Axtarış: 
Məcburi köçkün QHT yaradarkən hüquqi ünvan kimi haranı göstərə bilər?
+  -  Çap 
Yerləşdirilib: 22.06.10 | Baxılıb: 792
Sual: Aytac adlı oxucumuz bizə “Salam! Mən yeni QHT-i təsis etmək istəyirəm. Amma təşkilatın hüquqi ünvanı yoxdur. Məcburi köçkünəm. Təşkilatın hüquqi ünvanı kimi müvəqqəti qeydiyyata alındığım yeri təqdim edə bilərəmmi?” sualı ilə müraciət edib. 

Cavab: Aytac adlı oxucumuzun sualını QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqşünası Vüsal Quliyev cavab verir:


Siz daimi və ya müvəqqəti olaraq qeydiyyatda olduğunuz ünvanı yaratmış olduğunuz yeni QHT-nin hüquqi ünvanı kimi təqdim edə bilmərsiniz. Çünki Siz, həmin ünvanın sahibi olaraq, sadəcə orada qeydiyyatdasınız. 
Bunun üçün Sizə tövsiyyə edərdik ki, qeydiyyatda olduğunuz ünvanın sahibi adından notariat qaydada verilmiş razılıq ərizəsini Ədliyyə Nazirliyinə hüquqi ünvan haqqında sənəd kimi təqdim edəsiniz. Bunun üçün həmin şəxs yaşayış sahəsinin sənədini özü ilə götürməli və istənilən notariat kontoruna müraciət etməlidir. Orada Ədliyyə Nazirliyinin ünvanına yazılmış və Sizin yaratdığınız QHT-nin onun sahibi olduğu evin ünvanından hüquqi ünvan kimi istifadə etməsinə razılığını ifadə edən ərizəsini təsdiq etməlidir. 



Son şərhlər - 1
Səhifələr : 1
Xetai



 16.07.10 11:38
Eger kiraye yasayirsa ve daimi yasayis yeri yoxdursaşmuveqqeti yasadigi evi huquqi unvan ede bilermi?
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo