BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
Biz gücümüzü və bacarığımızı konkret bir istiqamətdə yönəltsək konkret nəticələr əldə edə bilərik
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin qhtxeber.az-a müsahibəsi

- Şuranın “Qaradağ-Sementl”ə elan etdiyi birgə maliyyə müsabiqəsində qalib gələn təşkilatların adları açıqlandı. Təşkilatlar yeni layihələrlə bağlı fəaliyyətə başlayıblar?
- Artıq müqavilələr imzalanmağa başlanılıb. Müqavilələr imzalandıqdan sonra həmin layihələrin həyata keçirilməsi üçün maliyyə ödənilişləri həyata keçiriləcək. Bundan sonra bu layihələrin həyata keçirilməsi baş tutacaq. 
-Manitorinqlər nəzərdə tutulubmu?
-Manitorinqlər Katiblik tərəfindən həyata keçirilir və eyni zamanda ayrı-ayrı QHT-lər tərəfindən monitorinqlərin keçirilməsi ilə bağlı təşəbbüslər olub. Bizdə bu təşəbbüslərə həmişə olduğu kimi müsbət yanaşırıq. 
-QHT-ləri ən çox maraqlandıran məsələlərdən biri növbəti qrant müsabiqəsidir.
-Bəli artıq elan olunub. Xatırladım ki, bu il artıq 5-dən çox qrant müsabiqə reallaşıb. Bunlar həm Şuranın tək, həm də Şura və digər qrumların birgə elan etdiyi qrant müsabiqələrdir. Bu ayın sonuna qədər biz növbəti müsabiqəni elan edəcəyik və ondan sonra iyul və sentyabr aylarında bizim birgə müsabiqələrimiz olacaq. 
- Növbəti müsabiqələrdə hansı sahə və istiqamətlərə üstünlük veriləcək?
- Elan olunmuş müsabiqəyə və bundan sonra elan ediləcək müsabiqələrə bir çox sahələr daxil edilib. Bura birinci növbədə Dağlıq Qarabağ məsələsi aiddir. Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi məsələsinə də üstünlük veriləcək. Keçən layihədə təəssüflər olsun ki, bu məsələ ilə bağlı ciddi bir layihə təqdim olunmadı. Bundan başqa demokratik proseslərin dəstəklənməsi, insan haqlarının müdafiəsi təhsildə problemlərin həlli, sosial xidmətlərin yaxşılaşdırılması, ekoloji məsələlərlə bağlı biz xeyli vəsait ayırdıq. Bu cür məsələlər bizim prioritet məsələlərimizdir. Qeyd edim ki, biz beyin mərkəzlərinin ölkədə inkişafına yardım etmək istəyirik. Avropada və inkişaf etmiş ölkələrdə mövcud olan “beyin mərkəzləri” Azərbaycanda çox zəif inkişaf edib və buda hesab edirəm ki, regionun problemlərininn dünya ictimaiyyətinə çatdırılmasında bu cür mərkəzlər xüsusi rola malikdirlər. Bu cür təşkilatlara dəstəyin verilməsi zəruridir. 
- Seçkilərlə bağlı monitorinqlər, müşahidələr aparmaq arzusunda olan QHT-lərə yardım ediləcəkmi?
-Biz seçki ilə istədik ki, müəyyən dəstək verək. Bizim müsabiqələrimizdə bu məsələ ilə bağlı təşəbbüslərə dəstək verildi. Seçicilərin maarifləndirilməsi, təbliğat və. s. Amma ekzit-polun keçirilməsi və seçkilərin müşahidə edilməsi bizim imkanımız xaricindədir. Çünki bizim vəsaitimiz çox məhduddur. Hamısını yəni layiqlilərini, qalib çıxanların müəyyən bir hissəsini dəstəkləmək üçün belə bir addım atdıq. Təəssüf olsun ki, bizim buna maddi imkanlarımız çatmır, amma QHT-lər üçün belə bir şans saxlayırıq ki, hər hansısa bir QHT-nin beynəlxalq təşkilatla anlaşması olarsa, xarici donorlar vəsaitin bir qismini qarşılayarsa, biz də həmin layihələri müəyyən qədər dəstəkləyə və töhvə verə bilərik. 
-Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində yüksək nəticələr əldə edildi. QHT- lər hansı işləri görməlidir ki, Azərbaycanın səsini beynəlxalq səviyyədə eşitdirsin?
-Mən hesab edirəm ki, hörmətli Leyla xanın Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya həm böyük effekt verdi, həm də gözəl bir nümunə oldu. Demək ki, biz gücümüzü və bacarığımızı konkret bir istiqamətdə yönəltsək konkret nəticələr əldə edə bilərik. Həmçinin konkret qərarların qəbul olunmasına nail ola bilərik. Bu digərləri və başqa QHT-lər üçün nümunə ola bilər. Bu sahədə təcrübələr əldə olunmalı və bütün imkanlar səfərbər olunmalıdır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın da rəhbərlik etdiyi fond bu məsələyə də böyük diqqət ayırıb və xüsusi planlar tətbiq olunub. Bura ayrı-ayrı filimlərin çəkilməsi, kitabların nəşr olunması aiddir və konkret olaraq beynəlxalq səviyyədə təbliğatların aparılması daxildir. Biz də Dövlət Dəstəyi Şurası olaraq QHT- lərin bu istiqamətdə olan təşəbbüslərini dəyərləndiririk. Buna qədər Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması ilə bağlı onlarla layihəmiz olub. İndiyə qədər keçirilən müsabiqələrə diqqət yetirsəniz görərsiniz ki, ən çox vəsait bu istiqamətə ayrılıb. Hər bir Azərbaycan vətəndaşının borcu bu məsələnin həll olunmasına öz töhvəsini verməkdir. Bu gün cənab Prezidentin həyata keçirdiyi siyasət erməni təbliğat maşınına qarşı mübarizə aparması və uğurların əldə edilməsi çox böyük bir hadisədir. Mən çox istərdim ki, QHT-lər bu istiqamətdə çox ciddi işlər görsünlər, çünki layihə yazmaq azdır. Layihəni kifayyət qədər keyfiyyətli şəkildə hazırlamaq lazımdır. Layihənin konkret icra mexanizmlərini göstərmək lazımdır. Nəticəyə istiqamətlənən işlər görmək lazımdır. Bu istiqamətdə işlər gedir, amma açıq deyim bu görülən işlər məni qane etməsə də çox ciddi uğurlu layihələrimiz də var. Bu da bir prossesdir və biz addım-addım bu işdə irəliləyirik.
-Azay müəllim, xarici QHT-ləri, əcnəbi alimləri Qarabağ məsələsinin xaricdəki təbliğatına cəlb etmək üçün onlara qrant ayrıla bilərmi?  
- Biz artıq buna başlamışıq. Amma bir məsələ var ki, qrant alan təşkilatın Azərbaycanda qeydiyyatı olmalıdır Yəni Azərbaycanın yerli Qeyri-Hökumət Təşkilatı bizə müraciət edə bilər və o qrant ala bilər. Həmin qrantı xarici patnyoru vaitəsilə Avropanın istənilən ölkəsində Qarabağla bağlı istənilən təbliğata xərcləyə bilər. Burada heç bir qanunsuzluq yoxdur. 
- Bəs tutaq ki, İngiltərənin hər hansı bir universitetinin alimi öz ölkəsində Azərbaycan dilində qəzet açmaq istəyir. Və buna görə, QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edir...  
- Mən başa düşürəm, o niyyət varsa, onun texniki həlli yolu belədir. Burada biz ona patnyor tapırıq, həmin patnyor vasitəsilə amerikan, ingilis alimi, professoru bu işi həyata keçirə bilər. O bizdən birbaşa qrant ala bilməz. Əgər konkret belə müraciət olarsa, biz onu araşdırıb mütləq şəkildə dəstək verərik. Siz bilirsiz ki, Şuranın Qarabağ probleminə bir nömrəli prioritet məsələ kimi yanaşır. Bu cənab Prezidentin bizə bilavasitə verdiyi tapşırıqdı, konsepsiyanın tələbidi. Hesab edirəm ki, hər bir ictimai qurumun gündəliyinin birinci mövzusu Qarabağla bağlı məsələ olmalıdır. Cənab Prezidentinin də fəaliyyətinin bir nömrəli sahəsi Qarabağ məsələsidir. Ona görə də heç kimin şübhəsi olmasın ki, Şura da həmin prinsipi indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcək. 
- Yəni dünyanın ağıllı başlarını bu işə cəlb edə bilərk... 
- İndi cəlbetmə mexanizmi fikirləşək tapaq, bizim imkanlarımız və gücümüz daxilindədirsə, biz bunu edək. Siz deyən məsələnin həlli yolunu biz tapmışıq. 
Türkiyə universitetlərində Azərbaycanın təqdimatı olacaq. Bunun üçün Türkiyədə fəaliyyət göstərən QHT bizə müraciət etmişdi. Sadəcə olaraq həmin təşkilata biz birbaşa qrant verə bilmədik. Azərbaycandan bir QHT bu məsələ ilə maraqlandı və həmin təşkilata dəstək verdi. Həmin təşkilat birbaşa əməkdaşlıq səviyyəsində Türkiyədə olan həmkarı ilə birgə Azərbaycanın təqdimatını Türkiyənin bir çox aparıcı universitetlərində, xüsusilə, Ankara, İstambul universitetlərində həyata keçirəcək. Mən çox istərdim ki, bu Avropanın digər şəhərlərində də olsun. Əgər belə bir patnyor olarsa, belə arzuda olan qurum varsa, biz onu dəstəkləyəcəyik. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, biz əmin olaq ki, o doğurdan da gücə malikdir və onun verdiyi təklifin konkret icra mexanizmi var. 
-QHT-lərlə bağlı milli hesabat artıq hazırdır və bununla bağlı tədbir keçiriləcək. Bu hesabat özündə nəyi əks etdirir?
- QHT-lərin indiyə qədər olan fəaliyyətini özündə əks etdirir, indiki QHT sektorunu hazırki vəziyyətini özündə ehtiva edən konkret rəqəmlərlə ifadə edən bir hesabatdır. Burada məqsəd odur ki, baxaq görək Şura yarana qədər QHT sektorunda vəziyyət necə idi və Şura yaranandan sonra hansı dəyişikliklər olub. Birinci məqsəd budur, ikinci məqsəd isə QHT sektorunun hazırki durumunu dəyərləndirməklə, onun zəif və güclü tərəflərini müəyyənləşdirmək, müəyyən təklif və tövsiyyələr hazırlayaraq hökumətə təqdim etməkdir. Belə düşünürəm ki, QHT sektorunda mühiti daha da yaxşılaşdırmaq üçün, müəyyən təkliflər verə bilərik və bunu həyata keçirilməsinə nail ola bilərik. Bu həm bir araşdırma materialıdır, həm də QHT sektorunu tədqiq edənlər üçün, araşdırmaçılar üçün, alimlər üçün bir mənbə rolunu oynaya bilər. 
-Sizin araşdırmalarınızın nəticələri nəyi göstərir? Şura yaranmamışdan əvvəl QHT sektoru hansı səviyyədə idi, indi hansı səviyyədədir?
-Nəticələr təbii ki, Şura yarandıqdan sonra QHT sektorunda canlanmanın olduğunu göstərir. Dövlətin dəstəyi, cənab Prezidentin QHT sektoru ilə bağlı siyasətinin müəyyənləşdirməsi və mən deyərdim ki, QHT sektoruna ikinci bir nəfəs verdi, QHT sektoru üçün yeni bir mərhələnin başlanğıcının təməlini qoydu. Amma eyni zamanda qeyd etmək istəyirəm ki, bu müddət ərzində QHT sektorunu inistitutlaşması baxımından çox ciddi işlər görülüb, kifayət qədər vacib və önəmli bir məsafə qət edib. Bundan sonra biz əlbəttə QHT sektorunun indiki vəziyyətini dəyərləndirərək yeni islahatlar həyata keçirməliyik. İlk növbədə bu QHT-lərin özü, ətraf mühiti, maliyyə baxımından davamlılığının təminatı və dövlət büdcəsində olan vəsaitlərin artırılması ilə bağlıdır. Burada xüsusilə qeyd olunmalıdır ki, Şura QHT-lər üçün yeni standartlar hazırlayacaq. Daha doğrusu ilk dəfə standartlar hazırlayacaq. Bu standartlar əsasən beynəlxalq standartlara əsasən formalaşacaq və QHT-lər minimum bu standartlara cavab verməyə çalışacaqlar. Bu onların irəliləməsi baxımından mühüm rola malik olacaq. 
-Məlum olduğu kimi, İsrail parlamentində “erməni soyqırımı” yenidən müzakirəyə çıxarmaq istəyirlər. Bir müddət əvvəldə bu məsələ qaldırıldı amma etirazlardan sonra ...
-Mən belə hesab edirəm ki, İsrail parlamenti belə bir səhvə yol verə bilməz. Çünki İsrail parlamenti gerçək soyqırımın nə olduğunu yaxşı bilir və onlar yaxşı bilirlər ki, ermənilər daima yalanla, iftira ilə məşğul olublar. Bu da onların növbəti iftirasıdır. Mən bu məsələ ilə bağlı keçən dəfə də bildirdim, indi də demək istəyirəm ki, doğrudan da İsrail parlamentariləri “erməni soyqırımı” ilə bağlı qərar qəbul etmək istəyirlərsə, Qubaya gəlsinlər və orada törədilmiş soyqırımın canlı şahidi olsunlar və bununla bağlı erməniləri ittiham etsinlər. Əgər türkləri ittiham etsələr öz milli maraqlarına zərbə vurmuş olcaqlar. 
-Bəlkə bu məsələnin gündəmdə saxlanılması Türkiyə İsrail arasında yaşanan məlum olan hadisələrlə bağlıdır?
-Onsuz da bu münasibətlər korlanıbdır. Bu isə məsələləri daha da şiddətləndirə bilər və bu isə odun üstünə benzin atmaq kimi bir anlam gələ bilər. Mən hesab edirəm ki, İsrail deputatları bu məsələyə soyuqqanlı və təmkinlə yanaşmalıdırlar. Mən inanıram ki, bu belə də olacaq, çünki İsrail parlamenində bir çox deputatlar var ki, mən onları tanıyıram, onlar bu məsələdə bir mənalı şəkildə praqmatik mövqe tutublar. 
-Necə düşünürsünüz Azərbaycan millət vəkilləri bu məsələyə münasibət bildirməlidilərmi?
-Əlbəttə biz bu məsələyə hər zaman münasibət bildirmişik və öz etirazımızı səsləndirmişik. Düşünmürəm ki, bu məsələ elə də böyük bir səviyyəyə gəlib çıxsın. Hər halda hadisələrin gedişini izləmək lazımdır. Bu istənilən halda İsrailin milli maraqlarına ziddir.  


+  -  Çap 
Yerləşdirilib: 24.06.10 | Baxılıb: 106

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo