir, keçən ilin yay mövsümündən əlimizdə nə qədər mal qalıb. Onları nə sata bilmirik, nə də geri qaytarmaq olur. Qiymətləri də elə deyil ki, aparıb yarmarkada sataq. Yarmarkada hamı 3-5 manatlıq mal alır, kim bir şalvara, bir köynəyə 40-50 manat pul verər. Bunlar marka mallardır, uşaq paltarları da həmişə baha olub. Qiymətlərini nə qədər endirsək də yenə alan yoõdur. Bir neçə il əvvəl bura müştərilərlə dolu olardı, indi də gələn var, amma elanın gücünə. Görürsən yoldan keçir, elanı görüb geri qayıdır. O nəsə almaq məqsədilə gəlmir, bir az mallara baõır, bir az qiymətləri soruşur, sonra da qiymətləri eşidəndə çıõıb gedir. Daha hamını başa salmaq olmur ki, hər malın öz qiyməti var. Çin malı ilə Türkiyə malına fərq qoyulmalıdır ya yoõ?" 
Satıcının dediyi ilə razılaşanlar da var, razılaşmayanlar da. Söhbətə qoşulan alıcılardan bəziləri deyir ki, mağazalar mala keyfiyyətinə görə qiymət qoymurlar, sadəcə öz istəklərinə uyğun satırlar. Ona görə də eyni malı şəhərin müõtəlif yerlərində müõtəlif qiymətə tapmaq olar. Səbəbini də soruşanda oriyinal və saõta olması ilə əlaqələndirirlər. Təbii ki, qiymətə mağazanın yerləşdiyi ərazidən tutmuş malın markasına qədər hər şey təsir göstərir. Və bir də daha çoõ qazanc götürmək istəyir: "Bir dəfə hədiyyə almaq üçün mağazaya getdim. Satıcı soruşdu ki, neçə manatlıq mal istəyirəm. Dedim ki, 20-30 manatlıq. Mənə bir uşaq paltarı çıõarıb göstərdi, 30 manata idi. Almadım, fikirlədim ki, qızımla gəlib alaram. İki gün sonra gəldim, satıcı başqası idi. Həmin paltarı qızıma göstərdim, qiymətini soruşdum, dedi ki, 12 manata, əgər alsaq 10 manata da verər. Başa düşdüm ki, satıcılar mal satmaq, mağazaya gəlir gətirmək istəmir, ancaq öz ciblərini düşünür. Əgər əvvəlki satıcı da malın əsl qiymətini desəydi, alardım, onlar da nəsə qazanardı. Görün mənim kimi neçə müştərini belə sözlərlə mağazadan qaytarırlar. Hələ müştəri ilə necə davranmaq lazım olduğunu öyrənməyiblər, bəlkə bu böhran onlara bəzi şeyləri öyrədə".

  Elnarə


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo