Axtarış: 
Kiçik Qrantlar Proqramı 2010
+  -  Çap 
Yerləşdirilib: 04.06.10 | Baxılıb: 1207
ABŞ Milli Demokratiya İnstitutu 2010-cu il Parlament seçkiləri üçün Kiçik Qrantlar Proqramını açıq elan edir. Proqram seçki prosesi/siyasi vəziyyətin monitorinqi, vətəndaşların maarifləndirilməsi və seçki prosesində seçici iştirakının artırılması ilə məşğul olacaq vətəndaş cəmiyyəti layihələrinə kiçik qrantların ayrılmasını nəzərdə tutur.  2010-cu il Noyabr Parlament seçkilərinin yaxınlaşdığı ərəfədə MDİ siyasi vəziyyət və seçki prosesinin monitorinqi, vətəndaşların maarifləndirilməsi və “Səs Ver” kampaniyası ilə bağlı layihələrə kiçik qrantlar ayıracaq.

Seçici siyahısının yoxlanılması, yerli və ölkə səviyyəsində medianın monitorinqi, Parlament seçkiləri ərəfəsində insan hüquqları pozuntularının monitorinqi, rayonlarda seçici maarifləndirilməsinin aparılması, qadın və gənclərin seçici qismində seçkilərdə iştiraka həvəsləndirilməsi və “Qapı-Qapı” kampaniyası mövzuları üzrə təqdim olunacaq layihələr dəstəklənəcək. 

İştirak edtmək istəyən təşkilatlar 25 iyun 2010-cu il saat 18.00-dan gec olmayaraq MDİ-nin Kiçik Qrantlar Proqramına müraciət edə bilərlər. Müraciət edən şəxslər layihələri email vasitəsilə aşağıdakı email ünvanlarına göndərməlidir: msafarova@ndi.az; mgurbanzadeh@ndi.az; rasadov@ndi.az. Layihəni təqdim etdikdən sonra sizə təsdiq məktubu göndəriləcək. Layihələr İngilis və Azərbaycan dillərində təqdim edilməlidir. Təşkilatlar proqram layihəsi, büdcə və büdcə qeydlərini təqdim etməlidir. 
 
Layihələri nəzərdən keçirib qiymətləndirmək üçün Milli Demokratiya İnstitutu müxtəlif beynəlxalq təşkilatların nümayəndələrindən ibarət Qiymətləndirmə Şurası yaradıb. Şura mütəmadi görüşlər təşkil edərək layihələri qiymətləndirəcək. Layihələrin təqdim edilməsi prosesi bitdikdən sonra Şura layihələrə baxıb qərarını verəcək. Layihələrə baxış dövründə bəzi müraciət edən şəxslər müsahibəyə dəvət oluna bilərlər.

Kiçik qrant layihələri, lazımi ehtiyacların nəzərə alınması, layihəyə icma üzvlərinin cəlb edilməsi, insan və maddi resursların real istifadəsinin nümayiş etdirilməsi, təşkilatın missiya və baxışlarına uyğun olması, layihənin həyata keçirilməsi və idarə olunmasına dair dəyişilməz plan əasında qiymətləndiriləcək. Layihələr spesifik, real və zamana uyğun olmalıdır. 

Müraciət edənlər Bakıda və rayonlarda yerləşən qeydiyyatlı və qeydiyyatsız QHT-lərin layihələri maliyyələşdiriləcək. İştirakçılar layihəyə uyğun müfəssəl büdcə təqdim etməlidirlər. 
Layihələri 1 iyul – 30 sentyabr 2010-cu il tarixlərdə həyata keçiriləcək. Proqram və maliyyə hesabatları isə 7 oktyabr 2010-cu il tarixinə qədər təqdim edilməlidir. MDİ yalnız birbaşa proqram xərclərini qarşılayacaq.
Resurs.az

Hazırladı: İlkin Muradov



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo