 Hər bir məhsulun satışı gətirdiyi gəlir onun istehlakçılara hansı formada təqdim edilməsindən çox asılıdır. Elə məhsul olur ki keyfiyyətini faydasını əks etdirən reklam çarxını gördükdən sonra dərhal onu almaq istəyirsən. Bəzən də ən keyfiyyətli bir məhsul elə şəkildə alıcılara təqdim edilir ki onun adını eşidəndə insanda ikrah hissi yaranır.
Müxtəlif formalarda diş məcunlarını reklam edirlər. Son bir-iki ildir ki diş əti xəstəliyinin müalicəsində onun qanamasının qarşısının alınmasında önəmli rol oynayan "Parodontaks" diş məcununun reklamı gedir. Televiziyalar tərəfindən tez-tez ekranlara gətirilən bu reklam çarxının əksər insanlarda allergiya yaratdığı məlumdur. "Parodontaks"un bundan əvvəlki reklam çarxında göstərilirdi ki diş əti xəstəliyindən əziyyət çəkən insan çanağa qan tüpürür sonra isə dişi bütövlükdə ora düşür. Bu iyrənc mənzərə çoxlarını narazılığına səbəb olurdu. Tamaşaçını iyrəndirən bu halın qarşısının alınması üçün qəzetimizdə və digər mətbuat orqanlarında tənqidi yazılar dərc edildi. Bundan sonra "qan tüpürmə" reklam çarxı yığışdırıldı. Son günlər isə "Parodontaks" məcununun reklamı üçün daha iyrənc üsul seçilib. İndi də bu yaşıl alma üzərində həyata keçirilir. Reklama çəkilən şəxs almanı dişləyəndə əvvəlcə alma üzərində kiçik ikinci cəhddə isə böyük qan ləkəsi görünür üçüncü dişləkdə isə iri qanlı və xəstə bir diş qopub almanın üstündə qalır. Çox əcaib bir təsvirdir. Bu reklam nəinki böyüklərdə uşaqlarda hətta stomatoloqların özlərində belə ikrah hissi yaradır. "Parodontaks" kimi əhəmiyyətli məhsulun belə iyrənc formada təqdim edilməsini müsbət qəbul etməyən tanınmış stomotoloq həkim-yazıçı Yusif Əhmədov qəzetimizə bildirdi ki bu məcun diş əti xəstəliyinin qarşısının alınmasında çox faydalıdır. Amma Y.Əhmədov hesab edir ki "Parodontaks"un həm birinci həm də ikinci reklam çarxı bu məhsulun əhəmiyyətinə kölgə salır: "Bu məcun parodontoz xəstəliyinin qarşısının alınmasına çox kömək edir soyuqdəymə əlamətlərini aradan qaldırır. Amma onun bu formada reklam olunması camaatda bu məcuna qarşı ikrah hissi yaradır. Ekrana onu o şəkildə çıxarmaq olmaz axı. Buna uşaqlar böyüklər baxır. Üzr istəyirəm irinli qanlı tüpürcəyi camaata göstərirlər. Almanı yeyən adamın dişi almanın üstündə qalır. Bu da iyrənc bir şeydir. Buna baxan insanların bəziləri hətta almadan iyrənə bilər. Nədənsə reklam çarxları çəkən adamlar heç bir vaxt ağıllı bir variant fikirləşmir. Necə gəldi çəkib göstərirlər. Belə olmaz. Həm xaricdə həm də qonşu ölkələrdə diş məcunlarının reklamına baxın görün bir dənə iyrənc bir nüans var? Ümumiyyətlə istənilən məhsulun reklam çarxı çəkilərkən burada o sahənin mütəxəssislərinin müdaxiləsi tələb olunur. Hər şey mütəxəssis məsləhətilə olanda daha yaxşı keyfiyyətli olur".
Y.Əhmədov bildirdi ki rəhbərlik etdiyi "Stomatoloq" qəzetində müxtəlif məcunların klinika və dərmanların avadanlıqların reklamı gedir onlar bu reklam mətnləri vasitəsilə oxucuları normal şəkildə maarifləndirir.
Diş məcunları üçün reklam çarxı çəkən yerli şirkətləri mütəxəssislərlə məsləhətləşməyə çağıran Y.Əhmədov həmçinin dedi ki "Parodontaks" məcununun hazırkı reklam çarxı telekanallardan yığışdırılmalı onun yeni reklam çarxı çəkilməlidir. Onun sözlərinə görə bu elə çarx olmalıdır ki buna baxan adam o məcundan iyrənməməli əksinə ondan istifadəyə can atmalıdır. "Bakı xəbər" qəzeti
|