Axtarış: 
Millət vəkili Azay Quliyev: “Dünya birliyi başa düşdü ki, artıq Azərbaycan bir güc sahibidir, Azərbaycanı heç kəs öz yolundan döndərə bilməz”
+  -  Çap 
Yerləşdirilib: 09.06.10 | Baxılıb: 292
Prezident Yanında qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi 

- Azay müəllim, bilirsiniz ki, ötən gün Azərbaycan və Türkiyə arasında çox tarixi bir hadisə baş verdi. İki ölkə arasında yeni qaz sazişi imzalandı. Bu məsələnin əhəmiyyətini necə şərh edərdiniz? 


- Əvvəla, bu səfər çox mühim əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan arasında olan münasibətlərin inkişafı tarixində bu səfər ən önəmlisi hesab olunur. Çünki, son bir neçə il ərzində iki ölkə arasında bir sıra siyasi proseslər baş verib. Belə ki, Ermənistan-Türkiyə arasında sərhədlərin açılması prosesindən başlayaraq Azərbaycan və Türkiyə arasında müəyyən gərginliklər olub. Buna baxmayaraq bütün bu proseslərə artıq son qoyulub və qarşılıqlı səfərlər təşkil olunur. Bu səfərlərdən biri olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və prezdenti Abdullah Gül həminn dövrdə Azərbaycanda səfərdə olub. Bundan əlavə Azərbaycan prezdenti İlham Əliyevin 1 il yarım müddətdən sonra Türkiyəyə ilk səfəridir. Mən deyərdim ki, bu səfər regionun diqqət mərkəzindədir. Çox sevindirici haldır ki, bu səfər yüksək səviyyədə qarşılanıb. Səfər çərçivəsində Azərbaycan Türkiyə qardaşlığı bir daha özünü dünyaya nümayiş etdirir. Sözügedən səfər Türkiyənin Azərbaycanın bir nömrəli strateji müttəfiqi olduğunu göstərir. Enerji təhlükəsizliyində Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Məhz Azərbaycan qazının Türkiyəyə ixracı da bu kimi məsələlərdən irəli gəlir. Müxtəlif dövrlərdə Azərbaycan və Türkiyə qardaşlığını az da olsa imtahan qarşısında qalması iki ölkə arasında mövcud olan yaxşı münasibətlərin daha da yaxşı olmasına gətirib çıxarıb. Bir sözlə Azərbaycan və Türkiyə arasında imzalanan yeni qaz sazişi tarixi və strateji əhəmiyyətə malikdir. Bu sənədin imzalanması bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə əbədi olaraq tarixi, strateji, mədəni, dost və qardaş olan dövlətdirlər. 

- Azay müəllim, bu həftə həm də ikinci böyük hadisə baş verdi. Bilirsiniz ki, ABŞ-ın müdafiə naziri Robert Qeyts Azərbaycana səfər etdi, bir sıra danışıqlar aparıldı... 
 
- Şübhəsiz ki, son vaxtlar Azərbaycan ilə ABŞ arasında müəyyən gərginlik yaşanırdı. Yəni Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə ABŞ biganə yanaşır. Bundan əlavə Türkiyə dövlətinə də təzyiqlər mövcud idi ki, Ermənistanla sərhədlər açılsın. Əlbəttə ki, bütün bunlar Azərbaycanın milli maraqlarına ziddir və dövlətimiz bu yanaşmadan heç cür məmnun deyildir. Azərbaycan dövləti bu barədə öz rəsmi mövqeyini dəfələrlə bəyan edib. Mən deyərdim ki, ABŞ və digər ölkələr bəlkə də Azərbaycanın iradəsini yoxladılar. Yəni, onlar Azərbaycanın bu təzyiqlər qarşısında tab gətirmiyəcəyinə inanırdılar. Sonda bu nəticəyə gəldilər ki, belə getsə Azərbaycanı itirə bilərlər. Ən çox da ABŞ bundan narahat idi. Amma çox sevindirici haldır ki, dövlət başçımız İlham Əliyev öz milli və dövlətçilik maraqlarımızı qoruya bildi. Cənab Prezdentimizin apardığı strateji siyasi xəttin davamıdır ki, arada yaranan problem artıq həll olunmaq üzrədir. Mən deyərdim ki, bəlkə başqa şəxs olsaydı, bu problem ya hələ də davam edərdi, ya da hansısa səhvə yol verilərdi. Mən bir daha cənab Prezidentə minnətdaram ki, xarici mediada aparılan qara piyara qarşı mübarizə apararaq, qalib gələ bildi. Bunu hamı bilməlidir, Azərbaycan prezdenti dövlətin marağından bir addım da olsun geri çekilmədi. Bütün bunlardan sonra dünya birliyi başa düşdü ki, artıq Azərbaycan bir güc sahibidir, Azərbaycanı heç kəs öz yolundan döndərə bilməz. Bu mərhələdə ABŞ-ın müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri çox mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan və ABŞ münasibətlərini yeni bir mərhələyə qədəm qoduğunu göstərir. Eyni zamanda bu səfər Azərbaycanın həm ABŞ, həm də NATO üçün çox ciddi bir müttəfiq olduğunu sübut edir. Bütün bu kimi regional təhlükəsizlik məsələlərini həllində, o cümlədən Əfqanıstan, İraq və digər məsələlərin aradan qaldırılmasında Azərbaycanın açıq bir ölkə olduğunu göstərir. Həm də enerji təhlükəsizliyinin təminatında Azərbaycanın nə qədər ciddi bir missiyaya malik olduğunu göstərir. Bu səfərin ardınca isə ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana gözlənilən səfərinin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldiyini izah edir. Bilirsiniz ki, bəzi müxalif qüvvələr bir neçə gün əvvəl fərəhlə qeyd edirdilər ki, ABŞ prezdenti Barak Obama 28 May Respublika günü münasibətilə Azərbaycana rəsmi təbrik məkyubu göndərməyib. Lakin bunun ardınca Azərbaycan ictimayyətinə kifayət qədər bəlli olan ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Metyu Brayzerin ölkımizə səfir təyin olunması ilə bağlı Konqresə təqdimatın edilməsi mənə elə gəlir ki, Azərbaycan və ABŞ arasında münasibətlərin nə qədər yaxşı olduğunu göstərir. Mən buna da çox məmnunam. Çünki, ABŞ öz maraqlarını müdafiə etmək üçün Aazərbaycandan hər zaman faydalanıb. Amma bütün bunlardan sonra Azərbaycan üçun pis bir haldır ki, bütün bunların müqabilində ABŞ lazımı dəstəyi vermir, əksinə “907-ci düzəliş"i qüvvədə saxlayır, tanınmamış "Dağlıq Qarabağ Respublikası"na mütəmadi olaraq yardımlar edir. Bu isə həm beynəlxalq hüquq, həm də ki, Azərbaycanın milli və dövlətçilik maraqlarına ziddir. 

 - ABŞ Dövlət katibi Hillari Klintonun da yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi gözlənilir. Bir sıra mediada isə bu səfəri ABŞ-in Azərbaycanda qoşun yerləşdirmək niyyətində olması ilə əlaqələndirirlər. Bu məsələyə necə aydınlıq gətirərdiniz? 

 - Bilirsiniz, bu çox bir ciddi bir hadisədir. Bunu hər cür məlumat formasında insanlara çatdırmaq düzgün deyil. Mən bilmirəm bu cür məlumatlar haradan qaynaqlanır. Bu gün qəbul edilən “Azərbaycan Respublikasının Hərbi Doktirinası” sənədinin də əsas məqsədlərindən biri odur ki, xüsusi şərait və vəziyyətdən asılı olaraq müvəqqəti olaraq bu barədə qərar qəbul oluna bilər. Əmin olə bilərik ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətimizin milli maraqların zidd addım atmayıb, bundan sonra da atmayacaq. Çünki, artıq 20 ildir ki, torpaqlarımızın bir hissəsini itirmişik və bu ağır illərdə dözmüşüksə, heç bir kənar qüvvəyə ehtiyac olmamışıqsa, demək bundan sonra da bu mümkün olmayacaq. Bundan sonra da heç kəs düşünməsin ki, Azərbaycanda hər hansı hərbi qüvvə yerləşdirilə bilər. Əgər nə vaxtsa da bu məsələ gündəmə gələrsə, o zaman milli maraqlar əsasında Azərbaycan dövləti bu məsələyə rədd cavabı verəcək. 

- Necə düşünürsünüz, əgər beynəlxalq ictimaiyyət Ermənistana bu qədər təzyiqlər edirsə, bəs rəsmi İrəvan nə üçün həmin tələblərə məhəl qoymur? 

 - Azərbaycan bir il yarım müddət ərzində ayağa durmağı bacardı və öz mövqeyindən heç bir təzyiq altında belə geri çəkilmədi. Artıq zaman bizim xeyrimizə işləyir. Avropa Birliyinin qəbul etdiyi son qətnaməyə baxsaq görərik ki, bu sənəddə bütünlüklə Ermənistanın məkrli əməlləri ifşa olunur. Bu qətnamədə Azərbaycanın milli maraqları təmin olunur, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlıarından çıxması tələb olunur. Artıq Ermənistana qarşı bu kimi təzyiqlər ortaya çıxmaqdadır. 

 
- Bu gün Milli Məclisin növbəti iclasında “Azərbaycan Respublikasının Hərbi Doktirinası” sənədi qəbul edildi. Bu sənəd nəyi verəcək? 


 - Bu gün qəbul edilən “Azərbaycan Respublikasının Hərbi Doktirinası” bütün hallarda hərbi gücün nümayişi olacaq. Həm də bu məsələdə Azərbaycanın siyasi mövqeyini daha da güclənməsinə xidmət edəcək. Düşünürəm ki, Ermənistan yaxın günlərdə öz rəsmi mövqeyini açıqlamalıdır, ya yenilənmiş “Madrid pirinsipləri”ni qəbul etməlidir və qəbul etdikdən sonra bu prosesin mərhələli həllinə start verilməlidir, ya da ikinci variant olaraq danışıqları dayandırmalıdır, nativ qərar olaraq hərbi gücdən istifadə olunması gündəmə gəlməlidir. Bu da Ermənistan üçun hansı fəlakətlərə gətirib çıxaracaqsa, onlar özləri bunu dərk etməlidir. 

 - Avropa Şurası Azərbaycanda müdafiə nazirinin mülkü şəxs olması ilə bağlı bir sıra tövsiyələr irəli sürüb və hazırda bu istiqamətdə danışıqlar aparılırdı. Hazırda bu məsələ hansı mərhələdədir? 


- Hazırda Avropa Şurasının tövsiyə etdiyi iki məsələ üstündə ciddi müzakirələr aparılır. Onlardan biri “nativ xidmət haqqında” qanunun qəbulu və digəri isə Müdafiə Nazirliyinin mülkü şəxs olması ilə bağlıdır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu gün ölkəmiz çox ciddi hərbi təhdid altındadır, torpaqlarımız işğal altında saxlanılır. Bu işğalçılıq siyasəti aradan qalxmayana kimi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana kimi, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər, Azərbaycanın suverenliyi bərpa olunmayana kimi ölkədə hərbi şəxs əvəzinə mülkü şəxsin təyinatı məsələsindən söhbət gedə bilməz. Düşünürəm ki, Azərbaycanın bu mövqeyi çox düzgün və obyektivdir.




Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo