Axtarış: 
“Avro-2” standartına keçid nələri dəyişəcək?
+  -  Çap 
Yerləşdirilib: 17.06.10 | Baxılıb: 303
Yarım aydan sonra, iyulun 1-dən ölkə üzrə “Avro-2” standartına keçilir. Yəni həmin tarixdən sonra ölkəyə gətirilən avtomobillərin standartları gömrükdə yoxlanılacaq. Bu həm də avtomobillərin işlətdiyi bütün yanacaq növlərinin ”Avro-2" standartına uyğunlaşdırılması deməkdir. Qeyd edək ki, hazırda Azərbaycanda istehsal olunan benzinin keyfiyyəti “Avro-2" standartına uyğundur və həmin yanacaq ”95 benzini" adı ilə litri 60 qəpiyə satılır. Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki, Bakının hüdudlarından kənarda neft emalı zavodu tikildikdən sonra Azərbaycan “Avro-5” standartına keçə biləcək. Hesablamalara görə, belə bir zavod ən tezi 5-7 il sonra tikilə bilər. Bu o deməkdir ki, Azərbaycanda hələ ən azı 5 il “Avro-2” standartları tətbiq ediləcək. Yəni əksər avtomobil sahibləri 2015-ci ilədək narahat olmaya bilərlər. Hökumət “Avro-2”dən yüksək standartlar tətbiq edə bilməyəcək, Avro-3,4,5 standartına uyğun avtomobil sahibləri isə baklarını “Avro-2” benzini ilə doldurmalı olacaqlar. 

Avtomobillər “Avro-2”-yə uyğunlaşdırılmayacaq 

İqtisadçı-ekspert Vuqar Bayramov bildirir ki, “Avro-2” standartına keçid avtomobil idxalı, eləcə də ölkə daxilində istifadə olunan avtomobillər və istehsal olunan benzinlə bağlı yeni standartın tətbiqi deməkdir. Ekspertın sözlərinə görə, nə qədər aşağı standart olsa da belə, bütün hallarda həm benzinin, həm də avtomobillərin Avropa standartlarına uyğunlaşdırılması baxımdan əhəmiyyətli addımdır: “Azərbaycandan əvvəl Rusiya, Qazaxıstan, Özbəkistanda “Avro -2” standartlarına keçidlə bağlı qərar qəbul edilib. Hətta Mərkəzi Şərqi Avropa dövlətləri ölkə daxilində istifadə edilən və “Avro-2” standartına uyğun olmayan avtomobillərin kompensasiya ödənilməsi ilə alınmasını həyata keçirmişdilər. Azərbaycanda tətbiq edilən “Avro-2” standartı yumşaq “Avro-2” standartı kimi xarakterizə oluna bilər. Çünki, “Avro-2” standartı yalnız Azərbaycana gətririlən maşınlara tətbiq olunacaq. Ölkə daxilində istifadə edilən avtomobillər “Avro-2” standartına uyğunlaşdırılmayacaq. Hazırda ölkədə istifadə edilən 950 min avtomobilin 650 mini “Avro-2” standartlarına uyğun deyil. Bu o deməkdir ki, ölkə daxilində “Avro-2” standartına uyğun olmayan maşınların istifadədən çııxarılması mümkün deyil. Çünki, bu, kifayət qədər bahalı, xərcli layihə ola bilər”. 

“Avro-2” də korrupsiya izləri 

V.Bayramov standartın tətbiqi ilə bağlı narahatçılıqların olduğunu söyləyir: “Əvvəla “Avro-2” standartının tətbiqi üçün hüquqi baza tam formalaşdırılmayıb. Bəlli olan odur ki, ölkəyə gətirilən avtomobillər əgər işlənmişdirsə, onun “Avro-2” santartına uyğun olub-olmadığı gömrükdə yoxlanılacaq. Əgər “Avro-2” standartına cavab verməsə, avtomobilin ölkəyə girişinə qadağa qoyulacaq. Kifayət qədər problematik məsələdir. Çünki, bu tip yanaşmalar bütün hallarda korrupsiyaya, bürokratiyaya yol açır. Avtomobillərin “Avro-2” standartına uyğun gəlib-gəlməməsi yönündə aparılan yoxlamalar subyektiv ola bilər”.

V.Bayramov şəffaflığın təminatı baxımından avtomobillərin “Avro-2” standartına uyğunluğunun yoxlanılması prosesinə dövlət qurumları ilə yanaşı, avro standartlar üzrə ekspertlərin və tədqiqatçıların cəlb olunmasını məqsədəuyğun hesab edir: “O cümlədən hüquqi baza tam formalaşdırılmalıdır. Avro-2 standartına keçid üçün əsasnamə olmadan standartın tətbiqində müəyyən problemlər yarana bilər”.

Benzinin qiyməti bahalaşacaq?

“Avro” standartının tətbiqinin benzinin qiymətinə və avtomobil bazarına təsirlərinə gəlincə, mütəxəssis hesab edir ki, “Avro-2” standartına keçid ölkə daxilində benzinin qiymətinin yüksəlməsinə gətirib çıxara bilməz: “Dövlət Neft Şirkətinin məlumatına görə, bu gün istehsal olunan benzinin keyfiyyəti “Avro-2” standartına uyğundur. Başqa tərəfdən Azərbaycanın benzin ixrac etdiyi ölkələr arasında hətta “Avro-5” standartını tətbiq edənlər var. Düzdür, ixrac edilən benzin həmin ölkədə standarta uyğunlaşdırılır, amma bütün hallarda “Avro-2”nin tətbiqi benzin xərclərinin artımına gətirib çıxarmayacaq”.

Ekspertin sözlərinə görə, əgər “Avro-2” standartı benzinin xərcinin və ya maya dəyərinin artımına səbəb olmursa, o zaman benzinin qiymətinin artırılması yönündə hər hansı iqtisadi zəmin yaranmır: “Benzinin qiymətinin qalxacağı istiqamətində məlumatların iqtisadi əsası yoxdu. Misal üçün, bu gün Amerikada benzinin keyfiyyəti ilə bağlı tətbiq olunan standart Avropa Birliyində “Avro-6” standartına uyğun gəlir. Amerikada “Avro-6” standartına uyğun benzinin maya dəyəri 35 sent təşkil edir. Bu isə Azərbaycanda “Avro-2” standartına uyğun istehsal olunan benzinin qiymətindən aşağı qiymət deməkdir. Təbii “Avro-3” standartının tətbiqi zamanı benzinin xərc strukturunda müəyyən dəyişikliklər gözlənilir. Amma bütün hallarda indiki mərhələdə benzinin qiymətinin artımı, xərc strukturunun dəyişimi proqnozlaşdırılmır”. 

Bununla belə V.Bayramov “Avro-2” standartına keçidin maşın bazarına təsirsiz ötüşməyəcəyini düşünür: “Köhnə maşınların qiymətində artımlar proqnozlaşdırılsa da, əksinə birinci mərhələdə qiymətlər düşəcək. “Avro-2” standartının tətbiqi həmin maşınlarla bağlı qeyri-müəyyənlik yaradır. Bunun həm də psixoloji təsirləri var. Standartların tətbiqi vaxtından asılı olmayaraq növbəti mərhələdə avro standarta uyğun olmayan maşınların istifadədən çıxarılması ilə nəticələnəcək. Köhnə maşınlara tələbat artmayacaq. Yeni və istehsalı son illərə aid maşınlara tələbat artacaq. Nəticədə bazarda son illər istehsal edilən və istifadə olunmayan avtomobillər bahalaşacaq”.

Qeyd edək ki, Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən birinci ekoloji standart (“Avro-1”) 1992-ci ildə yaranıb. “Avro-2” 1995-ci ildən, “Avro-3” 1999, “Avro-4” 2005, “Avro-5” isə 2009-cu ildən tətbiq edilir. Müvafiq olaraq bu illərdə avtomobillər həmin standartlara uyğun istehsal edilib. İşlənmiş qaz tullantıları iri şəhərlərdə atmosferdə zəhərli maddələr olmasının əsas səbəbidir. Ən təhlükəli olan azot oksidləri dəm qazından 10 dəfə daha çox təhlükəlidir. İşlənmiş qazlarla zəhərlənmiş mühitlə uzunmüddətli təmas orqanizmin ümumilikdə zəifləməsinə - immun çatışmazlığına səbəb olur. Bundan başqa, qazlar öz-özlüyündə müxtəlif xəstəliklərə, məsələn, tənginəfəsliyə, haymoritə, larinqotraxeitə, bronxitə, bronxopnevmoniyaya, ağ ciyər xərçənginə səbəb ola bilər. Bundan başqa, işlənmiş qazlar baş beyinin aterosklerozuna səbəb olur. Ağ ciyər patologiyası ilə bu, ürək-damar sistemində pozğunluğa səbəb ola bilər. anspress.com


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo