1959-cu ildə əsası qoyulandan etibarən Avropa Siyasəti İnstitutu Avropaya inteqrasiyanı tədqiq edən gəlir əldə etməyən təşkilatdır. Bu təşkilat Almaniya Federal Respublikasında ilk xarici və Avropa siyasəti tədqiqatı mərkəzlərindən biridir və elm, siyasət, idaəetmə və siyasi təhsil arasında mübadilə yaradılması üçün forum rolunu oynayır.
Avropa Siyasəti İnstitutunun missiyası Avropa siyasətinin və inteqrasiyası ilə bağlı məsələlərin elmi şəkildə tədqiq etmək, tədqiqatın nəticələrinin praktiki şəkildə həyata keçirilməsi və daha da genişləndirilməsi üçün müxtəlif yollar tapmaqdır. Avropa Siyasəti İnstitutu Trans-Avropa Siyasi Tədqiqatlar Assosiasiyana (TEPSA), 1962-ci ildən etibarən isə Alman Avropa Hərəkatına üzv olmuşdur . Avropa Siyasəti İnstitutu bu missiyanı aşağıdakı üsullarla həyata keçirir: - elmi-tədqiqat işlərini planlaşdırılması və aparılması - beynəlxalq tədqiqat qruplarının yaradılması və dəstəklənməsi - ictimai tədbirlərdə və konfranslarda Avropa siyasəti dialoquna töhfə verilməsi - aparılmış elmi-tədqiqat işlərinin təltif edilməsi - tədqiqat materiallarının və digər materialların nəşr edilməsi - Avropa siyasəti ilə bağlı treninq materialların və konsepsiyaların hazırlanması - Avropa siyasəti üzrə seminarların keçirilməsi - analoji nöqteyi-nəzərə malik olan təşkilatlar ilə əməkdaşlıq edilməsi Aygün Əsgərova
|