Axtarış: 
Gender problemi ilə bağlı yazı müsabiqəsi elan olundu (Müsabiqənin şərtləri)
+  -  Çap 
Yerləşdirilib: 16.06.10 | Baxılıb: 679
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) “Azərbaycanda gender problemləri” mövzusunda məqalə müsabiqəsi elan edir.Müsabiqəyə Azərbaycanda gender problemlərinə (gender bərabərliyi, gender rollarının paylanması,
gender stereotipləri, gender etikası, qadın və ailə, qadın və cəmiyyət və s.), gender problemi ilə bağlı Azərbaycan qanunvericiliyi və onun tətbiqi praktikasına (o cümlədən məhkəmə təcrübəsinə), onları doğuran səbəblərə və bu problemlərin həlli yollarına dair araşdırma məqalələri qəbul edilir.

“Media forum” saytı xəbər verir ki, mövzunun olmuş hadisə əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması, həmin problemlərin obyektiv və subyektiv səbəblərinin araşdırılması, yazının cəmiyyətdə insan hüquqlarının və qanunun aliliyinin təbliği baxımından əhəmiyyəti, yazının peşəkarlıq səviyyəsi qiymətləndirmə meyarlarına daxildir.

Qaliblər diplomlar və pul mükafatları ilə (birinci yer – 500 manat, ikinci yer – 400 manat, üçüncü yer – 300 manat) təltif olunacaqlar.

Jurnalistlər müsabiqəyə 2010-cu il iyunun 1-dən iyulun 15-dək dövri mətbuatda dərc edilən və ya tanınan internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir müəllif ikidən artıq məqalə təqdim edə bilməz.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo