Azərbaycan Daxili İşlər Nazirliyi İnsan alverilə mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev mətbuata açıqlamasında ölkədə insan alveri qurbanlarının daha çox zərif cinsin nümayəndələri olduğunu bildirib: "Azərbaycanda insan alverinin əsas qurbanları qızlar və qadınlardır. Onlar əsasən İran Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır".
C.Şıxəliyevin açıqlamasından o da məlum olub ki Azərbaycan ərazisindən daha çox tranzit kimi yox insan alverinin mənbəyi kimi istifadə olunur. İdarə rəisi həmçinin insan alveri qurbanlarının daha çox ölkənin rayonlarında yaşayan insanlar olduğunu bildirib: "Ona görə də bizim əsas vəzifələrimizdən biri regionlarda maarifləndirmə işi aparmaqdır". İnsafən qeyd etməliyik ki bütövlükdə polis orqanları son illər insan alverinə qarşı çox ciddi mübarizə aparır və bu istiqamətdə bir sıra cinayətkar qruplar zərərsizləşdirilib. Ancaq bu müdhiş bəlaya qarşı mübarizədə daha hansı işlər görülməlidir ki aparılan mübarizənin effektivliyi daha da artsın? "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə insan alverinə qarşı mübarizədə inzibati metodlarla paralel hüquqi maarifləndirmə işinin də maksimum gücləndirilməsinə ehtiyac var: "Mütləq mənada bu vacibdir. Bu elə formada şəkildə olmalıdır ki insanların cinayət və cəzanın anlamı barədə dolğun məlumatları olsun. Bir qrup insanlar var ki qanunvericilikdən bir az xəbəri var və bu da onlara neqativ xarakterli işlər tutmağa mane olur. Daha doğrusu onlar belə hallardan uzaqlaşırlar. Üstəlik həmin insanların ətrafındakılara da müəyyən təsiri olur. Elə insanlar da var ki cəzanın əhatə dairəsində onun cazibədarlığına əhəmiyyət vermirlər. Nəticədə növbəti bu səpkili cinayətlər törədirlər. Belə insanları buyollardan yayındırmaq üçün hesab edirəm ki mövcud cəzaları daha da sərtləşdirmək lazımdır. İnsan alverilə mübarizə məqsədilə AR Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin son cəza həddi 15 ilə qədərdir. Düşünürəm ki bu ömürlük cəza ilə əvəzlənməlidir. Belə olsa cəzanın xofu bir çoxlarını belə cinayətlər törətməkdən müəyyən qədər çəkindirəcək. Tarixən belə olub. Yəni ilkin keçid dövründə mütəşəkkil ağır cinayətkarlığın qarşısını almaq üçün cəzanın sərtliyi labüd hal kimi qəbul olunur. Bu gün hesab edirəm ki Azərbaycanda da belə addımlar atılmalıdır. Müqayisə üçün qeyd edim ki Rusiya Federasiyası Dövlət Dumasının əksər üzvləri metroda məlum hadisələrdən sonra ölüm cəzasının yenidən bərpa olunmasını istəyir". Ş.Əliyevin açıqlamasından o da məlum oldu ki ötən dövrdə insan alverinə qarşı mübarizədə mövcud qanunvericilik xeyli təkmilləşib: "Müstəqillik əldə edəndə AR Cinayət Məcəlləsində insan alverini qadağan edən norma yox idi. İndi artıq sözügedən məcəllədə belə bir maddə var 2005-ci ildə insan alverinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericiliyimiz milli koordinatorumuz fəaliyyət planı var. Bütün bunlar ona görədir ki insanların həyatına sağlamlığına mənəviyyatına yönələn bu cür cinayətlərin qarşısı alınsın. Cavad Şıxəliyevin məlum açıqlamasına ciddi yanaşıram. Çünki həmin idarədə məxfi məlumatlar çoxdur. Yəqin ki Cavad müəllim həmin məlumatlara dayanaraq sözügedən açıqlamaları verib. Digər tərəfdən Azərbaycanın insan alverinin mənbəyi rolunda çıxış etməsidə ölkəyə başucalığı gətirmir. Müqəddəs İslam dini də belə halları qəbul etmir. İnsan alveri cinayətlərinə qarşı təkcə DİN yox bütün QHT-lər koordinasion şəkildə ictimaiyyətlə sıx əlaqə qurmalı və bu səpkili cinayətlərin qarşısının alınmasına öz töhfəsini verməlidir. Başqa cür mümkün deyil". Ş.Əliyev rəhbərlik etdiyi təşkilatın regionlarda maarifləndirmə işi apardığını bildirdi: ""Polisə Dəstək" İB aprelin 2627 28-i Cəlilabad Lənkəran rayonlarında olan universitetlərdə pedaqoji kollektiv və tələbələrlə insan alverilə mübarizədə profilaktika və xəbərdarlığın rolu ilə bağlı yığıncaq keçirdi. O baxımdan hesab edirəm ki ictimaiyyətlə bu səpkili yığıncaqların keçirilməsinin özü sözügedən cinayətkarlığın qarşısının alınmasına hesablanan bir addımdır. Son zamanlar Beynəlxalq Miqrasiya Xidməti ATƏT DİN də insan alverinin aradan qaldırılması məqsədilə bu səpkili tədbirlər həyata keçirir. Düşünürəm ki bütün bu görülən işlər çox önəmli və səmərə verən addımlardır. Nə qədər olmasa da biz ictimai təşkilat olaraq birləşib polis orqanlarına dəstək verməliyik ki mənəviyyatımıza zidd olan belə hallar baş verməsin. İnsan alverini narkoticarət cinayətlərilə müqayisə edəndə birincilərin daha çox gəlir əldə etdiyinin şahidi oluruq. Çünki insan alverində qadınlar qızlar sutka ərzində cinsi istismara məruz qalır. Bu gün müxtəlif səpkili elanlarla - işədüzəltmə təhsil almaq və digər adlar altında cavan oğlanları qızları bu yollara cəlb edirlər. İctimaiyyət belə elanlara yanaşmada son dərəcə diqqətli və ayıq olmalıdır. İnsanlar iş və ya təhsil adı ilə hansı dövlətə gedirsə həmin dövlətin qanunvericiliyindən mütləq mənada xəbərdar olmalıdır".
|