Axtarış: 
Polietilen paket – faydası və zərəri
+  -  Çap 
Yerləşdirilib: 31.05.10 | Baxılıb: 434
Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Hər birimiz üçün adiləşən polietilen paketi və onun istifadəsinin fəsadları haqqında biz nə bilirik? Bu məsələ "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin bu günlərdə paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı araşdırılıb. Sorğu Bakı şəhərinin Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində əhalinin rəy sorğusunu keçirib. Sorğuda 186 nəfər iştirak edib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə (face to face) üsulu ilə aparılan rəy sorğusu formasında keçirilib. Respondentlərin seçimi yaşadıqları binalarının növünə və mərtəbəyə görə aparılıb (həyət evləri, 5 mərtəbəli binalar, 9 mərtəbəli binalar – zibil borusu işlək vəziyyətdə olan və bağlı olan binaların 1, 3, 5 və 9-cu mərtəbələrində).

Tədqiqatın nəticələrinə görə sorğuda iştirak edənlərin 23,9%-i kişi, 76,1%-i isə qadınlar olub. Respondentlərin 2,2%-i natamam orta, 22,8%-i tam orta, 15,2%-i orta ixtisas, 5,4%-i natamam ali, 53,3%-i ali təhsilli, 1,1%-i isə elmi dərəcəli olmuşlar. Rəyi soruşulanların 25,0%-i dövlət, 16,3%-i isə özəl sektorunda çalışanlar, 17,4%-i işsizlər, 23,9%-i evdar qadınlar, 12,0%-i təqaüdçülər, 5,4%-i isə tələbələr təşkil ediblər. Göründüyü kimi sorğu iştirakçılarının tərkibi orta statistik göstəriciləri əks etdirir.

Bununla bərabər respondentlərin polietilen paketlər və onların istifadəsi məsələlərinə olan münasibəti öyrənilib. Rəyi soruşulanlar paketlərin su və nəmişliyə davamlılığı (51,8%), gəzdirmək üçün rahatlığı, yüngüllüyü və təhlükəsizliyi (40,9%), mağazalarda pulsuz verilməsi, özünlə bazarlığa gedəndə aparmaq lazım olmaması (39,4%), ucuzluğu (35,2%), elastikliyi və möhkəmliyi (18,6%), zibil yığmaq üçün əlverişliliyi (18,3%), mədəni servis xidmətinin göstəricisi olduğu (14,9%), ərzaq və digər məhsulların ayrı-ayrı yığılması üçün konteyner qismində istifadəsi (13,2%) kimi amilləri qeyd ediblər. Rəyi soruşulanların 2,1%-i “heç bir xeyri yoxdur” cavabını veriblər, 12,0%-i isə bu barədə münasibətlərini dəyərləndirə bilməiblər.

Eyni zamanda rəyi soruşulanların 87,9%-i polimer məhsulların istifadəsinin ətraf mühit və insan sağlamlığına mənfi təsirini qeyd ediblər. 12,1%-i isə bu istifadənin fəsadlarına dair məlumatlı olmadıqlarını deyiblər.
Zərəri qeyd edən respondentlərin 74,8%-i paketlərin ətraf mühiti çirkləndirdiyini və artıq məişət tullantılarının əhəmiyyətli komponentinə çevrildiyini qeyd ediblər. 46,3%-i polimer materiallarının tərkibinə daxil olan kimyəvi birləşmələrinin sağlamlığa mənfi təsir göstərdiyini, 35,5%-i paketlərin zibillə birlikdə yandırıldılması zamanı havaya zəhərli birləşmələrin ayrılmasını və başqa (11,0%) amilləri göstəriblər.

Sorğu zamanı polietilen paketlərin təbiətdə parçalanmasına 100 ildən çox müddətin tələb olunması barədə rəyi soruşulanların 38,2%-i məlumatlı olduqlarını, 21,7%-i təxmini bunu güman etdiklərini, 40,1%-i isə bilmədiklərini bildiriblər. Respondentlərin polietilen paketlərinin təkrar emalının edilməməsi və ya çətinliklə başa gəlməsi barədə məlumatlı olması öyrənildikdə rəyi soruşulanların 20,3%-nin tam məlumatlı, 24,5%-nin qismən məlumatlı, 55,2%-nin isə məlumatsız olduqları müəyyən edilib.

Polietilen paketləri yandırıldıqda ətraf mühitin zəhərli birləşmələrlə çirklənməsi haqda 75,2% respondent xəbərdar olduğunu, 12,3%-i bu barədə nə isə eşitdiyini bildirmiş, 12,5%-i isə ümumiyyətlə məlumatlı olmadığını deyiblər.
Polietilen paketlərindən imtina edərək parça və ya kağız paketlərdən istifadə etməyə razı olmaları sualına respondentlərin 41,6%-i müsbət cavab verib, 15,6%-i bunu müəyyən şərtlərlə etməyə hazır olduqlarını bildirib, 20,5% respondent razı olmayıb, 14,1%-i isə bunun ümumiyyətlə mümkün olmadığını qeyd ediblər. Rəyi soruşulanların 7,9%-i münasibətlərini bildirməkdə çətinlik çəkiblər.
Beləliklə, polietilen paketlərdən imtina yalnız müəyyən tədbirlərin həyata keçirilməsi şərtilə mümkün ola bilər. Lakin uzun illər ərzində istifadəsinə öyrəndiyimiz paketlərdən imtina etmək heç də asan iş olmayacaq, çünki bu paketlər məişətimizdə əhəmiyyətli rol oynayırlar. Bunu həm imtina etməyə razılıq verən, həm də razılıq verməyən respondentlərin cavablarından görmək olar. Respondetlərin 37,1%-i hesab edir ki, kağız paketlər davamsızdır, 28,6%-nin qənaətinə görə parça torbanı özünlə gəzdirməlisən, 14,3%-i polietilen paketlərə öyrəşdiklərini(əks fikirdə olanlar 5,3%-dir) bildirblər. 11,4%-i bildirib ki, kağız paketlər və parça torbalar bahadır, mağazalarda verilməli və ya ucuz qiymətə satılmalı, pulsuz verilməlidir(əks fikirdə olanlar isə 58,4%). Respondetlərin 16,0%-nin fikrinə görə zibilin yığılması üçün polietilen paketlər paylanılmalıdır. Polietilen paketsiz alınmayacaq: zibilin yığılması, xörək qalıqlarının yığılması üçün lazımdır fikri ilə respondetlərin 4,9%-i razılaşıb.

Yuxarıda göstərilənlərdən belə nəticə çıxarmaq olar ki:
1. Polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması əsasında həyata keçirilə bilər;
2. Polietilen paketlərdən imtina üçün uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır;
3. Parça torbaların istehsalı və əlverişli şərtlərlə satılması təşkil olunmalıdır;
4. Kağız paketlərin istehsalı məqsədi ilə makulaturanın toplanılması və emalı təşkil edilməlidir;

Beləliklə, rəy sorğusu ətraf mühitlə bağlı bir çox problemlərin məhz əhalinin fəal dəstəyi olduğu halda həll edilə bilər. Buna nail olmaq üçün ictimai rəyin formalaşdırılması, icma üzvlərinin ekoloji mədəniyyətinin artırılması, cəmiyyətdə ekoloji şüurun formalaşdırılması, əhalinin düşünmə və hərəkət tərzinin dəyişməsi istiqamətində əsaslı iş aparılmalıdır. Yalnız belə olduqda bərk məişət tullantılarının idarə edilməsində əhəmiyyətli nəticələr əldə etmək olar.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo