|
DİQQƏT// İllik büdcəsi 6.000.000 evro təşkil edən Beynəlxalq Vişeqrad Fondu 2010-cu il prioritetləri ilə bağlı müxtəlif proqramlar təklif edir. Fondun illik büdcəsinin 36,67%-nin standard qrantlar, 24,13%-nin təqaüd proqramları, 8%-nin kiçik qrantlar, 5%-nin isə strateji qrantlar üçün ayrılması nəzərdə tutulub.
Kiçik Qrantlar
İlk dəfə qrant üçün müraciət edən təşkilatlara kiçik qrantlar proqramına müraciət etmələri tövsiyyə olunur. Bu proqrama əsasən təqdim olunan layihələrin maksimum büdcəsi 5000 evrodan çox olmamalıdır.
Son qeydiyyat tarixi: 1 mart, 1 iyun, 1 sentyabr, 1 dekabr İllik büdcə: 520, 000 evro Layihələrin həyata keçirilmə müddəti: maksimum 6 ay
Standard Qrantlar
Fond yaradıldığı gündən etibarən təklif etdiyi qrant formalarından biri də standard qrantlar olmuşdur. Bugünə qədər 1500 standard qrant layihəsi maliyyələşdirilmişdir. Bu proqrama əsasən təqdim olunan layihələrin büdcəsi 5000 evrodan çox olmalıdır.
Son qeydiyyat tarixi: 15 mart, 15 sentyabr İllik büdcə: 2,200, 000 evro Layihələrin həyata keçirilmə müddəti: maksimum 12 ay
Visegrad Strateji Proqramı
Bu proqram 2005-ci ildən etibarən fəaliyyət göstərir. Visegrad Fondu ilə qrant təcrübəsi və Visegrad ölkələrində partnyorları olan namizədlərin bu proqrama müraciət etmələri tövsiyyə olunur.
Son qeydiyyat tarixi: 15 fevral İllik büdcə: 300, 000 evro Layihələrin həyata keçirilmə müddəti: 12-36 ay
Visegrad Təqaüd Proqramı
Visegrad Fondu müxtəlif qrant proqramları ilə yanaşı tələbələr üçün Visegrad Təqaüd Proqramı da təklif edir. Fondun 2010-cu il üçün tələbələr üçün ayırdığı illik büdcə 1, 448, 000 təşkil edir. Təqaüd Proqramının son qeydiyyat tarixi 31 Yanvar 2010-cu il tarixinə qədərdir. Bu proqram təqribən 750-dən çox xüsusi təqaüd ilə mükafatlandırma imkanı yaradır. 2003-cü ildə əsası qoyulan bu proqram Visegrad qrupu ölkələrində - Çexiya Respublikasında, Macarıstanda, Hollandiyada, Albaniyada, Belarusiyada, Bosniya-Hersoqavinyada, Rusiyada, Ukraynada və Slovakiyada geniş yayılmışdır. Bu proqram Magistratura və Aspirantura təhsili almağa imkan yaradır və 4 semestr davam edir. Proqram çərçivəsində hər tələbəyə 1 semestr üçün 2,300 evro, qəbul olduğu hər bir universitetə 1 semestr üçün 1,500 evro ayrılması nəzərdə tutulur. Təqdim olunmuş ərizələr Visegrad Qrupu (V4) ölkələrinin - Çex Respulikası, Macarıstan, Polşa və Slovakiyanın müstəqil ekspertləri tərəfindən dəyərləndirilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər Visegrad Fondunun saytına daxil olaraq (http://www.visegradfund.org/instructions.html ) online ərizə formasını doldumalıdırlar. 2010-cu ildən etibarən 1500 km-dən uzaqda yaşayan tələbələrə bir dəfə səfər qrantı üçün müraciət etmək şansı da verilir.
|