Axtarış: 
Samir Mehdi-zadə,“RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri
+  -  Çap 
Yerləşdirilib: 02.06.10 | Baxılıb: 334

Torpaqlarımızı azad edəcəyik!


Artıq 20 ildir ki, torpaqlarımız düşmən tapdağı altındadır. 
  Torpaqlarımızı düşməndən azad etmək üçün tarixi şəraitin yetişməsinə az qalıb. Tezliklə müharibənin qaçılmaz olduğu hamıya aydın olacaq. Çünki nə Sarkisyan, nə də başqa bir erməni prezidenti işğal olunmuş ərazilərin qaytarılması barədə sənədi imzalamayacaq. Əğər imzalasa belə, həmin prezidenti 1-2 ğünə devirəcək, yenisini seçəcəklər. O da danışıqları hansı mərhələdən başlayacaq, aydın məsələdir. 
Azərbaycan xalqı öz Prezidenti ətrafında birləşərək işğal olunmuş ərazilərimizin düşməndən azad olunması uğrunda mübarizəyə başlamalıdır! Buna bizim ğücümüz də, imkanımız da, qeyrətimiz də var. Xalqımız döyüşkəndir, mübarizdir və öz torpaqları uğrunda müharibəyə hazırdır. Azərbaycan Prezidenti və dövləti son illər ərzində ordu quruculuğuna çox böyük diqqət ayırmış, hərbi-sənaye kompleksi inkişaf etdirilmiş, milli ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi aparılmışdır. Müxtəlif silahlar, hərbi texnika, hərbi aviasiya alınaraq ordumuzun döyüş potensialı artırılmışdır. Bir sözlə, ordumuz və xalqımız müharibəyə tam hazırdır və səbirsizliklə Ali Baş Komandanın hücum əmrini ğözləyir!
  “Vətən uğrunda ölməyə hazır olan” yox, “Vətən uğrunda öldürməyə, düşməni məhv etməyə hazır olan” oğullarımız var! Biz ali baş komandanın torpaqlarımızın azad olunması uğrunda döyüş qərarını gözləyirik və “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi olaraq, VƏTƏN MÜHARİBƏSİ başlayacaği təqdirdə birincilər sırasında döyüşə getməyə hazir olduqumuzu bəyan edirik!
  Ermənistan qorxu içindədir. Bunu onların rəhbərlərinin danışdıqları məntiqsiz sözlərdən başa düşmək, üzlərindən oxumaq olur. Öz qəhrəmanlıqlarından çox danışsalar da, urəklərindəki qorxunu gizlədə bilmirlər. 1992-ci ilin yayında, 1993-cü ilin noyabr-dekabr aylarında xalqımızın göstərdiyi qəhrəmanlıqlar, nümayiş etdirdiyi fədakarlıqlar onlara çox yaxşı məlumdur. İndi özlərini qalib hesab edən ermənilərə biz öz yerlərini mütləq göstərməliyik!
  Azərbaycan xalqı qəhrəman xalq olduğunu döyüş meydanlarında bir daha sübut etməlidir! Biz mütləq qələbə qazanacağıq!




Son şərhlər - 1
Səhifələr : 1
Aynur Cəbrayılova



 11.06.10 17:46
Kaş o gün tez gələydi...
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo