Axtarış: 
Müasir toy - mənəvi terror
+  -  Çap 
Yerləşdirilib: 02.06.10 | Baxılıb: 384
Ekspress qəzeti// Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsindəki neqativ hallar, israfçılıq hamının diqqətini cəlb edir. Hətta əcnəbi qonaqlar da məclislərdəki israfçılıqdan gileylənirlər. Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) dünən keçirdiyi dəyirmi masada bu məsələyə toxunub. Qeyd edək ki, AAŞ "Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsini Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirir və layihə 4 ay müddətinə nəzərdə tutulub.   AAŞ sədri, akademik Budaq Budaqov sözügedən məsələnin hamını narahat etdiyini dilə gətirdi":Hamı şahiddir ki, toy və yas mərasimlərimizdə həddindən artıq ifratçılığa yol verilir. Özü də bu ifratçılıq hər bir xırdalıqlarda özünü kəskin şəkildə büruzə verir. Hətta milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar toylarımızdakı ifratçılığı xüsusilə vurğulayır və tənqid edirlər. Yüksək istehlak mədəniyyətinə, kapitalizmin diqtə etdiyi qənaət anlayışına ciddi yanaşan xarici vətəndaşlar bu qədər ərzaq məhsulunun məhv edilməsinə ağılsızlıq kimi baxır. Bunun dəfələrlə şahidi olmuşuq". 

  Məsələnin gündəmdə olduğunu deyən B.Budaqovun sözlərinə görə Milli Məclisdə də bu məsələ müzakirə olunur. 

  Layihə rəhbəri Nərgiz Cəfərova da məsələnin çox aktual olduğunu dedi. Və qədim adətlərimizin müasirlik və dövrə uyğunlaşdırılma adı ilə eybəcər hala salınmasına təəssüfünü dilə gətirdi: "Son zamanlar müasirləşmə, Avropaya inteqrasiya adı altında milli adət-ənənələrin təhrif olunmasının, Qərbdən gətirilən yad ünsürlərin həyat tərzimizə çevrilməsinin, bəzi adətlərimizin unudulduğunun şahidi oluruq. Belə hallar xüsusilə özünü Azərbaycan xalqının ən çox önəm verdiyi xeyir-şər mərasimlərində daha qabarıq büruzə verir. Belə xoşagəlməz hallara həm toy, həm də yas mərasimlərində rast gəlirik. İnsanlar da bir-birinin bəhsinə borca düşür, digər neqativ hallarla üzləşməli olurlar". Layihə rəhbəri onu da qeyd edib ki, layihənin icrası üçün nəzərdə tutulan vaxt ərzində insanların həyat tərzini dəyişəcək işləri başa çatdırmaq mümkün deyil. Ancaq təbliğat işlərinin gücləndirməklə şüurlara təsir etmək, düşüncələri az da olsa dəyişmək olar. 

  Azərbaycan İqtisad Universitetinin professoru Zahid Məmmədov isə israfçılıqdan restoran sahiblərinin və müğənnilərin qazanc götürdüyünü dedi. Onun sözlərinə görə professorun əməkhaqqı 500 manat təşkil edirsə və o, hər toya 100 manat pul verməklə ayda 5-6 toyda iştirak edirsə, deməli, o, ya rüşvətxordur, ya da öz əməyinə hörmət qoymur: "Mən xeyir-şər məclislərimizdəki bu israfçılığı mənəvi terror adlandırardım. Özüm toya getməkdən imtina etmişəm və bütün qohum-əqrəbam da bunu bilir. Ümumiyyətlə, bu gün hansısa sənəti olmayan, ancaq qalmaqal və şou ilə gündəmdə qalan müğənnilərə 1-2 saatlıq toy mərasiminə görə 15-20 min manat pul ödəmək ağılsızlıqdır. Dünyanın heç bir yerində belə hallara rast gəlinmir. Eləcə də yas mərasimləri gülməli bir forma alıb". 

  Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə öz övladlarının toyunu sağlamlıq və milli-mənəvi dəyərlər baxımından nümunə kimi etdiyini, amma nəticədə öz qohum-əqrəbası tərəfindən qınandığını dedi":Ancaq dünyada mənim keçirdiyim toy məclisləri bəyənildi və ilin 20 ən yaxşı toyları siyahısına düşdü. Ümumiyyətlə, bu gün restoran biznesində çatışmazlıqlar israfçılığa gətirib çıxarır, bu da sadə xalqa ziyan vurur". 

   
Aytən NƏBİYEVA


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo