Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:
New Page 1
|
|
Mövzular
|
1 layihənin maksimum dəyəri
|
Müsabiqənin ümumi fondu
|
|
1
|
Demokratikləşmə
prosesinin dərinləşməsinə dair təşəbbüslər
|
7.000,0
|
15.000,0
|
|
2
|
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
|
8.000,0
|
40.000,0
|
|
3
|
Qaçqın
və məcburi köçkünlərin hüquqlarının
beynəlxalq təşkilatlarda və beynəlxalq
məhkəmə orqanlarında müdafiəsi
|
7.000,0
|
15.000,0
|
|
4
|
Virtual
məkanda Azərbaycan həqiqətləri ilə bağlı
elektron resursların mövcud vəziyyətinin öyrənilməsi
və müvafiq hesabatların hazırlanması
|
5.000,0
|
10.000,0
|
|
5
|
Beynəlxalq
təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın
dərinləşdirilməsi istiqamətində təşəbbüslər
|
7.000,0
|
15.000,0
|
|
6
|
Tibbi xidmətin
keyfiyyətinin yaxşılaşdırılmasına dair
təşəbbüslər
|
7.000,0
|
15.000,0
|
|
7
|
Təhsilin
keyfiyyətinin artırılmasına dair təşəbbüslər
|
6.000,0
|
15.000,0
|
|
8
|
Mədəniyyətə
dair təşəbbüslər
|
6.000,0
|
15.000,0
|
|
9
|
Xüsusi qayğıya
ehtiyacı olan uşaqların sosial problemlərinin
həllinə dəstək
|
7.000,0
|
15.000,0
|
|
10
|
Sosial
xidmətlərin yaxşılaşdırılması
sahəsində təşəbbüslərə
dəstək
|
7.000,0
|
20.000,0
|
|
|
Cəmi
|
|
175.000,0
|
Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:
· Siyasi fəaliyyət
· Dini fəaliyyət
· Ayrı-ayrı fərdlərə maddi yardım
· Təhsil üçün təqaüdlər
Ərizələr 25 iyun 2010-cu il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
ƏRIZƏLƏRIN QƏBULU ÜÇÜN SON TARIX: 23 iyul 2010-cu il saat 17.00
Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1 (2-ci mərtəbə)
Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) hazırlanmalı və Şuranın Katibliyinə təqdim edilməlidir.
Əlavə 1: Ərizə forması
Əlavə 2: Layihə təklifi forması
Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat
Müsabiqənin nəticələri 2010-cu ilin sentyabrın 1-dən sonra elan olunacaq.
Qeyd: Ərizənin elektron formasını Şuranın www.cssn.gov.az və www.qhtxeber.az internet saytlarından əldə etmək olar.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar.
Tel: (012) 493 17 80; 493 17 32; Faks: (012) 493 17 80; 493 17 32
E-mail: vguliyev@cssn.gov.az
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
2010-cu il üçün maliyyə yardımı müsabiqəsinin
ŞƏRTLƏRİ
Ərizə təqdim edən QHT üçün tələblər:
· QHT-nin dövlət qeydiyyatı və bank hesabı olmalı
· Hər müsabiqəyə QHT yalnız bir layihə təklifi təqdim edə bilər
Ərizələrin hazırlanması və təqdim olunması üçün texniki tələblər:
· Maliyyə yardımı müsabiqəsinə təqdim olunan ərizə yalnız Şuranın təsdiq etdiyi formada (Əlavə 1), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Şuranın Katibliyində qeydiyyatdan keçməlidir.
· Ərizə A-4 ölçülü xüsusi zərfdə, üzərində Şuranın və ərizə təqdim edən QHT-nin tam adı və ünvanı göstərilmiş, bağlanan hissəsi təşkilatın möhürü ilə möhürlənmiş halda Şuranın Katibliyinə şəxsən və ya poçtla təqdim olunmalıdır.
· Poçtla göndərilən ərizələr müsabiqənin son tarixinə ən azı 3 gün qalmış göndərilməlidir. Bu halda zərfin üzərində poçtun qəbul tarixini göstərən qeyd əsas götürüləcək. Müsabiqənin son tarixinə 3 gündən az vaxt qalmış müddətdə poçtla göndərilən ərizələr qəbul olunmayacaq.
Ərizəyə əlavə olunan sənədlər:
1. Layihə təklifi 3 nüsxədə, kompüterdə yığılmış çap və elektron formada.
2. Layihənin icra planı 3 nüsxədə, kompüterdə yığılmış çap və elektron formada.
3. Layihənin büdcəsi 3 nüsxədə, Microsoft Excel proqramında tərtib olunmuş, hesablamalar baxımından proqramlaşdırılmış, kompüterdə yığılmış çap və elektron formada.
4. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti.
5. VÖEN-nin surəti.
6. Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların tərcümeyi-halı (CV) və işinin təsviri, kompüterdə yığılmış çap və elektron formada.
7. Birgə layihələr olduğu təqdirdə birgə fəaliyyətə dair imzalanmış və möhürlənmiş müqavilə
8. Zəmanət məktublarının surətləri (əgər varsa).
Qeyd: Bütün elektron materiallar CD də olmalıdır. Hər bir elektron materiala müvafiq ad qoyulur (ərizə, layihə təklifi, büdcə, icra planı və s. CV-dirsə şəxsin adı və soy adı).
Layihələrin hazırlanması və təqdim olunması
· Layihə təklifləri yalnız Şuranın təsdiq etdiyi formada (Əlavə 2), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) təqdim edilməlidir.
Çap məhsulları, film (o cümlədən klip və çarxlar ), sayt, təlim, seminar və konfranslar üçün xüsusi tələblər
· Çap məhsulları (kitab, buklet, broşur və s.)
o Kitab nəşrini təklif edən layihələrə müvafiq dövlət qurumundan və ya ixtisaslaşmış təşkilatlardan zəmanət (tövsiyə) məktubunun təqdim olunması layihə qiymətləndirilərkən nəzərə alınacaqdır;
o Çap məhsulunun 1-ci səhifəsinin yuxarısında sol tərəfdə dövlət gerbinin rəngli təsvirinin altında “Bu kitab (buklet, broşur) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir” cümləsi yazılmalıdır;
o Layihənin büdcəsində çap məhsulunun səhifə və tirajının sayı göstərilməlidir;
o Çap məhsulu çapa hazırlandıqdan sonra ofis printerində çap olunaraq Şuraya təqdim olunur və Şura Katibliyinin müvafiq rəyindən sonra mətbəənin texniki standartlarına uyğun olaraq yüksək keyfiyyətlə çap edilir;
o Çap məhsulundan 20 nüsxə Şuraya təqdim olunur. Yerdə qalan nüsxələrin istifadəsi haqqında Şuraya məlumat verilir;
o Çap məhsulunun təkrar çapına və yayılmasına yalnız Şuranın razılığı ilə icazə verilir;
o Çap məhsulunun məzmununa və üslubuna Şura məsuliyyət daşımır.
· Film (klip, çarx) çəkilişi
o Filmin çəkilişini təklif edən təşkilat filmin ssenarisini təqdim etməli, dəqiq həcmini göstərməli və müvafiq dövlət təşkilatının və ya bu sahədə ixtisaslaşmış qurumun yazılı rəyini layihəyə əlavə etməlidir. Klip və çarxlar haqqında isə ətraflı məlumat verilməlidir;
o Filmin (klip, çarx) əvvəlində və sonunda (çarxdırsa sonunda) “Bu film (klip, çarx) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmişdir” cümləsi yazılmalıdır;
o Filmin (klip, çarx) 2 nüsxəsi Şuraya təqdim olunur;
o Film (klip, çarx) hazır olduqdan sonra Şura tərəfindən baxılır və yalnız Şuranın razılığı ilə yayımlanmasına icazə verilir;
· Saytın hazırlanması
o Saytın strukturunun və dizaynının lokal versiyası Şura ilə razılaşdırıldıqdan sonra sayt virtual məkanda aktivləşdirilir;
o Şuranın maliyyə yardımı ilə yaradılan saytlarda, saytın sol tərəfindəki panelin yuxarı hissəsində dövlət gerbinin rəngli təsvirinin altında “Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır” cümləsi yazılmalıdır;
o Şuranın maliyyə yardımı ilə yaradılan saytlar layihə müddəti başa çatdıqdan ən azı 2 il müddətinə qədər öz fəaliyyətini davam etdirməlidir.
· Təlim, Seminar və Konfransların təşkili
o Təlimlə əlaqədar olan layihəyə həmin mövzu üzrə təlim materialı, təlimin gündəliyi və təlimçilərin CV-ləri əlavə olunmalıdır;
o Seminar, Konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin ilkin proqramı, gündəliyi, iştirakçıların sayı və təxmini siyahısı, o cümlədən tədbirlərin nəticələrini qiymətləndirən sənədlərin forması layihəyə əlavə edilməlidir.
Layihənin müddəti
o Layihənin müddəti 12 ayadək olmalıdır
Layihənin qiymətləndirilməsindən imtina üçün əsas səbəblər
o Müsabiqədə iştirak üçün tələb olunan sənəd və məlumatların çatışmazlığı və ya təlimata uyğun tərtib olunmaması, həmçinin onların doğru olmaması həmin layihənin ekspertizadan kənarlaşdırılmasına səbəb olacaq.
o Müsabiqənin şərtləri və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin növbəti mərhələsinə təqdim edilməyəcək.
o Əvvəlki maliyyə yardımı müsabiqəsi üzrə Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lər bu barədə araşdırma başa çatanadək indiki maliyyə yardımı müsabiqəsində iştirak edə bilməz.
SEÇİM MEYARLARI
1. Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı və Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;
2. Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
3. Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;
4. Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
5. Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
6. Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
7. Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
8. Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
9. İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
10. Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
11. Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
12. Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
13. Layihənin davamlılıq göstəriciləri;
14. Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
15. Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
16. Layihəni təqdim etmiş təşkilatın resursları, təcrübəsi və layihə idarə etməsi üzrə bacarığı;
Qeyd:
İxtisaslaşdığı və iş təcrübəsi çox olan sahə üzrə ərizə təqdim edən QHT-lərin layihələrinə üstünlük veriləcək.
QİYMƏTLƏNDİRİLMƏ QAYDASI
Şuraya təqdim olunan layihələrin qiymətləndirilməsi 3 mərhələdə və ayrı-ayrı strukturlar tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
1-ci mərhələ: İlkin seleksiya
İlkin seleksiya Şuranın Katibliyi tərəfindən həyata keçirilir. Bu mərhələdə Şuranın Katibliyi:
· Şuranın qərarına əsasən layihələrin qəbulunu təşkil edir;
· Layihələrin qeydiyyatını aparır və onları kodlaşdırır;
· Layihələri müsabiqə elanında göstərilmiş istiqamətlər üzrə qruplaşdırır;
· Layihələrin və layihəyə əlavə olunmuş sənədlərin Şuranın təsdiq etdiyi formalara uyğunluğunu yoxlayır;
· Müsabiqə tələbələrinə uyğun gəlməyən layihələr ekspertiza üçün növbəti mərhələyə təqdim edilmir.
2-ci mərhələ: Ekspertiza
Layihələr kodlaşdırılaraq ekspertlərə verilir. Ekspertlərə layihənin aid olduğu təşkilat haqqında hər hansı bir məlumat verilmədən yalnız layihə təklifi təqdim olunur. Eyni zamanda ekspertlərin də adları kodlaşdırılır. Ekspertlər Şuranın təsdiq etdiyi qiymətləndirmə cədvəlinə əsasən layihələri bal sistemi ilə qiymətləndirirlər. Hər bir layihə məxfilik təmin edilməklə 2 müxtəlif ekspert tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir. Ekspertlərin verdiyi qiymətlər katiblik tərəfindən ümumiləşdirilir və müvafiq arayışla birgə Şuraya təqdim edilir.
3-cü mərhələ: Layihələrin Şurada müzakirəsi və müsabiqənin nəticələrinin müəyyənləşdirilməsi
Şura hər bir layihə təklifini fərdi qaydada müzakirə edir, ekspert rəyini nəzərə alaraq müvafiq qərar qəbul edir. Qəbul edilmiş qərarlar haqda Katiblik layihə təklifi təqdim etmiş təşkilatlara məlumat verir. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır.
Ərizə formasını yükləyinLayihə təklif formasını yükləyinLayihə büdcəsini yükləyinMüsabiqə qaydalarını yükləyin