Axtarış: 
ATV-də reklam olunan məhsulları nazirlik saxta elan etdi
+  -  Çap 
Yerləşdirilib: 04.06.10 | Baxılıb: 257
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında süd məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib Belə ki, məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5% təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar edilməyib. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Modern.az xəbər verir ki, qey olunanlarla əlaqədar, Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosiskanın, yağlılığı 1,4% olan ayranların, 15% və 25% yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub. Eyni zamanda, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kq ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kq inqridiyentlər aşkar edilib. Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Səhliyalı” kiçik müəssisəsində araşdırmalarını davam etdirir.

Qeyd edək ki, “Səhliyalı” müəssisəsi ATV telekanalında yayımlanan bir sira verilişlərin sponsoru olduğundan onun məhsulları bu kanalda eninə-boyuna reklam olunur. 
Hətta "Səhliyalı”nın “1000 bərəkət, halal nemət” markalı mallarının reklam rolikinə çəkilən ATV-nin “El içində” verilişinin aparıcısı əyninə ağ xalat geyinib efirdən tamaşaçılara həmin məhsulları almaq dərsi də keçir.

Modern.az  



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo